51
Aşıqşünaslıq UOT: 780.06 Həcər Məmmədli - «Çoban yaylağı» Peşrovu
keçirilmişdir. Bütün araşdırmalar və nəzəri təhlillər onu göstərdi ki, peşrov janrı aşıq
sənətində silsilə havalar qrupuna aiddir.
ƏDƏBİYYAT:
1. Axundova K.H. Aşıq Şamil Piriyev(metodiki material).B.:Az.SSR
Mədəniyyət
Nazirliyi, 1988, 36 s.
2. Babayev E.Ə. Ənənəvi musiqimiz. B.: Elm, 2001, 116 s.
3. Eldarova Ə. M Azərbaycan aşıq sənəti. B.: Elm, 1996. 168 s.
4. Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1985, 154
s.
5. Köçərliİ.T. Aşıq sənəti:musiqili poetik janrlar. B.: Elm, 2010, 218 s.
6. MəmmədovT.A.Azərbaycan xalq - professional musiqisi: aşıq sənəti. Dərs
vəsaiti. B.: Şur, 2002, 96 s.
7. İmamverdiyev İ.C. Şirvan aşıqlarının saz havaları. B.:Ozan, 2011, 107 s.
Гаджар МАМЕДЛИ
Музыковед
ПЕШРОВ «ЧОБАН ЙАЙЛАГЫ»
Резюме: В статье говорится о жанре Пешров, который относится к
Ширванскому ашыгскому фольклору. Основными обсуждаемыми темами
статьи являются возникновение жанра Пешров, этапы его исторического
развития, его ритмические особенности и характеристика. Авторнотировал
и широко проанализировал Пешров “Чобан йайлагы” на основе других пешро-
вов.
Ключевые слова: ашыг, Ширван, пешров, лад, «Чобан йайлагы»
Hajar MAMMADLI
Musicologist
“CHOBAN YAYLAGI” PESHROV
Summary: Summary: The article is devoted to the Peshrov genre belonging to
folk music of Shirvan's Ashug. The origin, historical development, the exact rhythm
and characteristics of this genre are the main points of article. Among the peshrovs,
the author thoroughly analyzed and converted “Choban yaylagi” to notes.
Key words: ashug, Shirvan, peshrov, mode, “Choban yaylagi”
Rəyçilər: sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva
52
“
Konservatoriya” jurnalı 2017№2 (36)
Əhsən RƏHMANLI
ADMİU-nun
müəllimi
Elçin NAĞIYEV
AMK-nın baş müəllimi
QARMON İFAÇILIĞINDA FİRUZ BABAŞOVUN XİDMƏTİ
Xülasə: Məqalədə istedadlı, bacarıqlı qarmon ifaçısı, ixtisas müəllimi kimi
nümunəvi olan Firuz Babaşovun həyat və fəaliyyətindən bəhs olunur. Onun
doğulub boya-başa çatdığı Neftçala rayonunda həm yaxşı ifaçı, həm də uşaq
musiqi məktəbində təcrübəli müəllim kimi çalışaraq göstərdiyi mühüm
xidmətlər nəzərə çatdırılır.
Açar sözlər: Firuz Babaşov, qarmon ifaçılığı sənəti, tədris, xalq musiqisi
Azərbaycan qarmon sənətinin layiqli nümayəndələri çoxdur. Tədqiqat işlərində
belə sənətkarların fəaliyyətini əks etdirən faktlar, xatirələr və fotoşəkilləri toplayaraq
yazdığımız məqalələr və çap olunan kitablarda onlar haqqında kifayət qədər tutarlı
məlumatlar
verilib.
Araşdırmalar
nəticəsində
əyalətdə
yaşayıb-yaradan
qarmonçalanlar haqqında da xeyli bilgi əldə edərək onların xidmətlərinə də biganə
qalmayıb kitablarda əks etdirmişik. Öncə onu bildirək ki, Qədim Salyan mahalının
bir hissəsi olan Neftçalada da istedadlı insanlar, xanəndələr və aşıqlar, müxtəlif
musiqi alətləri ifaçıları və həmçinin qarmonçalanlar olub. Neftçalada Kor Nəcəf (o,
həm də tütək, balaban və zurna ifaçısı olub), Əliağa Rəhimov, Nəriman Dadaşov,
Əlidəmir Kərimov, Həqiqət Qurbanov (o, akkordeon, bayan və klarneti də bacarıqla
ifa edib), Kor Niftulla, Adil Nəcəfoğlu və Əzizağa Əzizov, Salyanda Rza Şıxlarov,
Əflatun Ağayev, Əlisahib Dadaşov, Saleh Nəzərov, Sadıq Sadıqov, Elman Bədəlov,
Çingiz Qurbanov, Aslan İlyasov kimi qarmonçalanlar olub. Bu bölgədə son 40-50
ildə xeyli qarmonçalanlar yetişmişdir. Belə bir peşəkar ifaçı və qarmon sinfinin
bacarıqlı, təcrübəli müəllimi olan Firuz Babaşov qarmon ixtisasının tədrisini ucalara
qaldıranlardan biri olmuşdur.
Firuz İmran oğlu Babaşov 1946-cı il oktyabrın 7-də Neftçala rayonunun
Mirqurbanlı kəndində dünyaya gəlib. O, ailənin ilk uşağı və vüqarı idi. Neft
mədənlərində fəhlə işləmiş İmran kişi ömür-gün yoldaşı Məhbubə xanımla yeddi
övlad böyüdüb oxudaraq sənət sahibi etmiş və onları zəhmətə alışdıraraq halallıq
öyrətmişdir.
Firuz kiçik yaşlarından qarmon çalmağa başlamışdı.
Boş vaxtlarda evdə, yazda,
yayda bağ-bağatlı, gül-çiçəkli həyətdə hey qarmon çalaraq rahatlıq tapar, evdəkiləri
və qonum-qonşunu sevindirərdi.
Onun istedadı tam özünü təsdiq etdiyi və həvəsi bəlli olduğu üçün atası ona
sənətkar qarmonu alır. Peşəkar qarmonda çalmaq bir dünya sevinc qazanan Firuz