Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə28/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   176

 

86 


dirmək, tərəqqi etdirmək idi. Özü deyirdi: “Rəbbim məni təhsillən-

dirdi (əddəbə) və mənim təhsilimi (tədib) ən mükəmməl qıldı, mən 

bir  müəllim  olaraq  göndərildim.  Mən  gözəl  əxlaqı  tamamlamaq 

üçün gəldim”. 

Məhəmməd  Peyğəmbər  təhsillənmə  sözünü  “ədəb”,  “əxlaq” 

kəlməsində işlətmişdir. Ədəb zehnin və ruhun tərbiyəsidir. Quranda 

Peyğəmbərimizin vəzifəsinin öyrədici, tərbiyəedici olduğu göstəril-

məkdədir: “Ey Rəbbimiz! Onlara öz içlərindən özlərinə sənin  ayə-

lərini oxuyacaq, onlara kitab və hikməti öyrədəcək bir elçi göndər”. 

İslam  təlim  və  tərbiyəsinin  əsas  məqsədi  kamil  bir  insan 

yetişdirməkdir. Elə bir insan ki, təkcə vətənində deyil, dünyanın 

harasında olursa olsun, yüksək insani keyfiyyətlərə malik olsun. 

İslam  insanı  maddə  və  mənadan,  bədən  və  ruhdan  mütəşəkkil  bir 

varlıq kimi, bütov şəkildə görür və insanı bütün təmayül və davra-

nışları ilə birlikdə öyrənir. İslam təlim və tərbiyəsinin əsas vəzifəsi 

insanı mükəmməlliyə, aliliyə, ən yaxşıya, ən gözələ çatdırmaqdır. 

İslamda  təlim  və  tərbiyə  sahəsində  ilk  əməli  işi  başladan  elə 

Məhəmməd Peyğəmbərin (s) özü olmuşdur. O, yeni dinin təbliğat-

çısı,  insanlara  mənəviyyatı,  əxlaqı  yayan  bir  müəllim,  eləcə  də  el-

min, biliyin müdafiəçisi olmuşdur. 

Məhəmməd  Peyğəmbər  (s)  elm  və  biliyi,  mənəviyyatı  geniş 

şəkildə yayır, əhalinin savadlanmasına çalışırdı. O, Bədr savaşında 

əsir  alınan  Qüreyşlərdən  bir  qisminin  həyatlarını  pul  qarşılığında 

bağışlamış,  pulu  olmayanları,  amma  yazıb  oxumağı  bilənlərin  hər 

birindən biliklərini digər müsəlmanlara öyrətməsini istəmişdir. Bu-

na görə hər əsir həyatı qarşılığında on müsəlmana yazıb oxumaq öy-

rədirdi. 

Göründüyü  kimi,  Allahın  Rəsulu  peyğəmbərliyinin  hər  anını 

insanlara öyrətməklə dəyərləndirmişdir; həm özü öyrətmiş, həm də 

bilənlərin  bilməyənlərə  öyrətməsini  əmr  etmişdir.  Buna  görə  də, 

Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”-sözüylə də elm 



öyrənməyə insanları təşviq etmiş, insanların gözünü açmışdır”. 

Azərbaycan  Qaraqoyunlu  dövlətinin  başçısı,  maarifpərvər 

hökmdar, “Həqiqi” təxəllüsü ilə dəyərli qəzəllər, rübailər, tuyuqlar 

yazıb,  böyük  “Divan”  yaradan  Mirzə  Cahan  Şah  Həqiqi  öz  “Di-

van”ında  Məhəmməd  Peyğəmbərin  (s)  maarifpərvərliyini,  tərəqqi-

pərvərliyini, biliksevərliyini belə misralarla tərif etmişdir: 




 

87 


Ey aləmlərin şahı, ey xətəməl-ənbiya

Ey övliyalar sirrin bilən, ey Məhəmməd əl-Mustafa 

Sənin ləli-gövhər kəlamların həqiqəti qıldı bəyan, 

Camalının şəm"i yolumuzu işıqlatdı, oldun bizə rahnüma 

Eşq günəşi camalının işığından aldı ziya 

Ey gözlərə nur bəxş edən, ey Padişahi-ənbiya. 

Həzrət  Peyğəmbər  (s)  bir  tərəfdən  bilikləri  yayır,  insanlara 

“Nur bəxş edib” onları cəhalətdən qurtarır, digər tərəfdən də bilən-

lərin bildiklərini başqalarına öyrətməsini əmr edir, ehtiyac duyulan 

bölgələrə müəllim göndərmə vəzifəsini yerinə yetirirdi. Peyğəmbə-

rin təşviqiylə elm adamları hər yerdə rəğbətlə qarşlanırdı. 

Peyğəmbərimiz (s) hər zaman zülmə, ana-ataya üsyan edənlə-

rə,  rüşvətə,  lovğalıq  və  təcəssüsə  (başqalarında  ayıb  axtarma,  qey-

bət), təfriqəyə qarşı mübarizə aparmış, bunların əksinə olaraq millət 

içərisində düzlük və doğruçuluğu əliaçıqlığı, mərhəməti, qonşu haq-

larına piayət etməyi, düzgün dost seçməyi, cihad etməyi, xoş rəftarlı 

olmağı, gözəl əxlaq sahibi olmağı təbliğ etmişdir. 

Peyğəmbərimiz (s) özü də əxlaqca insanlara nümunə idi. Mü-

qəddəs kitabımızda peyğəmbərimizə xitabən deyilir: “Doğrudan da, 

sən böyük əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!)” Peyğəm-

bərimiz  (s)  buyurmuşdur:  “Sizin  ən  xeyirliniz  əxlaqca  ən  gözəl 



olanıdır”. 

Peyğəmbərimiz  (s)  ona  vəhy  edilənləri  yaymış,  katiblərinə 

yazdırmış, təhsili, tərbiyəni, mənəvi, əxlaqi məsələləri xalq arasında 

təbliğ  etmiş,  Allahın  kəlamlarını  kütlələrə  yaymış,  onları  yazdır- 

mışdır. 

Bütün  bunların  nəticəsində  Quran  adlı  müqəddəs  bir  kitabın 

meydana gəlməsinə səbəb olmuşdur. “Quran” (

(

نارق  özü də “Qər'ə” 



(

(

هعرق   sözünün  kökündən  əmələ  gələrək,  “Oxumaq”,  “Tələffüz 



etmək” mənasını verir. 

Başqa  sözlə,  Quran  həm  filoloji,  həm  pedaqoji  cəhətdən 

“Oxumaq”, “Qiraət” deməkdir. Çünki Quran özü bir təlim, tərbiyə 

vasitəsidir.  Quran  “Ümmül-Kitab”  (Kitabların  anası),  “Kəşfül-Hə-

qayiq”  (Həqiqətlərin  kəşfi),  “Məcmueyi-Xeyrül  Kəlam”  (Xeyirli 

sözlər, kəlamlar toplusu) kimi gözəl sözlərlə adlandırılmışdır. 

Elmin  dəyəri  və  önəmi  haqqında  Peyğəmbərimizin  (s)  çoxlu 

hədisləri vardır. O belə deyirdi: “Beşikdən qəbrədək öyrən”, “Elmi-




 

88 


mi  artıraraq  Allaha  yaxın  olmadığın  günün  şəfəqi  lənətlənsin”. 

“Elmi aramayan ölür”, “Alimləri eşidin, çünki onlar dünyanın çıra-

ğı,  axirətin  nurudurlar”,  “Elm  öyrənmək  üçün  yola  çıxan  kimsə 

evinə dönüncəyə qədər Allah yolundadır”, “Elm arayanları mələklər 

qanadlarıyla  qoruyur”,  “Elmi  əldə  edin,  Allah  yolunda  onu  əldə 

edən xeyir işləmiş olur, ondan bəhs edən, Rəbbini öymüş olur, sədə-

qə vermiş olur; onu haq edən, kimsələrə verən, yaxşılıq etmiş olur”. 

“Elm Çində də olsa get dalınca öyrən”. 

Məhəmməd  Peyğəmbərin  (s)  şəxsi  nümunəsi  və  hədislər, 

peyğəmbərimizin  səhabələri  İslamda  ən  gözəl  tərbiyə  vasitəsidir. 

İslam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s) bacarıqlı bir siya- 

sətçi,  qanunşünas,  bəlağətli  natiq,  gözəl  əxlaq  müəllimi,  safürəkli 

dindar,  ləyaqətli  başçı,  mehriban  rəhbər,  böyük  islahatçı,  cəsur 

sərkərdə, mahir cəngavər olmuş və həmişə qalibiyyət onun tərəfində 

olmuşdur. Peyğəmbərimizin (s) əxlaqi keyfiyyətləri haqqında danış-

saq, deyə bilərik ki, o bir əxlaqilik, mənəviyyat timsalı kimi tərbiyə 

işində gözəl nümunə ola bilər. 

“Qurani-Kərim”də Peyğəmbərimizə (s) xitabən-“Sən böyük 

əxlaq  üzərindəsən”-buyurulur.  Peyğəmbərimiz  müsəlman  ümməti 

üçün “Usuvəti-həsənə” (“Gözəl nümunə”) hesab edilir. İslam tərbi-

yəsinin  ən  gözəl  nümunəsi  şübhəsiz  Məhəmməd  Peyğəmbərin  (s) 

həyatı,  fəaliyyəti,  daha  sonra  bir  sıra  din  böyüklərinin,  elm-idrak 

sahiblərinin və görkəmli şəxsiyyətlərin həyat tərzi, yaşantısı, nümu-

nəsidir.  Peyğəmbər  (s)  öz  müdrik  kəlamlarında  tərbiyə  məsələsinə 

geniş  yer vermişdir. O özü hər  yerdə, hər işdə nəzakət  qaydalarını 

gözləmiş, bəd əməllərdən uzaq olmağı, əmanətə xəyanət etməməyi, 

hamının  hörmətini  qazanmağı  tövsiyə etmişdir. Peyğəmbərimiz (s) 

ədəb, əxlaq haqqında deyirdi: “Kiçiklərimizin halına acımayan, bö-

yüklərimizin  şərəfini  bilib  haqlarını  təslim  etməyən  bizdən  (əhli 

sünnətdən) deyildir”. 

İki adamın barışması, onların aralarının düzəlməsi, namaz qıl-

maqdan,  oruc  tutmaqdan  xeyirlidir.  İki  cür  adama  Allah  qiyamət 

günü  rəhm  etməz:  yaxın  adamlarının  əhvalını  soruşmayana  və  pis 

qonşuya;  Allah  lənət  eləsin  ana  ilə  övladın,  qardaş  ilə  qardaşın 

arasına girib, onları bir-birindən ayıranlara; atanın öz oğluna əvəz-

siz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü tərbiyədir; Allaha 

doğru sözdən daha qiymətli bir sədəqə yoxdur; Düzgün olun, çünki 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə