TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
56
dəyişməsinə böyük təsir edir. Virtual və real kompüterlər dünyası ilə təmasda olduqca, insan
həyat tərzinin, ətraf mühitlə qarşılıqlı münasibətlərin xarakterinin dəyişməsinin zəruriliyi ilə
üzləşir.
İnformasiyalaşdırmanın gələcək inkişafı təkcə kompüter savadının yox, həm də
informasiya cəmiyyətinin
inkişafı qanunauyğunluqlarına əsaslanmış
informasiya
mədəniyyətinin müəyyən səviyyəsini də tələb edir. Burada birinci növbədə, informasiya
texnologiyalarının, cəmiyyətin müxtəlif həyat sahələrinə təkcə tətbiqi yox, həm də
informasiyalaşdırmanın inkişafı, informasiya kanallarının genişlənməsi, əlaqələrin
dərinləşməsi, onların insana və cəmiyyətə təsirinin gücləndirilməsi başa düşülür.
Cəmiyyətdə informasiyanın yaranması və inkişafı qanunuyğunluqlarını və nəticələrini,
informasiya cəmiyyətinin fəlsəfəsini və metodologiyasını və bir sosial hadisə kimi
informasiyalaşdırmanın özünü öyrənən bir elm kimi, humanitar informatika sahəsində
mutəxəssislərin-kadrların hazırlanması sistemini yaratmaq vacibdir.
Müxtəlif elm sahələrində müxtəlif qüvvələrin birləşməsi yolu ilə informasiyalaşdırma
sahəsində elmi tədqiqatların qoyulması və təşkili zəruridir.
Yeni təhsil paradiqması informasiyalaşdırmada təbiət problemlərin tədqiqi ilə əlaqədar
fənlərin tədris prosesinə daxil edilməsini tələb edir.
Sübutsuz qəbul etməliyik ki, biz bu gün kompüterlər erasında yaşayırıq. Yaşadığımız
müasir həyatın elə sahəsi yoxdur ki, orada kompüterdən istifadə olunmasın. Kompüter
texnologiyası insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. O, insanı ağır, yorucu və
yeknəsək əqli əməkdən azad edir, onun intellektual imkanlarını inkişaf etdirir.
Müasir İC-nin tam hüquqlu üzvü olmaq üçün ümumi mədəniyyətlə yanaşı informasiya
mədəniyyətinə də yiyələnmək lazımdır.
Məlumdur ki, ilkin informasiya müəssisəsi məktəbdir. İnsan gələcək fəaliyyəti üçün,
cəmiyyətə zəruri olan elmləri məhz məktəbdə öyrənir.
Bu gün hər bir məktəbli kompüterdən praktikada müstəqil istifadə etmək bacarığına
malikdir.
Kompüter texnologiyası praktik olaraq qeyri-məhdud informasiyanın əldə edilməsinə
və onların analitik olaraq işlənməsinə şərait yaradır.
Kompüter nəinki insanın intellektual imkanlarını gücləndirir, eləcə də onun yaddaşına
və maraq dairəsinə təsir göstərir. Eyni zamanda idrak fəaliyyətinin strukturunu dəyişir və onu
yenidən qurur.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
57
İnformasiyalaşdırma inkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişafının aparıcı
istiqaməti kimi təhsil sahəsində mühüm rol oynayır.
Yeni biliklərin meydana çıxması, insanların onları qavrama qabiliyyətlərinin müxtəlif
olması bu məsələlərin müxtəlif şəkildə həll edilməsinə səbəb olur. Təhsil şəbəkəsində
informasiyalaşdırmanın elmi-metodiki təchiz mexanizminin yaranması üçün ilkin şərtlər
aşağıdakılardan ibarədir.
Qəbul
olunmuşdur
ki,
təhsilin
informasiyalaşdırılması
cəmiyyətin
informasiyalaşdırılması prosesinin təyinedici elementlərindən biridir.
Bu gün bəşər tərəfindən elm və təhsil sahəsində yığılmış bütün informasiya resuslarını
hər bir təhsil müəssəsində toplamaq mümkün deyil. Məsələ bundan ibarətdir ki, biliklərin
tədrisi üçün təşkil olunmuş hər bir coğrafi nöqtədən informasiya, informasiya resurslarına
(telekommunikasiyaların koməyilə) distant şəkildə, istənilən digər coğrafi nöqtələrdən giriş
təmin edilsin. Beləliklə, distant təhsil ərazilər üzrə bölünmüş informasiya resurslarını aktiv
edir.
Ali təhsilin informasiyalaşdırılması konsepsiyası aşağıdakı istiqamətləri nəzərdə tutur:
1.
Ali məktəb sisteminin informasiya obyekti kimi idarə olunması;
2.
Təlim prosesinin informasiyalaşdırılması;
3.
Elmi tədqiqatların informasiyalaşdırılması;
4.
Təhsil və elm sahəsində müasir informasiya mühitinin yaradılması;
5.
Cəmiyyətin informasiyalaşdırma prosesinin nizamlı infrastukturunun yaradılması;
6.
İnformatikanın texniki vasitələri və təchizatı;
7.
Azərbaycanın ali məktəblərinin dünya təhsil sisteminə inteqrasiyası.
İstənilən ölkədə və istənilən səviyyədə (dövlət, rayon, universitet) cəmiyyətin
informasiyalaşdırılması prosesi öz-özünə effektiv ola bilməz. O kortəbii olmamalıdır. Əsas
budur ki, o konseptual, elmi-metodiki və təşkilatlanmış olsun.
Təhsilin və ilk növbədə distant təhsilin informasiyalaşdırılması struktur şəkildə
olmalıdır. Artıq bir cox ölkələrdə ali təhsil sistemində informasiyalaşdırmanın strukturunun
yaradılması üzrə praktik işlər gedir.
Təhsilin struktur şəkildə informasiyalaşdırması anlayışının həyata keçirilməsi təhsil
sisteminin inkişafına kömək edəcəkdir. Bu struktur inteqral informasiyalaşdırmanı təmin
etməlidir.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
58
İnformasiyalaşdırmanın
strukturları
arasında
müxtəlif
informasiya
(telekommunikasiya) əlaqələri olmalıdır. Buna görə də qlobal informasiyalaşdırma prosesi elə
ondan başlamalıdır.
Təhsildə informasiya texnologiyalarının sistemli inteqrasiyasının həyata keçirilməsi
üçün balans və dinamika strategiyası seçilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”
haqqında sərəncamı ilə 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində,
gənclərin inkişafında və bütövlükdə Azərbaycanın gələcəyi üçün müasir texnologiyaların rolu
bir daha təsbit olundu. Dünyanın dinamik dəyişməsi, getdikcə mürəkkəbləşən
texnologiyaların daim inkişafı və geniş istifadə olunması şəraitində təhsil sahəsində aparılan
islahatlar fundamental əhəmiyyətə malikdir. Təhsilin məzmunu və keyfiyyəti, həlledici
səviyyədə konkret şəxsiyyətin tələblərinə uyğunluğu müasir cəmiyyətin intellektual
potensialının
vəziyyətini
müəyyənləşdirir.
İnformasiya
və
telekommunikasiya
texnologiyalarının geniş istifadə edilməsi əsasında, təhsilin bütün sferasının intensivləşməsi
vacib milli prioritetə çevrilir.
Bununla bağlı yeni informasiya texnologiyalarının təhsil sahəsində tətbiqi, bu sahədə
çalışan mütəxəssislərin pedaqoji və İKT sahəsində biliklərin artırılması məsələlərinin həllini
tələb edir. Tədris prosesində şəraitində informasiya texnologiyalarının geniş istifadə
olunmasına təhsilin informasiyalaşdırılması üçün maddi texniki bazanın, internetdə
Azərbaycan dilində elektron dərs vəsaitlərinin azlığı mane olur.
İnformatikanın son dövrdəki inkişafı, təbiətdə və cəmiyyətdə informasiya
proseslərinin emalı haqqında fundamental elmə çevrir, bir sıra fənlərə nteqrasiya etməsinə,
yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.
İnfomatika fənninin fundamental anlayışları və məlumatları, digər elmlərin
öyrənilməsi üçün zəruri bilik, bacarıq və vərdişləri formalaşdırır, şagirdləri
informasiyalaşdırılmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. İnfomatika fənninin
interaktiv təlimi şagirdlərin hərtərəfli inkişafına, onların peşə hazırlığına, istənilən peşəni
mənimsəmələrinə kömək məqsədi daşıyır. İnformatika fənninin predmet və vəzifələrinə
uyğun olaraq onun əsas məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir:
1.
İnformasiya və informasiya prosesləri.
2.
Formallaşdırma, modelləşdimə, alqoritmləşdirmə və proqramlaşdırma.
3.
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri.
Dostları ilə paylaş: |