Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə33/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   176

 

101 


mişdir. 

Sultana  göndərilən  bu  hədiyyyə,  xüsusi  nüsxə  olaraq  qızıl 

suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda 

yerləşdirilərək  Xeyriyyə  Cəmiyyətinin  üzvü  müəllim  və  pedaqoq, 

görkəmli  şair,  ictimai  xadim  Abdulla  Şaiqin  qardaşı  Axund  Yusif 

Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 

19 avqustunda Sultan Əbdül Həmidə təqdim edilmişdir. 

Böyük  ədib  və  şairimiz  Abdulla  Şaiq  böyük  qardaşı  Axund 

Yusif  Talıbzadənin  Türkiyə  səfəri  haqqında  belə  yazmışdır:  “Bakı 

qazisi  Mir  Məhəmməd  Kərim  Mir  Cəfərzadə  Quranı  Azərbaycan 

dilinə  tərcümə  edib  məşhur  sərvətdar  Hacı  Zeynalabdın  Tağıyevin 

pulu  ilə  çap  etdirmişdir.  Hacı  tərcümənin  əlli  nüsxəsini  qızıl  suyu 

ilə  çap  etdirib  qiymətli  cildə  tutdurmuşdur.  Bu  nüsxələrdən  birinin 

cildini  qalın  gümüşdən  yapdırıb  ortasına  da  “La  ilahə  illəllah, 

Mühəmmədən  Rəsulillah”  sözlərini  yazdırmış  və  qardaşım  Axund 

Yusif Talıbzadə vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə 

göndərmişdir”. 

Osmanlı  arxivində  mühafizə  edilən  yazılı  bir  sənədə  əsasən 

Axund  Yusif  Talıbzadə  -  Xeyriyyə  Cəmiyyətinin  idarə  işlərində 

vəzifə  daşıdığını,  ziyalı  bir  ailədən  gəldiyini,  Rus  ali  məktəbindən 

məzun  olduğunu,  müsəlman  əhalisinin  mənən  və  dinən  xilafət 

məkanına  daha  qüvvətli  bağlanması  və  onların  aydınlanması  üçün 

nəşr  etdirdiyi  günlük  “Təzə  həyat”  qəzetində  yazarlıq  yapdığını 

saray nazirlərinə bildirdikdən sonra, Bakıda İslam Xeyriyyə Cəmiy-

yətinin qurucusu və rəhbəri olan Hacı Zeynalabdin Tağıyevin təqib 

etməyə  çalışdığı  xətti  hərəkəti  saray  üzvlərinə  belə  bildirmişdir:      

1)  İndiyə  qədər  Qafqaz  Türkləri  yazışmalarında  yalnız  farscadan 

istifadə  etmişlər.  Bundan  sonra  farscanın  yerinə  ana  dilimiz  olan 

türkcənin istifadə edilməsi və genişləndirilməsi; 2)Məktəb kitabları-

mızın  türk  dilində  yazılması;  3)  Məktəblərimizin  proqramlarının 

Osmanlı  Maarif  proqramına  müvafiq  tərtib  edilməsi;  4)  Mərkəzi 

idarəsi  Bolqarıstanın  Varna  şəhəri  ilə  İranın  Urmiyə  şəhərlərində 

yerləşən Erməni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz 

və  Azərbaycan  türklərini  xilafət  məqamına  bağlılıqdan  və  müqəd-

dəs qaye olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, 

farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli nəşriyyatlar 

soxurlar.  Bunları  bir  an  öncə  təsirsiz  hala  gətirmək  və  Qafqaz 



 

102 


müsəlmanlarına  təsirini  önləmək  üçün  qarşı  nəşriyyatda  bulun-

mağımız gərəkir; 5) Qafqazdan İrana, Misirə və Avropaya fərarilik 

edib,  oralarda  tutulmayanların  bir  daha  Qafqaza  dönmələrinə  izin 

verilməməsi;  6)  Uyğun  bilinən  məktəb  müdirləri  və  müəllimlərin 

Osmanlı  hökümətindən  Qafqaza  göndərilməsinin  təmin  edilməsi;   

7)  Dini  kitabların  və  təfsirlərin,  peyğəmbərimizin  hədisləri,  əxlaqi 

kitablar və bu mövzuda yararlı təmimlərin yayınlanması . 

Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti-

nin  və  onun  sədri  H.Z.Tağıyevin  həyata  keçirmək  istədiyi  əsas 

məsələləri  bu  şəkildə  saray  üzvlərinə  anlatdıqdan  sonra  Qurani  - 

Kərimin  Hacı  tərəfindən  hazırlatdırılmış  üç  cildlik  türkcə  təfsirini, 

onun  (H.Z.Tağıyevin)  yazdığı  bir  məktubla  birlikdə,  Osmanlı 

Dövlətinin Padşahı II Əbdülhəmidə təqdim etmişdir. 

Sultan  Əbdülhəmid  də  bunun  əvəzində  brilyantla  işlənmiş 

Osmanlı dövlətinin ən böyük, ən üstün medalını - birini H.Z.Tağı-

yevə, o birini də Axund Yusif Talıbzadəyə təqdim etmişdir. 

 

Tapşırıqlar 

 

Aşağıdakılarla bağlı şərh verin: 

1. İslamiyyətdə tərbiyə məsələləri. 

2. İslam tərbiyəsinin üsulları. 

3. İalam tərbiyəsinin prinsipləri. 

4. Qurani Kərimdə tərbiyə məsələləri. 

5. H.Z.Tağıyevin maarifçilik fəaliyyəti haqqında. 

6. H.Z.Tağıyev və Quranı-Kərimin tərcüməsi haqqında. 

 

Ədəbiyyat 

 

1.

 



Qurani-Kərim. Bakı: Azərnəşr, 1992. 

2.

 



Ot  kökü  üstə  bitər:  Akademik  Kamal  Talıbzadə  ilə  müsahibə. 

“Xalq” qəz. Bakı, 5 iyun 1999. 

3.

 

Talıbzadə  Kamalın  təqdimatında  Abdulla  Şaiqin  “Sultana 



Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403). 

4.

 



Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-

17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27. 

5.

 

Həbibov  İsa.  Kamal  Talıbzadəyə  məktub  (21  may,  1987-ci  il, 



Naxçıvan şəhəri), Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, qovluq. 


 

103 


 

6.

 



Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam: Tarixilik və 

müasirlik. Bakı: Azərbyacan Dövlət Nəşriyyaü, 1991. 

7.

 

Hacı  Sabir  Həsənli.  İslam  mədəniyyətində  elm.  Bakı:  Elm  və 



həyat, 1998. № 5. 

8.

 



Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

9.

 

Hüseynzadə  R.L.  Bakı  milyonçusu,  maarifpərvər  xeyriyyəçi 



H.Z.Tağıyevin Sultana hədiyyəsi // Azərbaycan məktəbi, 2011, № 3. 

 

 



4.5. Təsəvvüfdə tərbiyə məsələləri 

 

Erkən  orta  əsrlər  dövründə  Azərbaycanın  ictimai-siyasi,  mə-

dəni-maarif  həyatında,  şəxsiyyətin  tərbiyə  və  təlimində,  pedaqoji 

fikrində sufilik hərəkatı geniş vüsət almışdır ki, bu hərəkatın mahiy-

yətini  bilmədən  o  dövrün  ədəbiyyatını,  mədəniyyətini,  mənəviy-

yatını, pedaqoji fikirlərini anlamaq çətin olar. 

İslamda  yaranmış  mistik  hərəkat  sufilik  adlanmışdır.  “Misti-

ka” ingiliscə “Tanrıya dönüş” anlamını verir. Sufilik özünə məxsus 

bir  həyat  olmaqla  maddiyyəti  özündən  uzaqlaşdırmaq  və  hər  cür 

maddi istək və arzuya qarşı daxili mübarizədir. Təsəvvüf İslam qay-

naqlı  olub,  müsəlmanların  mənəvi  həyatının  təbii  nəticəsi  olaraq 

meydana çıxmışdır. Təsəvvüfün əsas nüvəsi Quran və hədislərdir. 

Təsəvvüfün  özünə  məxsus  tərbiyə,  əxlaq  prinsipləri  mövcud 

olmuşdur.  Təsəvvüf  bir  ədəbdir,  pis  xasiyyətləri  tərk  edib,  gözəl 

xasiyyətlər  qazanmaqdır,  kimsədən  inciməmək,  kimsəni  incitmə- 

məkdir, nəfsə qarşı bir mübarizədir, hər kəsin yükünü çəkmək, kim-

səyə  yük  olmamaqdır,  bütün  insanlara  sevgi  ilə  baxmaq  və  onları 

özünə dost bilməkdir. 

Təsəvvüf  sözünün  kökü  haqqında  müxtəlif  fikirlər  vardır. 

Bunların ən tutarlısı dil qaydalarına və tarixi gerçəkliyə uyğun olan 

“Təsəvvüf”  ün  kökü  olan  “Sufi”  sözünün  “Suf”  sözündən  (yəni 

“Yun”)  alındığını  söyləyən  görüşdür.  Şihabəddin  Sührəverdi  bu 

mövzuda bir çox fikirləri təhlil etmiş və göstərmişdir ki, Sufilər yun 

paltar  geydiklərindən  onlara  sufi  deyilmişdir.  Məşhur  hurufi  şair 

Nəsimi bu mənada demişdir: “Geymə atlas, gey gilən şali sən” (yəni 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə