Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  25 
Təhsilin  innovasiya  modellərinin  effektivliyinin  müəyyən  edilməsi  zamanı  mütləq 
keyfiyyət və təhsildə keyfiyyətin idarəedilməsinə dair müəyyən suallar ortaya çıxır. Təhsildə 
keyfiyyətin  idarəedilməsi  bütün  səviyyələrdə  təhsil  sahəsində  hazırlanan  “məhsulların” 
istehsalının planlı, məqsədyönlü təşkili prosesinə təsirilə müəyyən edilir. Baxılan halda peşə 
təlimində  “məhsul”  professinal-pedaqoji  təhsil  müəssiəsində  hazırlanmış  səriştəli 
(səlahiyyətli)  məzunlardır.  Qeyd  olunan  yanaşma  tərzinə  müvafiq  olaraq  professional-
pedaqoji təhsil müəssiələrində səriştəli mütəxəssislərin hazırlanmasını təmin edən peşə təlimi 
prosesində  keyfiyyətin  idarəedilməsinin  struktur-funksional  modelinin  nəzəri,  pedaqoji-
psixoloji əsasları işlənilmişdir. 
Bu  modeldə  pedaqoji  ali  məktəblərdə  səriştəli  məzunların(pedaqoqların)  keyfiyyətli 
hazırlanmasını  təmin  edən  əsas  şərtlər,  prosesə  təsir  edən  faktorlar  və  keyfiyyətin  əsas 
daşıyıcısı  olan  blok  formasında  qurulmuş  konstruksiyalar  öz  əksini  tapmışdır.  Bu  halda 
keyfiyyət faktorları müvafiq modullar formasında təsbit edilir [3]. 
Keyfiyyətin  idarəedilməsinin  struktur-funksional  modeli  üç  blokdan  ibarət  olub,  hər 
blokun  özünün  sərbəst  strukturu  və  ayrıca  hər  blok  üzrə  fəaliyyətin  nəticələrinin 
monitorinqinin keçirilməsi planlaşdırılır  və  həyata keçirilir. Hər bir blok aşağıdakı struktura 
malikdir: 
-
 
Hazırlığın  səriştəli  (kompetensiyalı)  məzmunu.  Bu  blokun  strukturunu 
professional  kompetensiyaların  (səriştəliliyin)  uyğunlaşdırılması  komponenti;  professional 
hazırlığın vaxtının uzadılması (prolonqasiya) ilə bağlı kompetensiyalar modulu; professional-
kreativ  kompetensiyalar;  refleksiv-kommunikativ  kompetensiyalarla  bağlı  komponentlər 
təşkil edir; 
-
 
Hazırlığın  texnoloji  müşaiyət  edilməsi.  Bu  blokun  strukturunu  təhsilvermə 
servisinin  multimedia  modulu;  zəruri  istehsal  texnologiyaları  modulu;  zəruri  psixoloji 
texnologiyalar modulu; zəruri pedaqoji texnologiyalar modulu təşkil edir; 
-
 
Hazırlığın elmi-metodiki  müşaiyət edilməsi. Bu blokun strukturunu  isə təhsilin 
tədris-metodiki təminatı  modulu (komponenti); pedaqoji kadr potensialının  inkişafı  modulu; 
elm-təhsil üzrə tərəfdaşlıq modulu; elmi-nəşriyyat fəaliyyətilə bağlı modul təşkil edir; 
Modelin  struktur  bütövlüyünü  komponentlərin  (modulların)  ierarxik  tabelik  prinsipi 
təşkil etməklə bərabər, təhsil prosesinin aşağıdakı idarəolunma səviyyələri müəyyənləşdirir: 
-
 
təhsil prosesində məzmunla bağlı keyfiyyətin idarəolunması; 
-
 
təhsil prosesinin texnoloji müşaiyət olunmasında keyfiyyətin idarə olunması. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
26 
Yuxarıda  göstərilmiş  bloklar  üzrə  səriştəli  məzunların  (pedaqoqların)  hazırlanması 
keyfiyyətinin idarəedilməsinin əsas komponentlərini bir qədər geniş təhlil edək. 
Səriştəli  (səlahiyyətli)  məzun  (pedaqoq)  hazırlığının  məzmunu  blokunun  birinci 
komponenti  olan  professional  kompetensiyaların  (səriştəliliyin)  uyğunlaşdırılmasının  təhlili 
göstərir  ki,  ali  pedaqoji  kadr  hazırlığında  qabaqcadan  hazırlanmış  təhsil  standartlarının 
reallaşdırılmasına  dair  tələblər  modulu  xüsusi  rol  oynayır.  Səriştəli  pedaqoji  kadrların 
hazırlanmasında peşə təhsilinin özünə  xas olan səciyyəvi  xüsusiyyətləri  vardır. Professional 
səriştəliliyin  binar  tipli  –  psixo-pedaqoji  və  istehsal-texnoloji  (xüsusi  və  ixtisas  xarakterli) 
sahələri  peşəkar  kadr  hazırlığında  xüsusi  yer  tutur.  Əgər  kadr  hazırlığında  psixo-pedaqoji 
səriştəliliyi pedaqoji yönümlü lokal ali təhsil müəssisələrində və Elm-Təhsil Birliklərinin baza 
(əsasən tələbələrin pedaqoji təcrübələrinin təşkil olunduğu təhsil müəssisəsi) müəssisələrində 
təmin olunmasını  həyata keçirmək  mümkündürsə,  istehsal-texnoloji  səriştəlilik təklif olunan 
modelə  əsasən,  kadr  potensialı  və  maddi-texniki  bazası  hər  bir  məzuna  (gənc  pedaqoqa) 
xüsusi  şəraitin  yaradılması  üçün  imkanları  olan  orta  ixtisas  və  ümumtəhsil  məktəblərində 
həyata keçirilməlidir. Son illərdə Azərbaycanda ali pedaqoji kadr hazırlığında bu problemlər 
üzrə  səmərəli  işlər  həyata  keçirilir,  yeni  normativ-hüquqi  sənədlər  hazırlanır.  Təklif  olunan 
modelin  uyğunlaşdırılmış  blokunun  həyata  keçirilməsi  üçün  tədris-metodiki  bazadan  əlavə, 
yüksək  texnoloji  tədris-istehsalat  bazasının  olması  və  ondan  səmərəli  istifadə  də  həlledici 
əhəmiyyət kəsb edir. 
Qeyd etmək lazımdır ki, yalnız uyğun tədris istehsalat bazasının varlığı, tələb olunan 
səviyyədə  məzunların  (pedaqoqların)  hazırlığına  tam  zəmanət  vermir.  Bu  problem  təhsil 
müəssisələrinin  istedadlı,  çox  zəkalı  mütəxəssislərinin,  yəni,  pedaqoq,  mühəndis,  texnik-
texnoloq,  yüksək  ixtisaslı  fəhlə  və  s.  ilə  təmin  olunmasını  və  praktikantlarla  müntəzəm, 
səmərəli məşğul olmalarını tələb edir. 
Peşə  təhsilində  yeni  yetişən  gənc  məzunların  (pedaqoqların)  hazırlanmasında 
professional  hazırlığın  vaxtının  uzadılması  (prolonqasiya)  ilə  bağlı  kompetensiyaların 
formalaşması da xüsusi əhəmiyyət daşıyır. Belə kompetensiyalar məzunların peşəkar hazırlıq 
sahəsində  surətli  inkişafetmə  qabiliyyətinin  tərbiyə  olunması  üçün  ixtisas  üzrə  fundamental 
nəzəri  hazırlığa  əsaslanır.  Belə  yanaşma,  eyni  zamanda  gənc  mütəxəssisdə  təhsil 
xidmətlərinin konyükturasının (vəziyyətinin) dəyişməsinə öz münasibətini bildirmək üçün və 
peşə  fəaliyyətinə  uyğun  bir-birinə  çox  yaxın,  tələb  olunan  iqtisadi  sahələrin  öyrənilməsinə 
dair bacarıq, qabiliyyətlər formalaşdırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə