Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə26/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   176

 

80 


təhsil müddətində təqaüd, yemək, xüsusi geyim verilir və mədrəsə-

nin pansionunda qala bilmək hüquqü verilirdi. 

Nizamiyyədə  dərslər  sadədən  mürəkkəbə,  asandan  çətinə, 

ümumidən  xüsusiyə  prinsipi  əsasında  qurulurdu.  Bağdad  mədrəsə-

sini  digərlərindən  ayıran  əsas  xüsusiyyət,  tələbələrin  elm,  təhsil 

işində daha çox müstəqil çalışmaları idi. Burada tələbələr müşahidə 

aparır,  təcrübələr  keçirir,  məlumatlar  toplayır,  nəticələrin  səbəblə-

rini  araşdırırdılar.  Müəllimlərə  dərs  üslubu  seçməkdə,  mühazirə 

oxumaqda  tam  sərbəstlik  verilirdi.  Bununla  bərabər  onlar  ümumi 

pedaqoji  qaydalardan  və  mədrəsənin  ümumi  qanunlarından  kənara 

çıxa  bilməzdilər.  Müəllimlər  yalnız  öz  ixtisasları  üzrə  mühazirələr 

oxuya  bilərdilər  ki,  hər  bir  mühazirənin  də  müddəti  iki  saatdan 

ibarət  olurdu. Onlar əksər hallarda tələbələrə öz kitablarından dərs 

verirdilər.  Nizamiyyənin  müəllimləri  xüsusi  paltar  geyməli  və 

bununla da başqalarından fərqlənməli idilər. Nizamiyyə mədrəsəsi-

nin  zəngin  kitabxanasında  80.000  kitabın  olduğu  qeyd  edilməkdə-

dir.  Bu  kitabxananın  müdiri  yuxarıda  dediyimiz  kimi  Azərbaycan 

alimi Xətib Təbrizi idi. 

Dövrün ən böyük alimləri Nizamiyyədə dərs demək üçün bura 

dəvət edilmişdir. Hinduşah Naxçıvani göstərir ki, Nizamiyyə məd- 

rəsəsi  tamam  olan  kimi  Nizam  əl-Mülk  Azərbaycan  alimi  Xətib 

Təbrizini  mədrəsəyə  dəvət  etmiş  və  o  40  il  bu  mədrəsədə  dərs 

demiş, buranın zəngin kitabxanasının müdiri olmuşdur. 

Nizamiyyə mədrəsəsində dərs deyən Azərbaycan alimlərindən 

biri də böyük şair, mütəfəkkir Şihabəddin Əbu Həfs Ömər Məhəm-

məd oğlu Sührəverdi olmuşdur (1145-1235). O, 1145-ci ildə Zəncan 

yaxınlığında  yerləşən Azərbaycan şəhəri Sührəvərddə doğulmuş və 

“Sührəverdiyyə” təriqətinin əsasını qoymuşdur. 

Nizamiyyə mədrəsəsinin məzunları olmuş azərbaycanlı alim- 

lərdən  “Bədi”  ləqəbi  ilə  məşhur  olan  Əbül  Müzəffər  Əbdüssəməd 

İbn Zəncani (... 1158), Əbubəkr İbn Şirvani, Əlaəddin Məhəmməd 

İbn Əhməd Səlmasi (...1240) və başqaları olmuşdur. XII əsrdə  ya-

şamış, farsca şeirlər yazıb yaradan, Gəncədə doğulub, böyüyən Əbu 

Həfs Ömər Gənzi(Gəncəli) Nizamiyyə mədrəsəsinin məzunu olmuş, 

sonra  bir  müddət  burada  da  dərs  demişdir.  Yaqut  əl-Həməvinin 

məlumatına  görə  o  ədəbiyyatı  məşhur  alim  Əbül  Müzəffər  əl-

Əbiverdidən  öyrənmiş  və  fazil  ədib  kimi  yetişmişdir.  Bağdadda, 



 

81 


Həmədanda, Xorasanda xeyli hədis toplamış və onları nəql etmişdir. 

O Bağdad Nizamiyyə mədrəsəsini bitirdikdən sonra vətəni Gəncəyə 

qayıtmış,  sonra  isə  Nişaburda  vəzir  Fəxrül-kün  ovladlarına  dərs 

vermişdir. Mərv şəhərində təxminən 70 yaşında ikən vəfat etmişdir. 

Nizamiyyə  mədrəsəsinin  azərbaycanlı  məzunları  sırasında  habelə 

Əbdül Həsən Bərdəyi, Cavid Marağai, Süleyman Təbrizi və başqa-

ları da olmuşdur. 

Böyük şairimiz Xaqani Şirvani də “Nizamiyyə” mədrəsəsində 

olmuş, buranın böyük alimləri ilə görüşmüş, xəlifənin vəziri Cəma-

ləddin  İsfahani ilə tanış olmuş, mədrəsə alimləri ilə elmi müzakirə 

və  söhbətlər  keçirmişdir.  Bağdad  xəlifəsi  Xaqanini  öz  sarayına  ən 

yüksək  vəzifəyə  -  vəziri  olmağa  dəvət  etmiş,  amma  şair  vətəninə 

qayıtmağı üstün hesab etmişdir. 

Nizamiyyə  mədrəsələri  Bağdaddan  başqa  Nişaburda,  Də-

məşqdə, Mərvdə, İsfahanda, Mosulda, Xuzistanda, Xorasanda, He-

rat və Bəsrədə də yaranmış və fəaliyyət göstərmişdir. 

Nizamiyyə  mədrəsəsi  başqa  mədrəsələrə  nisbətən  daha  uzun 

ömürlü olmuş və XV əsrə qədər davam etmişdir. 

 

4.1.8.Azərbaycanda mədrəsələrin yaranması və inkişafı 

 

Mədrəsələrin istər Şərq aləmində və istərsə də Azərbaycanda 



dəqiq  nə  vaxt,  harada  açılması  barədə  alimlərimiz  bu  barədə 

müxtəlif fikirlər söyləmiş, müxtəlif tarixlər göstərmişlər. 

Mədrəsələr,  əsasən  böyük  şəhərlərdə  məscid  və  camilərin, 

vəqfi  olan  kompleks  məqbərələrin,  tarixi  abidələrin,  türbələrin 

nəzdində yaradılırdı. Mədrəsələrdə dini və dünyəvi elmlər (ərəb və 

fars  dilləri,  şəriət,  ədəbiyyat,  fəlsəfə,  məntiq,  psixologiya,  astrono-

moya, coğrafiya, həndəsə, cəbr və s.) tədris edilirdi. 

X əsrin ikinci yarısından etibarən bütün islam ölkələrindən, o 

cümlədən  Azərbaycandan  da  bir  çox  ziyalılar,  elm  həvəskarları 

mədrəsə  təhsili  almaq  üçün  Bağdad  mədrəsələrinə  gedirdilər.  Əl-

Tiflisi, Əbül-Həsən İbn Harun əl-Zəncani kimi Azərbaycan alimləri 

vaxtilə Bağdad mədrəsələrində təhsil almış və sonra da bu şəhərdə 

qalıb  çalışmışlar.  Bundan  əlavə  962-ci  ildə  Qahirə  şəhərinin  “Əz-

hər” adlı came məscidində təşkil olunmuş Əzhər mədrəsəsi də o za-

man ümumislam ölkələri üçün əsas tədris ocağı olmuşdu. 



 

82 


XII əsrdə Azərbaycanda mədrəsə təhsili görmüş bir çox alim 

və ziyalıların, şairlərin adlarına rast gəlmək olur. Belə ki, Əbül Üla 

Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami 

Gəncəvi  kimi  böyük  Azərbaycan  mütəfəkkirləri  mədrəsə  təhsili 

görmüş  və  şöhrətlənmişlər.  Belə  bir  tarixi  həqiqətin  mövcudluğu 

onu deməyə əsas verir ki, şübhəsiz XII əsrdə Azərbaycanın iri inki-

şaf etmiş, ticarət mərkəzləri olan, ipək yolu keçən şəhərlərdə mədrə-

sələr yaranıb fəaliyyət göstərmişdir. . 

Naxçıvandakı  məktəb  və  mədrəsələr,  xüsusilə  XII  əsrdə  Ata-

bəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldənizin dövründə (ha-

kimiyyəti 1136-1125) inşa edilən mədrəsələr Yaxın Şərqdə tanınmış 

və böyük şöhrət tapmışdır. Şəmsəddin Eldəniz ölkəsində məktəb və 

mədrəsələrin şəbəkəsini genişləndirmək üçün bir sıra tədbirlər həyata 

keçirmiş,  məscid  və  camilər,  məqbərə  və  türbələr,  inşa  etdirmişdir. 

Memar Əbubəkr Əcəmi Naxçıvaninin bu dövrdə yaratdığı və Yaxın 

Şərqdə şöhrət tapdığı memarlıq abidələri buna misaldır. 

XII  əsrdə  Naxçıvanda  ali  təhsil  verən  iki  mədrəsənin  olması 

haqqında  mənbələrdə  məlumat  vardır.  Belə  ki,  Naxçıvan  ərazisin-

dən keçən böyük karvan  yolları bu diyarda  ən qədim zamanlardan 

etibarən Şərq və Qərb maarif və mədəniyyətinin inkişafına öz təsiri-

ni  göstərmişdir.  Hələ  XII  əsrdə  Atabəylər  dövlətinin  paytaxtı  olan 

Naxçıvanda indiki mənada universitet statusuna malik olan iki məd-

rəsənin  mövcud  olması  və  bu  mədrəsələrdə  Şərq  məktəb  tipi  prin-

sipləri ilə yanaşı, dünyəvi elmlərin - həndəsə, riyaziyyat, astronomi-

ya, coğrafiya kimi fənlərin öyrədilməsi mənbələrdə göstərilmişdir. 

Naxçıvanda XII əsrin məktəb və mədrəsələrinin tarixinə dair, 

onların  inkişafına  dair  dəyərli  sənədlərdən  biri  “Təqrir-i  tədris-i 

mədrəseyi  Naxçıvan  əz  inşa  mərhum  Şəmsəddin  Sahib-Divan” 

(“Mərhum Sahibi Divan Şəmsəddinin inşa etdirdiyi Naxçıvan məd-

rəsələrinin tədrisi təqdirinə dair”) adlı Fərmandır. Fərman Atabəylər 

dövründə  Sultan  Şəmsəddin  Eldənizin  Naxçıvanda  inşa  etdirdiyi 

mədrəsələr  və  onların  bərpası  haqqındadır.  Bu  mədrəsələrin  tarixi 

Əcəmi yadigarları olan Mömünə Xatun (1186-cı il) və 1162-ci ildə 

inşa edilmiş Yusif İbn Küseyr türbəsinin tarixinə müvafiqdir. Bura-

dakı  mədrəsələr  bu  abidələr  kompleksinə  daxil  olmuş  və  onların 

vəqfləri, gəliri hesabına maliyyələşmiş və öz fəaliyyətini qurmuşlar. 

Məlum olur ki, Şərqdə məktəb və mədrəsələrin bir çoxu məscidlər 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə