Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə23/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   176

 

71 


deyilirdi,  onlar  mədrəsələrin  meydana  gəlməsinin  ilkin  səbəbkarı 

olmuşlar. 

Cənubi  Azərbaycanın  Həmədan  şəhərində  yaradılmış  zəngin 

kitabxanalardan birinin sahibi azərbaycanlı Əbül Vəfa olmuşdur. Bu 

kitabxananın şöhrəti İran və Azərbaycan hüdudlarından da uzaqlara 

yayılmışdır.  Azərbaycana  sıx  bağlı  olan  ərəb  şairi  Əbu  Təmmam 

(796-  843)  həmin  kitabxananın  fəal  oxucusu  olmuşdur.  O  İraqa 

köçərkən onun tərüb etdiyi kitablar, xüsusilə burada yazdığı məşhur 

“Həmasə”  (“Qəhrəmanlıq”)  kitabı  bu  kitabxanada  qalmışdır.  “Hə-

masənin  şərhi”  əsərinin  müqəddiməsində  Xətib  Təbrizi  yazır  ki, 

Əbu Təmmam Xorasandan İraqa qayıdarkən Əbül Vəfa onu Həmə-

danda qonaq saxlayır. Şair Həmədandan çıxmaq istəyəndə çoxlu qar 

yağdığından yollar tutulur və o bir müddət Həmədanda Əbül Vəfa-

nın  yanında qalmalı olur. Əbül Vəfa öz kitabxanasını darıxmamaq 

üçün  Əbu  Təmmamın  ixtiyarına  verir  və  o  bu  kitabxananın  kitab-

larından  istifadə  etməklə  “Ə1-  Həmasə”  adlı  məşhur  şeirlər  məc-

muəsini yazmışdır. Bu kitaba Azərbaycan şairlərinin şeirləri də da-

xil  olmuşdur.  Bu  da  məlumdur  ki,  Xətib  Təbrizi  bu  kitaba  böyük 

şərh  yazmış,  onu  qiymətli  əsər  saymış  və  onu  dünyaya  yaymışdır. 

Göründüyü kimi bu kitabın yazıldığı yer də Azərbaycan olmuş, ilk 

oxucuları  da  azərbaycanlılar  olmuş,  bu  kitaba  şərh  yazan,  bütün 

dünyaya tanıdan da Azərbaycan alimi olmuşdur. 

Həmədan şəhərində tez-tez kitab satış bazarları təşkil olunur-

du. Belə kitab satış bazarlarından biri də X əsrdə Samanilər dövrün-

də  Buxarada  olmuşdur.  Burada  “Savan  əl-hikmə”  (“Hikmət  xəzi-

nəsi”) adlı zəngin saray kitabxanası olmuşdur ki, böyük Azərbaycan 

alimi Bəhmənyarın müəllimi və dostu Əbu Əli İbn Sina bu kitabxa-

nadan öz əsərlərini yazmaq üçün zəngin materiallar toplamışdır. İbn 

Sinanın dünyagörüşünün inkişafında Samanilərin Buxaradakı saray 

kitabxanasının çox böyük rolu olmuşdur. İbn Sina əmir II Nuh  İbn 

Mənsuru  müalicə  etdikdən  sonra  bu  kitabxananın  müdiri  təyin 

olunmuşdur.  İbn  Sina  öz  tərcümeyi-halında  bu  kitabxananı  belə 

təsvir edir: Məni çoxlu otaqları olan binaya buraxdılar otaqların hər 

birində qalaq-qalaq kitablarla dolu sandıqlar var idi. Bir otaqda ərəb 

dili  və  poeziyaya,  o  birində  fiqhə  dair  kitablar  var  idi.  Beləcə  hər 

otaqda  elmlərdən  birinə  dair  kitablar  yığılmışdı.  Qədim  alimlərin 

əsərlərinin siyahısı ilə tanış olduqdan sonra mən özümə lazım olanı 



 

72 


istədim  və  çoxlarının  adlarını  belə  eşitmədikləri,  mənimsə  nə 

qabaqlar, nə də sonralar görmədiyim kitabları gördüm. Böyük loğ-

man İbn Sina haqqında bunu da deyirlər ki, o Buxara əmirini müali-

cə etdikdən sonra Əmirin- “cavan oğlan məndən nə mükafat istəyir-

sən”  - sualına, o, saray  kitabxanasına daxil olmağı  istəyirəm. Mən 

həmin kitabxanada kitab oxumağı istərdim” - cavabını vermişdir. 

Tarixi  mənbələrdən  məlumdur  ki,  mühüm  mədəniyyət 

mərkəzlərindən biri qədim zamanlardan Bərdə şəhəri olmuşdur. IX-

X əsrlərdə Bərdə Azərbaycanın ən qabaqcıl şəhərlərindən olmuşdur. 

Elə  Bərdə  yaxınlığında  doğulmuş  “Albaniya  tarixi”nin  müəllifi 

Musa Kalankatlının VII əsrdə “Böyük paytaxt və qala şəhəri” kimi 

qeydə aldığı bu şəhəri X əsr ərəb səyyahı Müqəddəsi “Azərbayca-

nın baş şəhəri”, “Bu diyarın Bağdadı” adlandırmışdı. Bərdənin şair 

və alimlərinin bir çoxu Şərqin və Orta Asiyanın iri mədəniyyət mər-

kəzlərində  -  Bağdadda,  Qahirədə,  Dəməşqdə,  Nişaburda  və  başqa 

şəhərlərdə  yazıb  yaradaraq  kitab  mədəniyyətinə  böyük  töhfələr 

vermiş,  Bərdədə  və  digər  şəhərlərdə  kitab  evləri  və  kitabxanalar 

yaratmışlar. Bu şəhərdə 100 min cilddən artıq kitabı olan kitabxana 

olmuşdur.  X  əsrin  ortalarında  paytaxt  Bərdədən  Gəncəyə  köçürü-

ləndə kitabxana da Nizami yurduna köçürülmüşdür. Bərdədən sonra 

Gəncə Arranın ikinci böyük şəhəri sayılırdı. Bu baxımdan X əsrdə 

paytaxt  Bərdədən  Gəncəyə  köçürüləndə  yeni  paytaxt  kitabsız  və 

kitabxanasız  ola  bilməzdi.  Gəncədə  saray  da,  “Dar  əl  Kütüb”  da 

(“Saray kitabxanası”) əvvəlcə yaradılmış, sonra köç başlanmışdır. X 

əsrdə  Gəncə  maarif  və  mədəniyyəti  inkişaf  etmiş  bir  şəhər  halına 

gəlmişdi.  Deməli  bu  şəhərin  yazıçıları,  alimləri,  şairləri  olmuş, 

xəttatları və kitab tərcüməçiləri, kitab evləri və kitabxanaları olmuş-

dur. Məhz belə bir mühitdə dahi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, 

Əbül Üla Gəncəvi və başqaları yetişmişdir. 

IX-X  əsrlərdə  Azərbaycanda  və  Şərq  şəhərlərində  dəyərli 

şairlər meydana gəlmişdir ki, onların qələmindən xeyli nəsihətamiz 

əsərlər  çıxmışdır.  X  əsr  müəlliflərindən  Yəzdiyar  Urməvi,  Əhməd 

Bərdəi, Əbülhəsən Zəncani, Əbu Zürə Ərdəbili, Baba Kuhi Bakuvi 

və  başqaları  ədəbi,  pedaqoji  fikri  xeyli  zənginləşdirmişlər.  Əbül-

həsən  Zəncani  ensiklopedik  biliklər  toplusunu  yazmış  və  əhalinin 

bilik və dünyagörüşünün zənginləşməsinə çalışmışdır. X əsrdə yaşa-

mış  Fəzl  İbn  Hatim  Narizi  Təbrizi  (?-922)böyük  astronom  olmuş, 



 

73 


bir neçə dildə əsərlər  yazmış, qədim yunan filosoflarının əsərlərini 

tərcümə etmişdir. X əsrdə Bağdadda yaşamış Azərbaycan alimlərin-

dən Əbülhəsən Ərdəbili, Səid Bərdəi, Əhməd Süleyman oğlu, şair-

lərdən Baba Kuhi Bakuvi, onun qardaşı Pir Hüseyn Şirvani öz də-

yərli əsərləri ilə Azərbaycan kitab evini zənginləşdirmiş, insanların 

mənəvi tərəqqisinə kömək etmişlər. Göründüyü kimi Azərbaycanın 

qələm sahibləri heç vaxt durğunluğun əsiri olmamış, onlar mövcud 

kəsirləri  özlərinin  yeni  əsərləri  ilə  aradan  qaldırmışlar.  Görkəmli 

alim  Y.E  Bertels  (1890-1957)  yazırdı:  “IX-XIII  əsrlər  Avropa 

mədəniyyəti tarixində ən dərin tənəzzül dövrü olmuşdur. Məhz Şərq 

(o  cümlədən  Azərbaycan)  filosoflarının  əsərləri  Avropa  xalqlarını 

çətin  vəziyyətdən  çıxarmış  və  onlara  gələcək  inkişaf  yollarını 

göstərmişdir”. 

Azərbaycanı qarış-qarış gəzmiş, buradan xeyli kitab almış və 

oxumuş  ərəb  səyyahı  Yaqut  əl-Həməvi  (1179-1229)  “Mucəm  əl- 

buldan”  əsərində  yazmışdır  ki,  Gəncə  kitabxanasını  açan  da,  onun 

baş  mühafizi  də  alim  Həddad  İbn  Asim  İbn  Bəkran  Əbülfəzl  ən-

Nəşəvi olmuşdur. 

891-ci  ildə  xeyli  azərbaycanlı  yaşayan  Bağdadda  100-dən 

artıq kitab mağazası və yüzlərlə şəxsi kitabxana var idi ki, bu kitab-

xanalarda  azərbaycanlı  alimlərin  də  əsərləri,  bir  çox  azərbaycanlı 

kitabxana sahibləri var idi. 

Hələ  IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azərbayca-

nın Xunəç şəhərində ilk kağız fabriki işə salınmış və kitabçılıq sahə-

sində  ilk  uğurlar  qazanılmış,  həm  kitab  bolluğu  yaradılmış,  həm 

kitab  ucuzluğu  yaradılmış,  həm  də  insanların  elmə,  maarifə  geniş 

şəkildə  cəlb  olunması  təmin  olunmuşdur.Kitabçılıq  işində  kağıza 

böyük ehtiyac olduğundan Xunəç kağızı Şərq ölkələrinə, Azərbay-

canın  digər  şəhərlərinə  hətta,  Suriyaya,  İtaliyaya,  Çinə  belə  ixrac 

edilmişdir. 

Hələ  X  əsrdə  yaradılmış  kitabxanalardan  biri  də  Sabir  bin 

Ərdəşirin (Ö.1025) Bağdadda yaratdığı kitab evi olmuşdur ki, bura 

Bağdad  alimləri  toplaşar,  elmi  söhbətlər  edər,  kitablardan  faydala-

nardılar.  Bura  gələnlər  arasında  Xətib  Təbrizinin  müəllimi  döv-

rünün böyük şair-filosofu Əbül-Əla-əl Məərri (Ö.1057) də var idi. 

X-XI  əsrlərdə  kitab  evləri  və  kitabxanalardan  istifadə  pulsuz 

idi. Sultan, əmir, vəzir və tacirlərin də ən böyük varı-dövləti həmin 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə