62
deyil, “Müəddib” deyirdilər. “Müəddib” ərəbcə “ədəb” kökündən
əmələ gəlib “ədəb”, “əxlaq” öyrədən mənasını verirdi. Hökmdarlar
öz uşaqlarını müəddibin tam ixtiyarına verir və müəddiblərə də
uşaqların təlim-tərbiyəsi üçün hər cür imkan və şərait yaradırdılar.
Ərəb xilafətinin hökmran olduğu dövrdə Əməvilərin (661-
750) və Abbasilərin (750-1258) dövründə Azərbaycanda ərəb dili
həm din dili, həm dövlət, həm də elm və tədris dili idi. Bu dil yerli
dili sıxışdırırdı. Artıq VIII-XI əsrlərdə ərəb dili geniş yayılaraq
bütün elm sahələrini əhatə etdi. Bu dövrdə Azərbaycan ziyalıları,
şairləri də ərəbcə yazmağa başladılar. Azərbaycanın Təbriz, Ərdə-
bil, Həmədan, Marağa, Şiz, Gəncə, Bərdə, Beyləqan, Dərbənd, Şə-
ki, Şamaxı, Naxçıvan, Bakı kimi şəhərlərində islam qaydalarına uy-
ğun məktəblər açılmağa başladı. Şihabəddin Sührəvedi (1155-1191)
on yaşında 1165-ci ildə Marağa şəhərində məktəbə getməsi haqqın-
da fakt onu göstərir ki, artıq XII əsrdə Azərbaycanda məktəb şəbə-
kəsi xeyli genişlənmişdi.
Azərbaycanın kənd və şəhərlərində məktəblərin proqramları
müxtəlif idi. Amma ümumiləşmiş şəkildə proqramlar təxminən belə
idi:
1)
Qurandan müəyyən hissənin oxunub, əzbərlədilməsi
(“Çərəkə”);
2)
ərəb əlifbasının şifahi yolla öyrədilməsi (hərflərin adları,
hərəkə işarələri, hərəkəli və hecalı əlifba);
3)
əbcəd (ərəb hərflərinin rəqəmlərlə ifadə olunması) və
ərəbcə sözlərdən ibarət ilk qiraət;
4)
mətbu, ya da əl yazısı ilə yazılmış mənzum və mənsur
kitabların, şeirlərin oxunşu;
5)
ərəbcə dini kitab, hədislər, dini hekayələr, rəvayətlər,
hədislər, zərbül məsəllər, əxlaqi söhbətlər.
Bu məktəblərdə ana dili ərəb dilinin tədrisi üsulu ilə, ərəbcəni
öyrətmək xatirinə oxunur və dini məqsəd daşıyırdı. Uşaqlar az-çox
ərəbcə kəlmələri yazmağa başladıqdan sonra, onlara ərəb üsulu ilə
yazmaq öyrədilirdi. Daha sonra məktəbdə şagirdlərə məktub yaz-
mağı, kəbin kəsməyi, müxtəlif məzmunlu dualar yazmağı da öyrə-
dirdilər.
IX-X əsrlərdə Azərbaycanda dini elmlər sahəsində tanınmış
alimlər meydana gəldi. Həmin əsrlərdə ərəb dili Azərbaycanın dini
63
və mədəni həyatına möhkəm daxil olmuşdu. Artıq IX-X əsrlərdən
başlayaraq Azərbaycan alimləri və din xadimləri, şair və yazıçılar
ərəb dilini ana dili kimi mükəmməl öyrənib, ərəb dilində əsərlər
yazırdılar. X əsrdə Əbülhəsən Yaqub İbn Musa əl-Ərdəbili, Səid
İbn əl-Bərdəi və Əhməd İbn Süleyman Təbrizi kimi məşhur alim və
ideoloqlar meydana gəldi ki, onlar təlim və tərbiyə işlərində, elm
sahələrində yenilik tərəfdarları idilər. Onlara “Mücəddedun” (“Ye-
niləşdirənlər”) deyirdilər. Onların və onlar kimi bir çoxlarının fəa-
liyyəti nəticəsində tədris metodlarında, öyrətmə-öyrənmə prosesin-
də yeniliklər meydana gəldi. Belə ki, məktəb və mədrəsələrdə darıx-
dırıcı imlalar yerinə, izah şərh etmə, münazirə (mübahisə, müzaki-
rə) üsulu əvəz etdi.Təlim prosesində yaradılan dəyişikliklər həm
məktəb, həm də mədrəsə təhsilinin inkişafına, təkmilləşməsinə sə-
bəb oldu.
Azərbaycandakı məktəblərdə Quran və şəriət dərsləri ərəb
dilində tədris olunsa da, tədris edənlər hələ bu dili bilməyən şagird-
lərə ayrı-ayrı mətləbləri anladarkən öz şərh və izahlarını istər-istə-
məz ana dilində söyləməli olurdular.
Məktəblərdə “Elme əsma” adı altında fars dili dərsi tədris
olunurdu. Qətran Təbrizi fars dilini öyrənənlər üçün “Ət-təfasir” ad-
lı fars dili lüğətini tərtib etmişdir. Bu fənnin tədrisi üçün luğət bir
dərslik rolunu oynadığından QətranTəbrizinin tərtib etdiyi lüğət ilk
Azərbaycan dərs kitablarından biri hesab oluna bilər.
Məktəblərdə şagirdlərin qəbulunda yaş həddi qeyri məhdud
idi. 7-10 və bəzən də daha çox yaşlı uşaqlar məktəbə qəbul edilirdi-
lər.
Məktəbə qəbulun da dəqiq vaxtı yox idi. İlin istənilən vaxtın-
da uşaq məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da qeyri-
müəyyən idi. Əsasən 7-8 il oxunurdu. Molla uşağın biliyini fərdi
qaydada “Kafi” hesab etdikdə uşaq məktəbi bitirə bilərdi. Hər molla
10-15 şagirdlə məşğul olurdu. Mollalar tədris üçün uşaqların vali-
deynlərindən hər həftə müəyyən miqdarda məvacib alırdı. Burada
molladan başqa bir də onun köməkçisi var idı ki, ona Xəlfə de-
yilirdi. Qrup nümayəndəsinə də Xəlfə deyilirdi. Mollanın köməkçisi
hesab edilən Xəlfə yaşlı şagirdlərdən də seçilirdi. Məktəbdə şagird-
lər yerdə həsirin üstündə dizi üstə oturub dərs oxuyurdular. Bu
məktəblərdə dərslər ərəbcə və ya farsca keçilirdi. Məktəbə daxil
64
olan uşaqlara əvvəlcə Quranın müəyyən bir hissəsini təşkil edən
“Çərəkə” öyrədilirdi. “Çərəkə” İrandan gətirilən və daş çapında
hazırlanmış dərs kitabı idi. Onu bəzən mollalar öz xətləri ilə yazıb
hazırlayırdılar. “Çərəkə” farsların “Çahar-yek” tərkibindən yaran-
mış dörddə bir deməkdir. Quranın müəyyən bir hissəsi öyrədildiyin-
dən ona “Çərəkə” adı verilmişdir. Dərs hər bir şagirdin fərdi qabi-
liyyətinə, fərdi bilik səviyyəsinə uyğun olaraq fərdi üsulla keçilirdi.
Tədris “Höccələmə” üsulu ilə aparılırdı. “Çərəkə”nin ilk səhifəsində
uzun bir xətlə “Bismillahir-rəhmanir-rəhim” sözləri yazılırdı. Heç
bir hərflə hələ tanış olmamış uşağa, birinci növbədə bu kəlmələr
əzbərlədilirdi. Bundan sonra çərəkədə yazılmış Quran ayələrinin
sözləri heca üsulu ilə öyrədilirdi. Buna 6-7 ay, bəzən də Quranı
bütövlükdə oxumağa bir il vaxt sərf edilirdi. Quranı bitirdikdə şagir-
din ailəsində şadlıq olurdu. Quranı bitirən şagirdlərə ərəb əlifbasının
adları, müxtəlif xətlər, xəttatlıq öyrədilirdi. Quranı bitirmədən ya-
zıya keçənləri molla cəzalandırırdı.
Məktəblərdə “Əbcəd” hesabı deyilən bir qaydanın uşaqlara
öyrədilməsinə də xüsusi fikir verilirdi. Bu qaydaya əsasən hər bir
hərf həm də bir rəqəmi ifadə edir.
Məktəbdə yazı işləri qamışdan hazırlanmış qələmlə yazılırdı.
Molla uşaqlara hüsnxətt nümunəsi verir və bu əsasda da çalışmalar
keçilirdi. Belə məşğələlərə “Məşq” deyirdilər. Adətən valideynlər
öz uşaqlarını yaxşı xətti olan mollanın yanında oxudurdular. Dərsini
bilməyən uşaqlara cəza üsulu olan falaqqadan istifadə edilirdi.
Böyük şair və pedaqoqumuz Abdulla Şaiq bu barədə “Xatirələr”-
ində yazırdı: “Fələqqə ilə tənbeh etmək mollaxanalarda ən çox
yayılmış üsullardan biridir. Kiçik yaşlı uşaqlarda məktəbə, təhsilə
nifrət oyadan, uşaqların məktəbdən qaçmasına səbəb olan fələqqə
qol yoğunluğunda, bir metr yarım uzunluğunda bir ağacdan ibarət
idi. Ortaya yaxın iki yandan qalın kəndir keçirilmiş bu ağacın hər
tərəfindən bir uşaq tuturdu. “Müqəssir” uşağın ayaqlarını fələqqənin
ortasında olan kəndir içində buranda ayaqları göydə, bədəni yerdə
qalırdı. Molla isə çubuğu işə salırdı.....”
Zəngin ailələrin evlərində də məktəblər açılırdı. Müəllimlər
yüksək təbəqənin balalarına dərs verdiklərindən onlar yüksək
məvaciblə təmin edilirdilər. Məktəblərdə uşaqların tərbiyəsi də
müəllimə tapşırıldığından onlar məşğələlərdən sonra da uşaqlarla
Dostları ilə paylaş: |