74
şəxsin evindəki kitablarının sayı ilə ölçülürdü. Kitab evləri oxumaq
istəyənlərin üzünə günün hər saatında açıq idi. Gün ərzində elm
evində, kitabxanalarda çalışanlara kitabxana sahibi tərəfindən pul-
suz nahar da verilirdi.
Müsəlmanlar erkən orta əsrlərdə kitabları yan-yana deyil, üst
üstə düzürdülər. Çünki yan yana düzülüş üsulunu o dövrdə heç
Avropa da bilmirdi. Digər tərəfdən də kitabların əksəriyyəti nazik
papirus kağızından hazırlanırdı. Belə kitabları yanaşı düzmək
çətinlik törədirdi. Bir də kitabların adları və müəllifi indiki kimi
kitabın üzərində deyil, arxasında və ya ortasında olurdu. Kitab şkaf-
ları isə həmişə açıq və xalqın istifadəsində idi. Erkən orta əsrlərdə
ümumi kitabxanalar, yarım ümumi kitabxanalar, xüsusi kitabxanalar
və mədrəsə kitabxanaları var idi. Bunların hamısında kitabxana
personalı var idi. Kitabxana personalı kitabxananın böyüklüyü və
kiçikliyindən asılı olaraq dəyişilirdi. Bu dəyişiklik vəzifələrin
növünə və sayına görə dəyişirdi.
O dövrdə Azərbaycanın Gəncə, Naxçıvan, Şamaxı, Təbriz,
Ərdəbil, Həmədan kimi şəhərlərinin əksər kitabxanalarında aşağıda-
kı vəzifələr var idi:
1) Kitabxana xəzinadarı; 2) Mütərcimlər (tərcüməçilər);
3) Müstənsixlər (nüsxə çıxaranlar); 4) Mücəllidlər (cildçilər);
5) Müzahiblər (zər-bəzəkli cildlər hazırlayanlar); 6) Münavillər
(Kitabxana xidmətçiləri).
Kitabxana xəzinadarı kitabxananın müdiri vəzifəsində idi.
Onun əsas vəzifəsi kitabxananın elmi-pedaqoji və idari işlərini apar-
maq idi. O yeni çıxan kitabları kitabxanaya alır, kitabları təbliğ edir,
insanlar arasında maarifləndirici işlər aparır, kataloqları diqqətlə tər-
tib edir, oxucuların mümkün qədər kitabxanadan asanlıqla istifadə
etmələrini təmin edirdi. Kitabları çürüməkdən, rütubətdən, korlan-
maqdan qoruyur, gərəkən kitabların cildlənməsinə qayğı göstərir,
icazəsi olmayan adamlara kitab verilməsini əsirgəyir, kitaba ehti-
yacı olanların istəklərini bol-bol yerinə yetirirdi. Kitabxana müdiri
və ya o dövrün dili ilə desək kitabxana xəzinadarı bilikli, geniş
dünyagörüşlü, elmi-metodik səviyyəli bir şəxs olmalı idi.
Kitabxananın mütərcimləri dəyərli kitabları öz ölkələrinin
dilinə tərcümə edərək kitab istəyənlərin istifadəsinə verirdilər.
Kitabxana mütərcimlərinin yardımı ilə yunan, Suriya, Hind elmləri
75
ərəbcəyə tərcümə edilib bütün İrana və Azərbaycana yayılırdı. Bu
dövrdə Pifaqorun, Sokratın, Platonun, Aristotelin əsərlərinə maraq
güclü idi. Fəlsəfi əsərlərdən başqa Evklidin, Arximedin də əsərləri,
Aristarxın astronomiyaya dair kitabları da tərcümə edilmişdi.
Klavdiy Ptolomeyin “Ə1-Macest”i həmçinin onun “Coğrafiya”sı,
ulduzların hərəkət qanunları haqqında kitablar tərcümə edilmişdi.
Bu tərcümə kitabları da Azərbaycan şəhərlərində yayılmış və insan-
larımız da onları oxuyub faydalanmışlar.
Müstənsixlər (nüsxə çıxaranlar) artıq onuncu əsrdə kitabxana-
larda kitabları çoxaltmaqla, üzünü çıxarmaqla məşğul idilər.
Kitabxananı zəngiləşdirmək üçün kitabların bir surətini yazmaq və
artırmaq üçün xüsusi müstənsixlər kitabların üzünü çıxarırdılar.
Təbrizdən bir qrup müstənsix islam aləmində ilk böyük kitabxana
olan Harun ər-Rəşidin təsis etdiyi və oğlu xəlifə əl-Məmunun döv-
ründə zirvəyə yüksəlmiş Beytül-Hikməyə getmiş və orada Qurani
Kərimin, hədislərin, habelə tibbə, fiqhə, ədəbiyyata fəlsəfəyə dair
kitabların üzünü çıxarmış Təbriz kitabxanasını zənginləşdirmişdir.
Bağdadda “Beyt ol-hekmədə”, Bağdad mədrəsə kitabxanasın-
da, habelə Təbriz, Gəncə, Naxçıvan, Xorasan mədrəsə kitabxana-
larında xüsusi xəttat və müstənsixlər hazırlanmış və geniş fəaliyyət
göstərmişlər. Cənubi Azərbaycan- xüsusilə Təbriz xəttatlıq məktəbi
hər zaman bu sahədə fərqlənmişdir.
Mücəllidlər (Kitab cildləmə) də o dövrdə geniş yayılmışdı. Bu
iş Ərdəbil, Təbriz və Həmədanda geniş yayılmışdı. X-XI əsrlərdə
təbrizli, həmədanlı sənətkarların məharətlə hazırladıqları cildlər ən
gözəl və ən qədim cildlər hesab olunmuşdur.
Daha sonralar cildçilik sənəti inkişaf etdi və kitabları naxış-
lama, süsləmə geniş yayılmağa başladı ki, onlara Müzahiblər (zər-
bəzəkli cildlər hazırlayanlar) deyilirdi. Müzahiblər də Azərbaycanın
müxtəlif yerlərində çalışmış və bu sənəti daha da inkişaf etdirmişlər.
Münavillər (Kitabxana xidmətçiləri) isə kitablarla işləmə,
kitab axtarıb tapma, müxtəlif mənbələrdən istifadə etmə qaydalarını
oxuculara öyrədir və onları istədikləri kitablarla təmin edir, kitabları
oxuculara aparıb-gətirirdilər. Münavillər həm də bir pedaqoji,
maarifləndirici, öyrədici bir iş aparırdılar. Münavillər kitab xəzina-
darı səviyyəsinə qalxmamış və kitabxana xidmətçisi səviyyəsinə də
enməmişdilər.
76
Erkən orta əsrlər dövründə Bağdadda, Nəcəfdə, Təbrizdə,
Bərdədə, Gəncədə ümumi, yarımümumi və xüsusi mədrəsə kitabxa-
naları mövcud olmuşdur. Bu dövrdə Azərbaycanda maarif, təlim,
təhsil və pedaqoji fikrin inkişafının səciyyəvi xüsusiyyətlərindən
biri də kitab evləri və kitabxanalar vasitəsilə pedaqoji biliklərin
yayılması, insanların kitablar vasitəsilə maariflənməsi, kitablardan
faydalanması olmuşdur.
4.1.7.Mədrəsələrdə təhsil
İslam aləmində cəmiyyətin inkişaf etməsi, insanların biliyə
ehtiyacının artması yeni tədris müəssisələrinin açılmasını tələb edir-
di. Bu ehtiyacı məscidlər, kuttablar, məktəblər kifayət qədər yerinə
yetirə bilmirdi. Buna görə də daha yüksək təhsil verən müəssisələr-
mədrəsələr yaradılmağa başlandı.
“Mədrəsə” ərəbcə “Dərasə” sözündən əmələ gəlib “Dərs
öyrənilən yer” mənasını verir. Mədrəsədə dərs deyənlərə “müdər-
ris” deyirdilər. Müdərris bizim indiki ali məktəblərimizdə dərs de-
yən dosent, professor vəzifəsini əvəz edirdi. Mədrəsədə ikinci şəxs
“Muid” adlanır. O mədrəsə tələbələrinin biliklərini təkrar etdirir, ev
tapşırıqlarının yerinə yetirilməsinə kömək edir, əlavə məşğələlər
aparırdı. Mədrəsədə üçüncü şəxs “Vaiz” adlanır. O bu günkü
anlayışla tərbiyəçi vəzifəsi deməkdir.Tələbələrin tərbiyə işlərinin
əsas təşkilatçısı hesab olunurdu. Mədrəsələrin hər sinfində qrup
nümayəndəsi olurdu ki, ona “Xəlfə” deyilirdi.
Mədrəsələr iki dərəcədə olurdu: orta təhsil verən mədrəsələr
və ali təhsil verən mədrəsələr. Ali təhsil verən mədrəsəni bitirənlər
bir dini kitab yazaraq yüksək dini rütbə qazanır və bilikli, elmli
adamlar kimi məzun olurdular.
Mədrəsələrdə konkret təhsil müddəti yox idi. Tələbələrin dərsi
mənimsəmə səviyyəsindən asılı olaraq təhsil müddəti müxtəlif idi.
Mədrəsələrdə tələbələrin fərdi qabiliyyəti, bilik və dünyagörüş
səviyyəsi əsas götürülür və buna müvafiq də təlim metodu seçilirdi.
Mədrəsələrdə tələbələrin sinifdən-sinfə keçməsi yerinə, fəndən-
fənnə keçmə sistemi tətbiq olunurdu. Çalışqan, bilikli, fəal tələbələr
mədrəsəni başqa həmyaşıdlarına nisbətən daha tez başa vura bilərdi.
Tələbələrin tətili qış və yayda deyil, tələbənin çalışqanlığı, material-
Dostları ilə paylaş: |