Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə25/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   176

 

77 


ları yerinə yetirməsi ilə bağlı həyata keçirilirdi. Mədrəsə siniflərində 

tələbələrin sayı 20-dən artıq ola bilməzdi. Bu da dərslərin daha yax-

şı mənimsənilməsinə kömək edirdi. Mədrəsələrdə hər gün beş saat, 

həftədə  4  gün  dərs  keçilirdi.  Dərslər  sübh  namazından  sonra  baş-

lanır, günortaya qədər davam  edirdi. Hansı  dərsin nə vaxt  öyrədil-

məsini  müəllim  özü  tələbələrlə  birlikdə  müəyyənləşdirirdi.  Günor-

tadan sonra tələbələr sərbəst idi, sevimli işləri ilə məşğul ola bi-lir-

dilər.  Həftənin  cümə  axşamı  və  cümə  günləri  tələbələrə  istirahət 

verilirdi. 

Orta  təhsil  verən  mədrəsələrə  əsasən  11-12,  ali  təhsil  verən 

mədrəsələrə  isə  16-17  yaşlarından  qəbul  edilirdilər.  Təhsilin  ilk 

mərhələsində  ərəb  dilinin  qrammatikası  öyrədilirdi.  Buna  yiyələn-

mək  üçün  azı  2-3  il  vaxt  ayrılırdı.  Qədim  Şərq  ənənələrini  özünə-

məxsus  şəkildə  davam  etdirən  mədrəsələrdə  humanitar  və  dəqiq 

elmlər öyrədilirdi. Burada tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, 

ədəbiyyat  tarixi,  ritorika,  riyaziyyat,  astronomiya  kimi  dünyəvi 

elmlər,  daha  sonra  “Quran”,  “Təfsir”  (Quranm  açıqlanması),  “Hə-

dis”,  (Peyğəmbərin  (s)  sözləri  və  onunla  bağlı  hekayə  və  rəvayət-

lər), “Təcvid” (Quranın düzgün oxunması), “Təftil” (Quran mənası-

nın  başa  düşülməsi),  fiqh,  ilahiyyat  elmləri  öyrədilirdi.  Mədrəsə-

lərdə dərs kitabı kimi “Quran” və hədis kitablarından başqa ən çox 

istifadə  edilən  kitablar  Biruninin,  İbn  Sinanın,  İbn  Rüşdün, 

Farabinin, Sədi  Şirazinin, Şihabəddin  Sührəverdinin  daha sonralar, 

Ruminin  “Məsnəvi”si,  Füzulinin  “Divan”ı,,  Nizaminin  “Xəmsə”si, 

“Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsər-

lər olmuşdur. Mədrəsələrdə yalnız din və dünyəvi elmlər deyil, həm 

də bədən tərbiyəsi, incəsənət dərsləri də keçilirdi. Mədrəsədə üzmə, 

güləş, qaçış, ox atma, at çapma kimi idman növlərinə fikir verilir və 

öyrədilirdi. Bunlardan başqa, hüsnxət, xitabət (Gözəl danışıq), bədii 

estetik  fəaliyyətlə  bağlı  dərslər  öyrədilirdi.Tələbələrə  imla  yazdır-

maq, onların mətni oxuyub şərhini və izahını vermək, elmi mübahi-

sə və müzakirələr aparmaq tədrisdə geniş yayılmış öyrətmə metod-

ları idi. Tələbələrin biliklərini yoxlamaq üçün imtahanlar keçirilirdi. 

Orta  əsrlər  dövründə  Şərqdə  və  o  cümlədən  Azərbaycanın 

müxtəlif  yerlərində  ixtisas  təmayüllü  mədrəsələr  də  açılmağa 

başladı. 




 

78 


Darül hədis mədrəsələri: Bu, hədisləri öyrənən, toplayan, təd-

qiq edən bir mədrəsə idi. Belə bir mədrəsə Mosulda, daha sonralar 

Təbrizdə açılmışdır. Buranı bitirənlərə “mühəddis” deyilirdi. 

Darül  kurra  mədrəsəsi.  Bu  mədrəsədə  “Qurani-Kərim”lə 

bağlı elmlər öyrədilirdi. Bunlara “Darül hüffaz” da deyilirdi. Buranı 

bitirənlər “Hafiz”, “Xətib” “Müəzzin” kimi adlar verilir və məzun-

lar məscid və camilərdə müxtəlif vəzifələrdə çalışa bilirdilər. 



Darül  tibb  mədrəsələri.  Bu,  tibb  mədrəsələri  idi.  Bunlara 

Darül-şəfa, Darül-sihha, Darül-mərza, Darül-afiyə, Maristan, Bima-

ristan  mədrəsələri  də  deyilmişdir.  Böyük  Azərbaycan  şairi  Xaqa-

ninin  əmisi  Kafiəddin  Omər  İbn  Osmanın  rəhbərliyi  ilə  XII  əsrdə 

Şamaxı yaxınlığında Məlhəm adlı bir yerdə “Mədreseyi –tibb” adlı 

mədrəsə fəaliyyət göstərmişdir 



 

*** 

 

Şərqdə o cümlədən Azərbaycanda təhsilin, maarif və mə-

dəniyyətin,  pedaqoji  fikrin  inkişafında  XI  əsrdə  açılmış 

“Nizamiyyə” mədrəsələrinin xüsüsi əhəmiyyəti olmuşdur. 

Bu mədrəsələrin əsası türk sultanı Alp Arslanın və Məlikşahın 

vəziri Nizam əl-Mülk tərəfindən qoyulmuşdur. Nizamiyyə mədrəsə-

sinin  təməli  1064-cü  ildə  Dəclə  çayı  sahilndə  qoyulmuş  və  iki  ilə 

tamamlanmışdır. 

Nizam  əl-Mülk  (1018-1092)  tərəfindən  inşa  edilən  onun 

şərəfinə adlandırılan Nizamiyyə mədrəsələri islam ölkələrində təlim 

birliyi, mənəvi və mədəni bütünlüyü, ölkəni idarə etmək üçün ağıllı, 

bilikli, tədbirli dövlət adamlarının, din başçılarının, təfəkkür adam-

larının yetişdirilməsini təmin etmək məqsədi güdürdü. Bu səbəbdən 

Nizamiyyə  mədrəsələrinə  dövlətin  ilk  rəsmi  müəssisəsi  kimi  bax-

maq  lazımdır.  Mədrəsənin  dövlət  müəssisəsi  sayılması  üçün  onun 

dövlət tərəfindən təsdiq edilmiş müəyyən bir proqramı olmalı idi və 

mədrəsəni  bitirənlərə  isə  dövlət  tərəfindən  vəzifə  verilməsi  lazım 

idi. Bu şərtləri daşımayan mədrəsələr rəsmi dövlət mədrəsəsi sayıla 

bilməzdi və sərbəst təlimlə məşğul olan mədrəsə sayılırdı. Nizamiy-

yə  mədrəsələri  isə  məhz  yuxarıda  deyilən  şərtlərə  cavab  verir  və 

dövlət  səviyyəsində  olan  ali  təhsil  müəssisəsi  və  ya  universitet 

sayılırdı. 



 

79 


Mədrəsədə  təlim  metodu  əsasən  dialoqlar,  sual-cavab,  şərh, 

izah,  mühazirə,  elmi  müzakirə  və  mübahisələr,  əzbərləmə  idi. 

Müəyyən bir kitabın oxunub bitirilməsi vacib idi. Bu da müəllim və 

tələbənin  bilik  və  qabiliyyətlərinə  əsasən  dəyişilirdi.  Müdərrislər 

dövrün  ən  bilikli  və  əxlaqlı  adamlarından  xüsusi  imtahanla  qəbul 

edilir  və  ölüncəyə  qədər  bu  vəzifədə  işləyə  bilərdilər.  Müdərrislər 

təlim  metodu  seçməkdə,  dərsini  qurmaqda  sərbəst  idiliər.  Bir  çox 

müəllimlər, o cümlədən burada 40 il dərs deyən və buranın zəngin 

kitabxanasının  müdiri  Xətib  Təbrizi  tələbələrinə  keçdiyi  mövzuya 

dair  əlavə  kitablar  və  öz  əlyazmasını  verirdi.  Bu  əlyazmaların  üzü 

tələbələr  tərəfindən  gözəl  xətlə  köçürülürdü.  Müdərrislərin  mədrə-

sədəki  akademik  fəaliyyətləri  çox  ciddi  idi.  Nə  səbəb  olursa  olsun 

dərsin boş keçilməsinə izn verilməz, hətta fasilə zamanları belə cə-

nazə mərasimlərinə qatılmaq uyğun görülməzdi. Müdərrislərin elmi 

və  əxlaqi  keyfiyyətləri  haqqında  bəzi  mənbələrdə  onların-bilikli, 

dindar,  əxlaqlı,  ağır  təbiətli,  evli,  fəzilətli  və  müdrik  olması  əsas 

hesab olunmuşdur. Müdərrislərin “Muid” deyilən bir köməkçiləri də 

var  idi.  Onlar  tələbələrə  dərslərini  öyrənməkdə  tapşırıqları  yerinə 

yetirməkdə  tələbələrə  köməklik  göstərirdilər.  Müid  vəzifəsinə 

çatmaq üçün məzunun “Təməssük” adlı sənədi olmalı idi (“Təməs-

sük”-“Qiymət  cədvəli”)  ki,  bu  sənəddə  onun  müəyyən  olunmuş 

fənləri keçdiyi və müvəffəq qiymət alması göstərilirdi. 

Nizamiyyəyə  əsasən  yaşı  iyirmiyə  qədər  olan  gəncləri  imta-

han - müsahibə yolu ilə qəbul edirdilər. Təhsil müddəti əsasən dörd, 

beş il idi. Lakin tələbələr istədikdə bu müddət qurtarandan sonra da 

dinləyici kimi mühazirələrdə iştirak edə bilərdi. Mədrəsəyə tutduğu 

ictimai mövqedən asılı olmayaraq hər kəs qəbul edilə bilərdi. Lakin 

bu müəyyən edilmiş normanı keçməməli idi. 

Nizamiyyə mədrəsəsində təhsil alan tələbələr məccani oxuyur

onlara  təhsil  məqamlarına  görə  xüsusi  adlar  verilirdi.  Mədrəsəni 

tələbələr  o  zaman  bitirirdilər  ki,  onlar  keçilən  fənlərin  hamısını 

yaxşı mənimsəyir və müəllimlər onların biliklərini “Kafi” (Kifayət) 

hesab edirdilər. Tələbələr mədrəsədən müəyyən edilmiş imtahanları 

müvəffəqiyyətlə verdikdən və bir dini kitab yazdıqdan sonra “Alim” 

rütbəsi qazanaraq məzun olur və məzunlara “İcazətnamə” adlı sənəd 

verirdilər.  Bu  sənəddə  tələbənin  keçdiyi  fənlər,  qiymətləri  və 

müəllimlərinin  adları  yazılırdı.  Nizamiyyə  mədrəsəsində  tələbələrə 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə