Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  43 
DİSTANT PEDAQOJİ TƏHSİLİN ÜMUMİ XARAKTERİSTİKASI 
Distant  Təhsil–təhsil  müəssisəsindən  istənilən  məsafədə  olan  öyrənənlərə 
xüsusiləşdirilmiş  informasiya–təhsil  mühiti  vasitəsi  ilə  göstərilən  təhsil  xidmətləri 
kompleksidir.  İnformasiya–təhsil  mühiti  öyrənənlərin  təhsil  ehtiyaclarının  təmin  edilməsinə 
yönəlmiş,  verilənlər,  informasiya  resursları,  qarşılıqlı  əlaqə  protokollarının  ötürülmə 
vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir. 
DT  öyrədən  və  öyrənən  arasında  interaktiv  əlaqəni  telekommunikasiya  və  kompüter 
şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata 
keçirən  texnologiyadır.  Distant  Pedagoji  Təhsil  (DPT)  dedikdə  fasiləsiz  müəllim  hazırlıgı 
(ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi 
nəzərdə  tutulur.  DPT  texnologiyasından  fasiləsiz  müəllim  hazırlıgının  bütün  səviyyə  və 
formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin sadəcə olaraq elektron variantı 
və ya mövcud təlim formalarının telekommunikasiya üçün uyğunlaşdırılması deyil. 
DPT  təhsil  innovasiyası  olaraq  ənənəvi  təhsil  formalarına  nisbətən  öyrənənlərin 
müstəqilliyini,  fəallığını,  şüurluğunu,  yaradıcılığını  optimal  inkişaf  etdirir,  informasiya 
cəmiyyətində müasir müəllim hazırlıgı qarşısında duran strateji məsələləri səmərəli həll edir. 
DPT–nin əsas texnologiyaları aşağıdakılardır: 
-
 
Keys  texnologiyası.  Tədris  metodik  materiallar  ciddi  strukturlaşdırılır,  xüsusi 
«keys»  formasında  komplekləşdirilir,  müstəqil  mənimsənilməsi  üçün  öyrənənə  göndərilir. 
Öyrənənlə məsləhətçi-müəllim,tyutor arasında müntəzəm məsləhətləşmə aparılır. 
-
 
TV  texnologiyası.  Tədris  prosesi  telemühazirələr  əsasında  həyata  keçirilir, 
müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır. 
-
 
Şəbəkə  texnologiyası.  Öyrənənləri  tədris  metodik  materiallarla  təmin  etmək, 
həmçinin  öyrənən  və  öyrədən  arasında  interaktiv  əlaqə  yaratmaq  məqsədi  ilə  İnternet 
şəbəkəsindən  istifadə  edilir.  Şəbəkə  texnologiyasında  lokal  (İntranet)  və  qlobal  (İnternet) 
şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant təhsil İnternet resursları vasitəsilə 
həyata keçirilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində 
tərtib  edilmiş  vasitələr  təşkil  edir.  DPT-in  xarakterik  xüsusiyyətlərinə  çeviklik,  modulluq, 
iqtisadi  səmərəlik,  müəllimin  yeni rolu, təhsilin keyfiyyətinə  xüsusi  nəzarət  imkanı, təlimdə 
xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. 
-
 
Çeviklik:  DPT-də  öyrənən  mühazirə  və  seminarlarda  müntəzəm  iştirak  etmir, 
əlverişli  məkan  və  zaman  daxilndə,  mənimsəmə  qabiliyyətinə  uyğun  ahənglə  tədris 
materialını fərdi qaydada öyrənir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
44 
-
 
Modulluq: DPT proqramlarının əsasını modulluq prinsipi təşkil edir. Hər bir kurs 
ayrılıqda müəyyən fənn sahəsindən tam təsəvvür yaradır. Bu imkan verir ki, fərdi və ya qrup 
tələbatlarını  nəzərə  alaraq  müstəqil  modul  kurslardan  fərdi  tədris  proqramı,  təhsil 
trayektoriyası yaradılsın. DPT-nin bu xüsusiyyəti imkan verir ki, Boloniya prosesinin mühüm 
şərtlərindən  olan  ,  modul  tədris  planları  və  proqramları  hazırlansın  ,  təhsildə  kredit-  modul 
sistemi reallaşsın. 
-
 
İqtisadi səmərəlik: DT ənənəvi təhsil formalarından xeyli ucuzdur. 
-
 
Müəllimin yeni rolu: DPT–də müəllim əsasən idrak prosesinin əlaqələndirilməsi, 
tədris  kursunun  təkmilləşdirilməsi,  fərdi  tədris  planının  tərtibində  məsləhət  vermək,  tədris 
layihələrinə  rəhbərlik  v.s.  kimi  funksiyaları  icra  edir.  Müxtəlif  məkan  və  zaman  daxilində 
müəllim-tələbə  ünsiyyəti  müasir  İKT  vasitəsi  ilə  həyata  keçirilir.  Bu  imkan  müəllim-tələbə 
əlaqələrinin  səmərəliyinə,  operativliyinə,  göndərilmiş  informasiyanı  əlverişli  vaxtda  qəbul 
etməyə, fərdi öyrənməyə v.s. şərait yaradır. 
-
 
Keyfiyyətə xüsusi nəzarət: DPT-də pedaqoji təhsil standartlarına uyğunluq diqqət 
mərkəzində  saxlanılır,  keyfiyyətə  nəzarət  forması  olaraq  distant  və  canlı  (bilavasitə) 
imtahanlar,  sorğu,  müsahibələr  ,  praktik  kurs  və  layihə  işləri,  eksternat,  elektron  test 
sistemindən istifadə edilir. 
-
 
Xüsusiləşdirilmiş  texnologiya  və  vasitələrdən  istifadə:  DPT  texnologiyası 
tələbənin  müstəqil  surətdə  müəyyən  informasiya  blokunu  mənimsəməsi  və  bu  prosesə 
nəzarətə  imkan  verən  metod,  forma  və  vasitələr  külliyatıdır.  Öyrənmə  texnologiya  konkret 
informativ  məzmun  bazasında  qurulur,  bu  texnologiya  informasiyanın  optimal  təqdimatı 
tələblərinə  uyğun  olmalıdır.  DPT-də  mənimsənilməsi  nəzərdə  tutulan  biliklərin  məzmunu 
təhsil  standartlarına  uyğun  olan  xüsusiləşdirilmiş  kurs  və  modullarda,  elektron  dərsliklərdə, 
bilik  və  verilənlər  bankında,  video–təsvirlər  və  elektron  kitabxanada  və  s.  mənbələrdə  əks 
olunur. 
DPT-nin  yaradılmasının  əsas  məqsədi  mərkəzdə  və  regionlarda  yaşayan  müəllimlərə 
bərabər əlavə təhsil imkanları yaratmaq, qabaqcıl elmi-pedaqoji potensialdan səmərəli istifadə 
etməklə  təhsilin  keyfiyyətini  yüksəltmək,  innovativ  iş  təcrübəsi  və  metodika  ilə  tanış 
olmaqdır. DPT-nin tətbiqinin əsas məqsədi həm də müəllimləri yeni informasiya mühiti, yeni 
təlim  texnologiyaları  ilə  təlim  prosesində  tanış  etmək,  bu  texnologiya  ilə  onlara  pedaqoji 
bilikləri  daha  səmərəli  mənimsətmək,  şəxsi  təcrübədə  bu  texnologiyanı  sınaqdan  çıxarmaq, 
onları pedaqoji fəaliyyətdə bu texnologiyadan sistemli istifadəyə hazırlamaqdır. DPT müəllim 
hazırlıgı texnologiyası olaraq təhsilin keyfiyyətini müasir İKT vasitələrinin intensiv tətbiqi ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə