Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə20/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   176

 

62 


deyil,  “Müəddib”  deyirdilər.  “Müəddib”  ərəbcə  “ədəb”  kökündən 

əmələ gəlib “ədəb”, “əxlaq” öyrədən mənasını verirdi. Hökmdarlar 

öz  uşaqlarını  müəddibin  tam  ixtiyarına  verir  və  müəddiblərə  də 

uşaqların təlim-tərbiyəsi üçün hər cür imkan və şərait yaradırdılar. 

Ərəb  xilafətinin  hökmran  olduğu  dövrdə  Əməvilərin  (661-

750)  və  Abbasilərin  (750-1258)  dövründə  Azərbaycanda  ərəb  dili 

həm din dili, həm dövlət, həm də elm və tədris dili idi. Bu dil yerli 

dili  sıxışdırırdı.  Artıq  VIII-XI  əsrlərdə  ərəb  dili  geniş  yayılaraq 

bütün  elm  sahələrini  əhatə  etdi.  Bu  dövrdə  Azərbaycan  ziyalıları, 

şairləri  də  ərəbcə  yazmağa  başladılar.  Azərbaycanın  Təbriz,  Ərdə-

bil, Həmədan, Marağa, Şiz, Gəncə, Bərdə, Beyləqan, Dərbənd, Şə-

ki, Şamaxı, Naxçıvan, Bakı kimi şəhərlərində islam qaydalarına uy-

ğun məktəblər açılmağa başladı. Şihabəddin Sührəvedi (1155-1191) 

on yaşında 1165-ci ildə Marağa şəhərində məktəbə getməsi haqqın-

da fakt onu göstərir ki, artıq XII əsrdə Azərbaycanda məktəb şəbə-

kəsi xeyli genişlənmişdi. 

Azərbaycanın  kənd  və  şəhərlərində  məktəblərin  proqramları 

müxtəlif idi. Amma ümumiləşmiş şəkildə proqramlar təxminən belə 

idi: 

1)

 



Qurandan  müəyyən  hissənin  oxunub,  əzbərlədilməsi 

(“Çərəkə”); 

2)

 

ərəb  əlifbasının  şifahi  yolla  öyrədilməsi  (hərflərin  adları, 



hərəkə işarələri, hərəkəli və hecalı əlifba); 

3)

 



əbcəd  (ərəb  hərflərinin  rəqəmlərlə  ifadə  olunması)  və 

ərəbcə sözlərdən ibarət ilk qiraət

4)

 

mətbu,  ya  da  əl  yazısı  ilə  yazılmış  mənzum  və  mənsur 



kitabların, şeirlərin oxunşu; 

5)

 



ərəbcə  dini  kitab,  hədislər,  dini  hekayələr,  rəvayətlər, 

hədislər, zərbül məsəllər, əxlaqi söhbətlər. 

Bu məktəblərdə ana dili ərəb dilinin tədrisi üsulu ilə, ərəbcəni 

öyrətmək xatirinə oxunur və dini məqsəd daşıyırdı. Uşaqlar az-çox 

ərəbcə kəlmələri  yazmağa başladıqdan sonra, onlara  ərəb üsulu ilə 

yazmaq  öyrədilirdi.  Daha  sonra  məktəbdə  şagirdlərə  məktub  yaz-

mağı, kəbin kəsməyi, müxtəlif məzmunlu dualar yazmağı da öyrə-

dirdilər. 

IX-X  əsrlərdə  Azərbaycanda  dini  elmlər  sahəsində  tanınmış 

alimlər meydana gəldi. Həmin əsrlərdə ərəb dili Azərbaycanın dini 




 

63 


və  mədəni  həyatına  möhkəm  daxil  olmuşdu.  Artıq  IX-X  əsrlərdən 

başlayaraq  Azərbaycan  alimləri  və  din  xadimləri,  şair  və  yazıçılar 

ərəb  dilini  ana  dili  kimi  mükəmməl  öyrənib,  ərəb  dilində  əsərlər 

yazırdılar.  X  əsrdə  Əbülhəsən  Yaqub  İbn  Musa  əl-Ərdəbili,  Səid 

İbn əl-Bərdəi və Əhməd İbn Süleyman Təbrizi kimi məşhur alim və 

ideoloqlar  meydana  gəldi  ki,  onlar  təlim  və  tərbiyə  işlərində,  elm 

sahələrində  yenilik  tərəfdarları idilər. Onlara  “Mücəddedun” (“Ye-

niləşdirənlər”)  deyirdilər.  Onların  və  onlar  kimi  bir  çoxlarının  fəa-

liyyəti  nəticəsində  tədris  metodlarında,  öyrətmə-öyrənmə  prosesin-

də yeniliklər meydana gəldi. Belə ki, məktəb və mədrəsələrdə darıx-

dırıcı imlalar yerinə, izah şərh etmə, münazirə (mübahisə, müzaki-

rə)  üsulu  əvəz  etdi.Təlim  prosesində  yaradılan  dəyişikliklər  həm 

məktəb,  həm  də  mədrəsə  təhsilinin  inkişafına,  təkmilləşməsinə  sə-

bəb oldu. 

Azərbaycandakı  məktəblərdə  Quran  və  şəriət  dərsləri  ərəb 

dilində tədris olunsa da, tədris edənlər hələ bu dili bilməyən şagird-

lərə  ayrı-ayrı  mətləbləri  anladarkən öz şərh və izahlarını istər-istə-

məz ana dilində söyləməli olurdular. 

Məktəblərdə  “Elme  əsma”  adı  altında  fars  dili  dərsi  tədris 

olunurdu. Qətran Təbrizi fars dilini öyrənənlər üçün “Ət-təfasir” ad-

lı  fars  dili  lüğətini  tərtib  etmişdir.  Bu  fənnin  tədrisi  üçün  luğət  bir 

dərslik rolunu oynadığından QətranTəbrizinin tərtib etdiyi lüğət ilk 

Azərbaycan dərs kitablarından biri hesab oluna bilər. 

Məktəblərdə  şagirdlərin  qəbulunda  yaş  həddi  qeyri  məhdud 

idi. 7-10 və bəzən də daha çox yaşlı uşaqlar məktəbə qəbul edilirdi-

lər. 


Məktəbə qəbulun da dəqiq vaxtı yox idi. İlin istənilən vaxtın-

da uşaq məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da qeyri-

müəyyən  idi.  Əsasən  7-8  il  oxunurdu.  Molla  uşağın  biliyini  fərdi 

qaydada “Kafi” hesab etdikdə uşaq məktəbi bitirə bilərdi. Hər molla 

10-15  şagirdlə  məşğul  olurdu.  Mollalar  tədris  üçün  uşaqların  vali-

deynlərindən  hər  həftə  müəyyən  miqdarda  məvacib  alırdı.  Burada 

molladan  başqa  bir  də  onun  köməkçisi  var  idı  ki,  ona  Xəlfə  de-

yilirdi. Qrup nümayəndəsinə də Xəlfə deyilirdi. Mollanın köməkçisi 

hesab edilən Xəlfə yaşlı şagirdlərdən də seçilirdi. Məktəbdə şagird-

lər  yerdə  həsirin  üstündə  dizi  üstə  oturub  dərs  oxuyurdular.  Bu 

məktəblərdə  dərslər  ərəbcə  və  ya  farsca  keçilirdi.  Məktəbə  daxil 



 

64 


olan  uşaqlara  əvvəlcə  Quranın  müəyyən  bir  hissəsini  təşkil  edən 

“Çərəkə”  öyrədilirdi.  “Çərəkə”  İrandan  gətirilən  və  daş  çapında 

hazırlanmış dərs kitabı idi. Onu bəzən mollalar öz xətləri ilə yazıb 

hazırlayırdılar.  “Çərəkə”  farsların  “Çahar-yek”  tərkibindən  yaran-

mış dörddə bir deməkdir. Quranın müəyyən bir hissəsi öyrədildiyin-

dən ona “Çərəkə” adı verilmişdir. Dərs hər bir şagirdin fərdi qabi-

liyyətinə, fərdi bilik səviyyəsinə uyğun olaraq fərdi üsulla keçilirdi. 

Tədris “Höccələmə” üsulu ilə aparılırdı. “Çərəkə”nin ilk səhifəsində 

uzun  bir  xətlə  “Bismillahir-rəhmanir-rəhim”  sözləri  yazılırdı.  Heç 

bir  hərflə  hələ  tanış  olmamış  uşağa,  birinci  növbədə  bu  kəlmələr 

əzbərlədilirdi.  Bundan  sonra  çərəkədə  yazılmış  Quran  ayələrinin 

sözləri  heca  üsulu  ilə  öyrədilirdi.  Buna  6-7  ay,  bəzən  də  Quranı 

bütövlükdə oxumağa bir il vaxt sərf edilirdi. Quranı bitirdikdə şagir-

din ailəsində şadlıq olurdu. Quranı bitirən şagirdlərə ərəb əlifbasının 

adları,  müxtəlif  xətlər,  xəttatlıq  öyrədilirdi.  Quranı  bitirmədən  ya-

zıya keçənləri molla cəzalandırırdı. 

Məktəblərdə  “Əbcəd”  hesabı  deyilən  bir  qaydanın  uşaqlara 

öyrədilməsinə  də  xüsusi  fikir  verilirdi.  Bu  qaydaya  əsasən  hər  bir 

hərf həm də bir rəqəmi ifadə edir. 

Məktəbdə  yazı işləri qamışdan hazırlanmış qələmlə yazılırdı. 

Molla uşaqlara hüsnxətt nümunəsi verir və bu əsasda da çalışmalar 

keçilirdi.  Belə  məşğələlərə  “Məşq”  deyirdilər.  Adətən  valideynlər 

öz uşaqlarını yaxşı xətti olan mollanın yanında oxudurdular. Dərsini 

bilməyən  uşaqlara  cəza  üsulu  olan  falaqqadan  istifadə  edilirdi. 

Böyük  şair  və  pedaqoqumuz  Abdulla  Şaiq  bu  barədə  “Xatirələr”-

ində  yazırdı:  “Fələqqə  ilə  tənbeh  etmək  mollaxanalarda  ən  çox 

yayılmış  üsullardan  biridir.  Kiçik  yaşlı  uşaqlarda  məktəbə,  təhsilə 

nifrət  oyadan,  uşaqların  məktəbdən  qaçmasına  səbəb  olan  fələqqə 

qol  yoğunluğunda,  bir  metr  yarım  uzunluğunda  bir  ağacdan  ibarət 

idi.  Ortaya  yaxın  iki  yandan  qalın  kəndir  keçirilmiş  bu  ağacın  hər 

tərəfindən bir uşaq tuturdu. “Müqəssir” uşağın ayaqlarını fələqqənin 

ortasında  olan  kəndir  içində  buranda  ayaqları  göydə,  bədəni  yerdə 

qalırdı. Molla isə çubuğu işə salırdı.....” 

Zəngin  ailələrin  evlərində  də  məktəblər  açılırdı.  Müəllimlər 

yüksək  təbəqənin  balalarına  dərs  verdiklərindən  onlar  yüksək 

məvaciblə  təmin  edilirdilər.  Məktəblərdə  uşaqların  tərbiyəsi  də 

müəllimə  tapşırıldığından  onlar  məşğələlərdən  sonra  da  uşaqlarla 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə