Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə24/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   176

 

74 


şəxsin evindəki kitablarının sayı ilə ölçülürdü. Kitab evləri oxumaq 

istəyənlərin  üzünə  günün  hər  saatında  açıq  idi.  Gün  ərzində  elm 

evində,  kitabxanalarda  çalışanlara  kitabxana  sahibi  tərəfindən  pul-

suz nahar da verilirdi. 

Müsəlmanlar erkən orta əsrlərdə kitabları yan-yana deyil, üst 

üstə  düzürdülər.  Çünki  yan  yana  düzülüş  üsulunu  o  dövrdə  heç 

Avropa  da  bilmirdi.  Digər  tərəfdən  də  kitabların  əksəriyyəti  nazik 

papirus  kağızından  hazırlanırdı.  Belə  kitabları  yanaşı  düzmək 

çətinlik  törədirdi.  Bir  də  kitabların  adları  və  müəllifi  indiki  kimi 

kitabın üzərində deyil, arxasında və ya ortasında olurdu. Kitab şkaf-

ları isə həmişə açıq və xalqın istifadəsində idi. Erkən orta əsrlərdə 

ümumi kitabxanalar, yarım ümumi kitabxanalar, xüsusi kitabxanalar 

və  mədrəsə  kitabxanaları  var  idi.  Bunların  hamısında  kitabxana 

personalı  var  idi.  Kitabxana  personalı  kitabxananın  böyüklüyü  və 

kiçikliyindən  asılı  olaraq  dəyişilirdi.  Bu  dəyişiklik  vəzifələrin 

növünə və sayına görə dəyişirdi. 

O  dövrdə  Azərbaycanın  Gəncə,  Naxçıvan,  Şamaxı,  Təbriz, 

Ərdəbil, Həmədan kimi şəhərlərinin əksər kitabxanalarında aşağıda-

vəzifələr var idi: 

1)  Kitabxana  xəzinadarı;  2)  Mütərcimlər  (tərcüməçilər);       

3)  Müstənsixlər  (nüsxə  çıxaranlar);  4)  Mücəllidlər  (cildçilər);      

5)  Müzahiblər  (zər-bəzəkli  cildlər  hazırlayanlar);  6)  Münavillər 

(Kitabxana xidmətçiləri). 

Kitabxana  xəzinadarı  kitabxananın  müdiri  vəzifəsində  idi. 

Onun əsas vəzifəsi kitabxananın elmi-pedaqoji və idari işlərini apar-

maq idi. O yeni çıxan kitabları kitabxanaya alır, kitabları təbliğ edir, 

insanlar arasında maarifləndirici işlər aparır, kataloqları diqqətlə tər-

tib  edir,  oxucuların  mümkün  qədər  kitabxanadan  asanlıqla  istifadə 

etmələrini  təmin  edirdi.  Kitabları  çürüməkdən,  rütubətdən,  korlan-

maqdan  qoruyur,  gərəkən  kitabların  cildlənməsinə  qayğı  göstərir, 

icazəsi  olmayan  adamlara  kitab  verilməsini  əsirgəyir,  kitaba  ehti-

yacı olanların istəklərini bol-bol  yerinə  yetirirdi. Kitabxana müdiri 

və  ya  o  dövrün  dili  ilə  desək  kitabxana  xəzinadarı  bilikli,  geniş 

dünyagörüşlü, elmi-metodik səviyyəli bir şəxs olmalı idi. 

Kitabxananın  mütərcimləri  dəyərli  kitabları  öz  ölkələrinin 

dilinə  tərcümə  edərək  kitab  istəyənlərin  istifadəsinə  verirdilər. 

Kitabxana mütərcimlərinin  yardımı ilə  yunan, Suriya, Hind elmləri 



 

75 


ərəbcəyə  tərcümə  edilib  bütün  İrana  və  Azərbaycana  yayılırdı.  Bu 

dövrdə  Pifaqorun,  Sokratın,  Platonun,  Aristotelin  əsərlərinə  maraq 

güclü idi. Fəlsəfi əsərlərdən başqa Evklidin, Arximedin də əsərləri, 

Aristarxın  astronomiyaya  dair  kitabları  da  tərcümə  edilmişdi. 

Klavdiy  Ptolomeyin  “Ə1-Macest”i  həmçinin  onun  “Coğrafiya”sı, 

ulduzların  hərəkət  qanunları  haqqında  kitablar  tərcümə  edilmişdi. 

Bu tərcümə kitabları da Azərbaycan şəhərlərində yayılmış və insan-

larımız da onları oxuyub faydalanmışlar. 



Müstənsixlər (nüsxə çıxaranlar) artıq onuncu əsrdə kitabxana-

larda  kitabları  çoxaltmaqla,  üzünü  çıxarmaqla  məşğul  idilər. 

Kitabxananı zəngiləşdirmək üçün kitabların bir surətini  yazmaq və 

artırmaq  üçün  xüsusi  müstənsixlər  kitabların  üzünü  çıxarırdılar. 

Təbrizdən  bir  qrup  müstənsix  islam  aləmində  ilk  böyük  kitabxana 

olan Harun ər-Rəşidin təsis etdiyi və oğlu xəlifə əl-Məmunun döv-

ründə  zirvəyə  yüksəlmiş  Beytül-Hikməyə  getmiş  və  orada  Qurani 

Kərimin,  hədislərin,  habelə  tibbə,  fiqhə,  ədəbiyyata  fəlsəfəyə  dair 

kitabların üzünü çıxarmış Təbriz kitabxanasını zənginləşdirmişdir. 

Bağdadda “Beyt ol-hekmədə”, Bağdad mədrəsə kitabxanasın-

da,  habelə  Təbriz,  Gəncə,  Naxçıvan,  Xorasan  mədrəsə  kitabxana-

larında xüsusi xəttat və müstənsixlər hazırlanmış və geniş fəaliyyət 

göstərmişlər. Cənubi Azərbaycan- xüsusilə Təbriz xəttatlıq məktəbi 

hər zaman bu sahədə fərqlənmişdir. 



Mücəllidlər (Kitab cildləmə) də o dövrdə geniş yayılmışdı. Bu 

iş  Ərdəbil,  Təbriz  və  Həmədanda  geniş  yayılmışdı.  X-XI  əsrlərdə 

təbrizli,  həmədanlı  sənətkarların  məharətlə  hazırladıqları  cildlər  ən 

gözəl və ən qədim cildlər hesab olunmuşdur. 

Daha  sonralar  cildçilik  sənəti  inkişaf  etdi  və  kitabları  naxış-

lama, süsləmə geniş  yayılmağa başladı  ki,  onlara Müzahiblər (zər-

bəzəkli cildlər hazırlayanlar) deyilirdi. Müzahiblər də Azərbaycanın 

müxtəlif yerlərində çalışmış və bu sənəti daha da inkişaf etdirmişlər. 



Münavillər  (Kitabxana  xidmətçiləri)  isə  kitablarla  işləmə, 

kitab axtarıb tapma, müxtəlif mənbələrdən istifadə etmə qaydalarını 

oxuculara öyrədir və onları istədikləri kitablarla təmin edir, kitabları 

oxuculara  aparıb-gətirirdilər.  Münavillər  həm  də  bir  pedaqoji, 

maarifləndirici, öyrədici bir iş  aparırdılar. Münavillər kitab xəzina-

darı səviyyəsinə qalxmamış və kitabxana xidmətçisi səviyyəsinə də 

enməmişdilər. 



 

76 


Erkən  orta  əsrlər  dövründə  Bağdadda,  Nəcəfdə,  Təbrizdə, 

Bərdədə, Gəncədə ümumi, yarımümumi və xüsusi mədrəsə kitabxa-

naları  mövcud  olmuşdur.  Bu  dövrdə  Azərbaycanda  maarif,  təlim, 

təhsil  və  pedaqoji  fikrin  inkişafının  səciyyəvi  xüsusiyyətlərindən 

biri  də  kitab  evləri  və  kitabxanalar  vasitəsilə  pedaqoji  biliklərin 

yayılması,  insanların  kitablar  vasitəsilə  maariflənməsi,  kitablardan 

faydalanması olmuşdur. 

 

4.1.7.Mədrəsələrdə təhsil 

 

İslam  aləmində  cəmiyyətin  inkişaf  etməsi,  insanların  biliyə 

ehtiyacının artması yeni tədris müəssisələrinin açılmasını tələb edir-

di. Bu ehtiyacı məscidlər, kuttablar, məktəblər kifayət qədər yerinə 

yetirə bilmirdi. Buna görə də daha yüksək təhsil verən müəssisələr- 

mədrəsələr yaradılmağa başlandı. 



“Mədrəsə”  ərəbcə  “Dərasə”  sözündən  əmələ  gəlib  “Dərs 

öyrənilən yer” mənasını verir. Mədrəsədə dərs deyənlərə “müdər-

ris” deyirdilər. Müdərris bizim indiki ali məktəblərimizdə dərs de-

yən dosent, professor vəzifəsini əvəz edirdi. Mədrəsədə ikinci şəxs 

“Muid” adlanır. O mədrəsə tələbələrinin biliklərini təkrar etdirir, ev 

tapşırıqlarının  yerinə  yetirilməsinə  kömək  edir,  əlavə  məşğələlər 

aparırdı.  Mədrəsədə  üçüncü  şəxs  “Vaiz”  adlanır.  O  bu  günkü 

anlayışla  tərbiyəçi  vəzifəsi  deməkdir.Tələbələrin  tərbiyə  işlərinin 

əsas  təşkilatçısı  hesab  olunurdu.  Mədrəsələrin  hər  sinfində  qrup 

nümayəndəsi olurdu ki, ona “Xəlfə” deyilirdi. 

Mədrəsələr  iki  dərəcədə  olurdu:  orta  təhsil  verən  mədrəsələr 

və ali təhsil verən mədrəsələr. Ali təhsil verən mədrəsəni bitirənlər 

bir  dini  kitab  yazaraq  yüksək  dini  rütbə  qazanır  və  bilikli,  elmli 

adamlar kimi məzun olurdular. 

Mədrəsələrdə konkret təhsil müddəti yox idi. Tələbələrin dərsi 

mənimsəmə  səviyyəsindən  asılı  olaraq  təhsil  müddəti  müxtəlif  idi. 

Mədrəsələrdə  tələbələrin  fərdi  qabiliyyəti,  bilik  və  dünyagörüş 

səviyyəsi əsas götürülür və buna müvafiq də təlim metodu seçilirdi. 

Mədrəsələrdə  tələbələrin  sinifdən-sinfə  keçməsi  yerinə,  fəndən-

fənnə keçmə sistemi tətbiq olunurdu. Çalışqan, bilikli, fəal tələbələr 

mədrəsəni başqa həmyaşıdlarına nisbətən daha tez başa vura bilərdi. 

Tələbələrin tətili qış və yayda deyil, tələbənin çalışqanlığı, material-



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə