71
deyilirdi, onlar mədrəsələrin meydana gəlməsinin ilkin səbəbkarı
olmuşlar.
Cənubi Azərbaycanın Həmədan şəhərində yaradılmış zəngin
kitabxanalardan birinin sahibi azərbaycanlı Əbül Vəfa olmuşdur. Bu
kitabxananın şöhrəti İran və Azərbaycan hüdudlarından da uzaqlara
yayılmışdır. Azərbaycana sıx bağlı olan ərəb şairi Əbu Təmmam
(796- 843) həmin kitabxananın fəal oxucusu olmuşdur. O İraqa
köçərkən onun tərüb etdiyi kitablar, xüsusilə burada yazdığı məşhur
“Həmasə” (“Qəhrəmanlıq”) kitabı bu kitabxanada qalmışdır. “Hə-
masənin şərhi” əsərinin müqəddiməsində Xətib Təbrizi yazır ki,
Əbu Təmmam Xorasandan İraqa qayıdarkən Əbül Vəfa onu Həmə-
danda qonaq saxlayır. Şair Həmədandan çıxmaq istəyəndə çoxlu qar
yağdığından yollar tutulur və o bir müddət Həmədanda Əbül Vəfa-
nın yanında qalmalı olur. Əbül Vəfa öz kitabxanasını darıxmamaq
üçün Əbu Təmmamın ixtiyarına verir və o bu kitabxananın kitab-
larından istifadə etməklə “Ə1- Həmasə” adlı məşhur şeirlər məc-
muəsini yazmışdır. Bu kitaba Azərbaycan şairlərinin şeirləri də da-
xil olmuşdur. Bu da məlumdur ki, Xətib Təbrizi bu kitaba böyük
şərh yazmış, onu qiymətli əsər saymış və onu dünyaya yaymışdır.
Göründüyü kimi bu kitabın yazıldığı yer də Azərbaycan olmuş, ilk
oxucuları da azərbaycanlılar olmuş, bu kitaba şərh yazan, bütün
dünyaya tanıdan da Azərbaycan alimi olmuşdur.
Həmədan şəhərində tez-tez kitab satış bazarları təşkil olunur-
du. Belə kitab satış bazarlarından biri də X əsrdə Samanilər dövrün-
də Buxarada olmuşdur. Burada “Savan əl-hikmə” (“Hikmət xəzi-
nəsi”) adlı zəngin saray kitabxanası olmuşdur ki, böyük Azərbaycan
alimi Bəhmənyarın müəllimi və dostu Əbu Əli İbn Sina bu kitabxa-
nadan öz əsərlərini yazmaq üçün zəngin materiallar toplamışdır. İbn
Sinanın dünyagörüşünün inkişafında Samanilərin Buxaradakı saray
kitabxanasının çox böyük rolu olmuşdur. İbn Sina əmir II Nuh İbn
Mənsuru müalicə etdikdən sonra bu kitabxananın müdiri təyin
olunmuşdur. İbn Sina öz tərcümeyi-halında bu kitabxananı belə
təsvir edir: Məni çoxlu otaqları olan binaya buraxdılar otaqların hər
birində qalaq-qalaq kitablarla dolu sandıqlar var idi. Bir otaqda ərəb
dili və poeziyaya, o birində fiqhə dair kitablar var idi. Beləcə hər
otaqda elmlərdən birinə dair kitablar yığılmışdı. Qədim alimlərin
əsərlərinin siyahısı ilə tanış olduqdan sonra mən özümə lazım olanı
72
istədim və çoxlarının adlarını belə eşitmədikləri, mənimsə nə
qabaqlar, nə də sonralar görmədiyim kitabları gördüm. Böyük loğ-
man İbn Sina haqqında bunu da deyirlər ki, o Buxara əmirini müali-
cə etdikdən sonra Əmirin- “cavan oğlan məndən nə mükafat istəyir-
sən” - sualına, o, saray kitabxanasına daxil olmağı istəyirəm. Mən
həmin kitabxanada kitab oxumağı istərdim” - cavabını vermişdir.
Tarixi mənbələrdən məlumdur ki, mühüm mədəniyyət
mərkəzlərindən biri qədim zamanlardan Bərdə şəhəri olmuşdur. IX-
X əsrlərdə Bərdə Azərbaycanın ən qabaqcıl şəhərlərindən olmuşdur.
Elə Bərdə yaxınlığında doğulmuş “Albaniya tarixi”nin müəllifi
Musa Kalankatlının VII əsrdə “Böyük paytaxt və qala şəhəri” kimi
qeydə aldığı bu şəhəri X əsr ərəb səyyahı Müqəddəsi “Azərbayca-
nın baş şəhəri”, “Bu diyarın Bağdadı” adlandırmışdı. Bərdənin şair
və alimlərinin bir çoxu Şərqin və Orta Asiyanın iri mədəniyyət mər-
kəzlərində - Bağdadda, Qahirədə, Dəməşqdə, Nişaburda və başqa
şəhərlərdə yazıb yaradaraq kitab mədəniyyətinə böyük töhfələr
vermiş, Bərdədə və digər şəhərlərdə kitab evləri və kitabxanalar
yaratmışlar. Bu şəhərdə 100 min cilddən artıq kitabı olan kitabxana
olmuşdur. X əsrin ortalarında paytaxt Bərdədən Gəncəyə köçürü-
ləndə kitabxana da Nizami yurduna köçürülmüşdür. Bərdədən sonra
Gəncə Arranın ikinci böyük şəhəri sayılırdı. Bu baxımdan X əsrdə
paytaxt Bərdədən Gəncəyə köçürüləndə yeni paytaxt kitabsız və
kitabxanasız ola bilməzdi. Gəncədə saray da, “Dar əl Kütüb” da
(“Saray kitabxanası”) əvvəlcə yaradılmış, sonra köç başlanmışdır. X
əsrdə Gəncə maarif və mədəniyyəti inkişaf etmiş bir şəhər halına
gəlmişdi. Deməli bu şəhərin yazıçıları, alimləri, şairləri olmuş,
xəttatları və kitab tərcüməçiləri, kitab evləri və kitabxanaları olmuş-
dur. Məhz belə bir mühitdə dahi Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Əbül Üla Gəncəvi və başqaları yetişmişdir.
IX-X əsrlərdə Azərbaycanda və Şərq şəhərlərində dəyərli
şairlər meydana gəlmişdir ki, onların qələmindən xeyli nəsihətamiz
əsərlər çıxmışdır. X əsr müəlliflərindən Yəzdiyar Urməvi, Əhməd
Bərdəi, Əbülhəsən Zəncani, Əbu Zürə Ərdəbili, Baba Kuhi Bakuvi
və başqaları ədəbi, pedaqoji fikri xeyli zənginləşdirmişlər. Əbül-
həsən Zəncani ensiklopedik biliklər toplusunu yazmış və əhalinin
bilik və dünyagörüşünün zənginləşməsinə çalışmışdır. X əsrdə yaşa-
mış Fəzl İbn Hatim Narizi Təbrizi (?-922)böyük astronom olmuş,
73
bir neçə dildə əsərlər yazmış, qədim yunan filosoflarının əsərlərini
tərcümə etmişdir. X əsrdə Bağdadda yaşamış Azərbaycan alimlərin-
dən Əbülhəsən Ərdəbili, Səid Bərdəi, Əhməd Süleyman oğlu, şair-
lərdən Baba Kuhi Bakuvi, onun qardaşı Pir Hüseyn Şirvani öz də-
yərli əsərləri ilə Azərbaycan kitab evini zənginləşdirmiş, insanların
mənəvi tərəqqisinə kömək etmişlər. Göründüyü kimi Azərbaycanın
qələm sahibləri heç vaxt durğunluğun əsiri olmamış, onlar mövcud
kəsirləri özlərinin yeni əsərləri ilə aradan qaldırmışlar. Görkəmli
alim Y.E Bertels (1890-1957) yazırdı: “IX-XIII əsrlər Avropa
mədəniyyəti tarixində ən dərin tənəzzül dövrü olmuşdur. Məhz Şərq
(o cümlədən Azərbaycan) filosoflarının əsərləri Avropa xalqlarını
çətin vəziyyətdən çıxarmış və onlara gələcək inkişaf yollarını
göstərmişdir”.
Azərbaycanı qarış-qarış gəzmiş, buradan xeyli kitab almış və
oxumuş ərəb səyyahı Yaqut əl-Həməvi (1179-1229) “Mucəm əl-
buldan” əsərində yazmışdır ki, Gəncə kitabxanasını açan da, onun
baş mühafizi də alim Həddad İbn Asim İbn Bəkran Əbülfəzl ən-
Nəşəvi olmuşdur.
891-ci ildə xeyli azərbaycanlı yaşayan Bağdadda 100-dən
artıq kitab mağazası və yüzlərlə şəxsi kitabxana var idi ki, bu kitab-
xanalarda azərbaycanlı alimlərin də əsərləri, bir çox azərbaycanlı
kitabxana sahibləri var idi.
Hələ IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azərbayca-
nın Xunəç şəhərində ilk kağız fabriki işə salınmış və kitabçılıq sahə-
sində ilk uğurlar qazanılmış, həm kitab bolluğu yaradılmış, həm
kitab ucuzluğu yaradılmış, həm də insanların elmə, maarifə geniş
şəkildə cəlb olunması təmin olunmuşdur.Kitabçılıq işində kağıza
böyük ehtiyac olduğundan Xunəç kağızı Şərq ölkələrinə, Azərbay-
canın digər şəhərlərinə hətta, Suriyaya, İtaliyaya, Çinə belə ixrac
edilmişdir.
Hələ X əsrdə yaradılmış kitabxanalardan biri də Sabir bin
Ərdəşirin (Ö.1025) Bağdadda yaratdığı kitab evi olmuşdur ki, bura
Bağdad alimləri toplaşar, elmi söhbətlər edər, kitablardan faydala-
nardılar. Bura gələnlər arasında Xətib Təbrizinin müəllimi döv-
rünün böyük şair-filosofu Əbül-Əla-əl Məərri (Ö.1057) də var idi.
X-XI əsrlərdə kitab evləri və kitabxanalardan istifadə pulsuz
idi. Sultan, əmir, vəzir və tacirlərin də ən böyük varı-dövləti həmin
Dostları ilə paylaş: |