Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə31/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   176

 

95 


ki,  əxlaqi,  estetik tərbiyəsini  vəhdətdə  götürür,  insanları  kamilliyə, 

çalışqanlığa,  halal  və  haramı  seçmək  üçün  gərgin  axtarışa,  böyük-

lərə  hörmət  etməyə,  kiçiklərə  qayğı  göstərməyə,  düşünərək  danış-

mağa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir. 



6. İslamda tərbiyəyə həm fərdi, həm də ictimai məsuliyyət 

kimi yanaşılması. Hər bir fərd öz nəfsini təmizləmək, özünü tərbi-

yə  etmək  üçün  məsuliyyət  daşıyır.  Ona  görə  də  müsəlman  Allah-

Taalanın,  Quranın  buyurduğu  yolla  getməlidir.  Tərbiyənin  ictimai 

məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, hər bir müsəlman 

öz  müsəlman  qardaşının  təlimi  və  tərbiyəsi  üçün  müəkəlləfdir  və 

dindaşının həmişə doğru yolda olmasını istəyir. 

Elmi  pedaqogikada  mühüm  yer  tutan  tərbiyə  prinsiplərinin 

əksəriyyəti islam  tərbiyəsinin də prinsiplərinə aid ola bilər.  Tərbi-



yədə yaş, fərdi, cinsi xüsusiyyətlərin nəzərə alınması, sözlə əmə-

lin vəhdətinin gözlənilməsi, ardıcıllığa əməl edilməsi, hörmət və 

tələbkarlığın  tətbiq  edilməsi,  hər  bir  uşağın  gələcəyinə  nikbin 

yanaşılması ilə bağlı Quranda xeyli ayələr vardır. 

İslam  tərbiyəsində  tərbiyənin  üsulları  “Qurani-Kərim”-də, 

Məhəmməd  Peyğəmbərin  (s)  hədislərində  öz  əksini  tapmışdır.  Bu 

üsulların ən başlıcası inandırmaqdır, şüura, ağıla və davranışa təsir 

göstərmək  üsullarıdır.  İslam  tərbiyəsinin  üsulları  sırasında  əxlaqi 

söhbət və mühazirələr, təbliğatlar, dini-əxlaqi rəvayətlərin nəql edil-

məsi,  İslam  tarixi  və  peyğəmbərlərin  həyat  və  fəaliyyətindən  söh-

bətlərin  aparılması,  hədislər  əsasında  tərbiyə,  müqayisələr  və  bilik 

əsasında  mübahisələr  aparmaq,  əxlaqi-dini  misallar  çəkmək,  İslam 

müqəddəslərinin  nümunəsində  tərbiyə  etmək,  təlqin  və  təmrinlər, 

islami şərtlərə uyğun əməli işlərin görülməsi, habelə islam tələbləri 

əsasında gündəlik rejimə əməl etmək üsullarıdır. 

İslam  tərbiyəsində  ən  qüvvətli  və  əsas  üsullardan  biri  isə 

Məhəmməd  Peyğəmbərin  (s)  nümunəsində  tərbiyədir.  Peyğəmbə- 

rimizin həyat və fəaliyyəti ən gözəl əxlaq və ən gözəl tərbiyə nümu- 

nəsidir. Quranın “Əl-Həşr” surəsində deyilir: “...Peyğəmbər sizə nə 

verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin” 

Düzgün  əxlaq  və  davranışa,  yaxşı  mənəviyyata  sahib  olmaq, 

ilk  növbədə,  islam  qaydalarına,  Allahın  kəlamlarına,  Məhəmməd 

Peyğəmbərin (s) hədislərinə dərindən inamdan və etiqaddan, onlara 

əməl  etməkdən  irəli  gəlir.  Gözəl  əxlaqa  sahib  olmaq  müqəddəs 



 

96 


kitabımızda  deyildiyi  kimi,  “Allahın  əxlaqı  ilə  əxlaqlanmaqdır”. 

“Həqiqətən  Allahın  rəsulu  Allaha  və  qiyamət  gününə  ümid  bəslə-

yənlər (Allahdan, qiyamət  günündən qorxanlar)  və Allahı çox zikr 

edənlər üçün gözəl nümunədir”. 

İslam tərbiyəsi üsulları sırasında həvəsləndirmə, rəğbətləndir-

mə, tənbeh kimi stimullaşdırıcı üsullar da vardır. İslam tərbiyəsində 

həvəsləndirmə  üsulu  kimi  yaxşı  işlər  görməyə,  gələcəkdə  hökmən 

fayda görəcəyinə inandırmaq, pis əməllərinə görə isə müəyyən cəza 

çəkəcəyinə inandırmaqdır. İslam hər hansı psixi, fiziki cəzaları rədd 

edir. İslamda məcbur etmə, zor işlətmək kimi üsullar yoxdur. İslam 

dinimiz  tənbeh  zamanı  tərbiyəçinin  qəzəbli  vaxtda  deyil,  sakit 

vaxtda, düşüncəli şəkildə, ehtiyatla hərəkət etməsini məsləhət görür. 

İslam  tərbiyəsində  tərbiyəçilərin  özləri  tərbiyəli  olmalı,  yük- 

sək  mənəvi  keyfiyyətlərə  sahib  olmalıdırlar.  İslam  tərbiyəsində 

yumşaqlıq,  mehribanlıq,  xoş  rəftar  əsas  yer  tutur.  İslam  biliciləri 

ədəb haqqında belə demişlər: “Ədəb danışdığın zaman dilini, yalnız 

qaldığın  zaman  qəlbini  saxlamaqdır”.  “Ədəb  səndən  böyük  olana 

hörmət göstərmək, səndən kiçik olana şəfqət etmək, fağır olanlar ilə 

gözəl davranmaqdır”. 

 

 



4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə,  

öyrənmə məsələləri 

 

Qurani-Kərim  bir  milyarddan  artıq  insanın  etiqad  etdiyi 

islam dininin müqəddəs kitabıdır. İlahi gözəlliyə malik olan bu əsər 

Ulu  Tanrının  öz  möcüzəsi  kimi  milyonlarla  insanın  qəlbinə  hakim 

kəsilmiş, onların  qanına  hopmuş, beyninə nüfuz  etmişdir. Məhəm-

məd  Peyğəmbərə  (s)  23  il  ərzində  nazil  olan  Quran  114  surədən, 

6236 ayədən 77934 sözdən ibarətdir. 

Quranın  bütün  ayələri  tərbiyəvi,  əxalqi  mahiyyətdədir.  Bu 

ayələr iki qismə bölünür: 

1)

 

İnsanları yaxşı işlər görməyə ruhlandıran ayələr; 

2)

 

İnsanları pis işlərdən çəkindirən ayələr. 

Birinci  qisim  ayələr:  Möminləri  öz  dinlərinə  və  din  qardaş- 

larına məsuliyyətlə yanaşmağa, Allahın sözünə tabe olmağa çağırır; 




 

97 


ən  yaxşı  təqlid  nümunəsi  ardınca  getməyə  səsləyir;  düzgün  yol 

tutmağa  və  ayrı-ayrı  adamların  istəklərinə  uymamağa  sövq  edir; 

yaxşı əməllər sahibi olmağı tövsiyə edir, halal və təmiz nemətlərdən 

yeməyə çağırır; təvazökar və sadə olmağa, xeyir işlər görməyə, əda-

lətli olmağa, düz və doğru olmağa çağırır; özündə gözəl xasiyyəti, 

halallığı, qənaətcilliyi tərbiyə etməyi, uşaqların valideynlərinə qayğı 

və hörmətlə yanaşmağı vacib bilir

Əmanətə sədaqətli, əhdə vəfalı olmağı, xərclərdə nə simic, nə 

də  bədxərc  olmağı  öyrədir;  pisliyin  müqabilində  yaxşılıq  etməyi, 

birləşməyi  tövsiyə  edir;  icazəsiz  başqasının  evinə  girməməyə,  biri 

ilə  qarşılaşarkən  salam  verməyə,  verilən  salamı  hörmətlə  almağa 

çağırır; kişilərə qadınla zərif bir məxluq kimi nəzakətlə rəftar etmə-

yi, onun ehtiramını saxlamağı, mal-dövlət məsələlərində onlara gü-

zəştə getməyi tövsiyə edir. 



İkinci  qisim  ayələrdə  isə  insanı  pis  davranışlardan,  ədəbsiz 

hərəkətlərdən çəkindirir. Onlara xəsislik etməməyi, bir-birinin eybi-

ni, sirrini açmamağı, qeybətini etməməyi, xainləri müdafiə etməmə-

yi,  sələmdən  gəlir  götürməməyi,  yetimlərin  malını  və  başqalarının 

malını  yeməməyi,  zinakarlıq  etməməyi,  dünya  malına  uymamağı 

tövsiyə edir. 

İslam  əxlaqı  “Qurani-Kərim”ə  əsaslanır.  “Qurani-Kərim”  də 

hər əmr inananlar üçün bir müqəddəs vəzifədir. “Qurani-Kərim”də 

Peyğəmbərimizə  (s)  xitabən  deyilir:  “Doğrudan  da,  sən  böyük  bir 

əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!). 

İslam əxlaqının digər bir yönü də davranışlardakı niyyət duy-

ğusudur.  Peyğəmbərimiz  buyurur  ki,  (s)  “Əməllər  niyyətlərə  gö-

rədir”. Müsəlman üçün bu niyyətin ən böyük  yönləndiricisi “Allah 

rizası”nı  gözləmə  duyğusudur,  könlündə  sadəcə,  Allah  rizasını  və 

onun  sevgisini  qazanmaq  arzusunu  daşımaqdır.  Necə  ki,  “Qurani-

Kərim”də  deyilir:  “Allah  rizasını  qazanmaq  uğrunda  yeməyi  yox-

sula, yetimə və əsirə yedirərlər. 

Biz sizi ancaq Allah rizasından ötrü yediririk. Biz sizdən (bu 

ehsan  müqabilində)  nə  bir  mükafat,  nə  də  bir  təşəkkür  istəyirik”. 

Niyyət və Allah rizası duyğuları ilə bərabər insanın Allah qarşısında 

öz əxlaqı və davranışlarına görə məsuliyyət  daşıma duyğusu islam 

əxlaqının təməl prinsiplərindəndir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə