Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


 Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə18/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   176

 

56 


 

4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah  

və Təkyələr, kitab evləri və kitabxanalar, mədrəsələr 

 

İslamda ilk təlim  fəaliyyəti Həzrəti Peyğəmbərə  (s) öyrətmə, 



təbliğ  əmri  ilə  başlamışdır.  Bilindiyi  kimi  başlanğıcda  bu  təbliğ 

daha çox gizli həyata keçirilirdi. İlk müsəlmanlar Həz. Xədicə, Həz. 

Əbu  Bəkr,  Zeyd,  Həz.  Əli,  Osman,  Ömər  olduğu  məlumdur.  İsla-

miyyəti qəbul edən ilk müsəlmanlar Peyğəmbərimizin rəhbərliyində 

bir  yerə  -  “Dar-əl-Əqrəm”ə  (Əqrəmin  evi)  toplaşaraq  Peyğəmbəri-

mizə gələn vəhyləri, Qurani- Kərimi öyrənirdilər. 



 

4.1.1. Suffədə təhsil 

 

Peyğəmbərliyin  dördüncü  ilində  Həz.  Peyğəmbər(s)  vəhyləri 



açıq-aşkar  şəkildə  təbliğə  başladı.  Məhəmməd  Peyğəmbər  (s)  istər 

məkkəliləri,  istərsə  də  ətrafındakıları,  açıq-aşkar  islama  çağırmağa 

başladı. İslamda geniş şəkildə öyrənmə, təlim prosesi başlandı. Çünki 

İslam təkçə müəyyən bir qrup, zümrə üçün olmayıb, əhalinin  bütün 

təbəqələri  üçün  olduğundan  əhali  kütləvi  şəkildə  oxuyub,  öyrənirdi. 

Hər kəs elmi, ədəbi, əməli bir başqasına öyrədirdi. Çünki bilənin bil-

məyənə öyrətməsi islamda savab iş sayılırdı. İslamın ilk dövrlərində 

elm, bilik, təlim almaq yeri əsasən bilikli adamların evləri idi. 

Məhəmməd Peyğəmbərin (s) Mədinəyə Hicrəti (622) məktəb 

təlimi  sistemində  yeni  bir  dövr  açdı.  Oxumaq  istəyən  müsəlman-

ların  sayı  çoxaldı. Bu müsəlmanların  ibadəti və təhsil alması  üçün 

geniş bir yerin olması zərurətini tələb edirdi. Həzrəti Peyğəmbər (s) 

Mədinəyə  ayaq  basar-basmaz  müsəlmanların  günlük  namazlarının 

qılınması  və  İslami  biliklərin  tədris  edilməsi  üçün  kərpicdən  bir 

məscid inşa etdirdi, ki buna “Məscidi – Nəbi” deyildi. (Peyğəmbərə 

(s) məxsus məscid). Bu məsciddə namazların qılınması üçün böyük 

bir  otaq,  Peyğəmbərin  ailəsi  üçün  bir  otaq  və  məscidin  nəzdində 

təlim almaq, oxuyub-öyrənmək üçün bir guşə, bugünkü dillə desək 

məktəb  yaradıldı.  Beləliklə,  Məscidi-Nəbidə  camaat  bura  toplaşır, 

söhbət edir, Allaha dua edir, ibadət edir və maariflənirdilər. 

Məscidi-Nəbinin  arxasında  qiblə  divarı  üzərində  kölgəlik 

yaradılmışdır. Bu kölgəlik yerə “Suffə” deyilirdi. Suffədə - açıq ha-




 

57 


vada, kölgəlikdə təhsil almaq daha rahat idi. Beləliklə Suffə İslamın 

ilk kollektiv oxuyub,  yazma yeri hesab edilirdi. Peyğəmbərimiz (s) 

“Suffə”də bilavasitə dərs vermişdir. Bununla bərabər Quranı tədris 

etmək, oxuma və yazma sənətini öyrətmək məqsədiylə Suffəyə bir 

çox  bilikli  adamlar,  tədrislə  məşğul  olanlar  cəlb  olunmuşdu.  Mə-

həmməd Peyğəmbər (s) onları “Əshabi- Suffə” (yəni məscidin köl-

gəliyinə  toplaşan  dostlar)  adlandırırdı.  Bunlar  yetişkin,  təcrübəli, 

bilikli müəllimlər idilər. 

Suffədə  400-ə  yaxın  gəlib-gedən,  80  nəfərə  qədər  isə  daimi 

yaşayan tələbə oxuyurdu. Artıq Suffənin qurulması ilə islam təlimi 

yeni bir forma almış, gərgin təhsil həyatı başlamışdı. Beləliklə, deyə 

bilərik  ki,  ilk  “kollektiv  təhsil”in  təməli  elə  burada  qoyulmuşdur. 

Suffə  özündən  bir  neçə  əsr  sonra  Avropada  və  başqa  ölkələrdə 

kollektiv halda yaranan məktəblər üçün bir model olmuşdur. Suffə 

davamlı  şagird  tərkibi  olan  bir  məktəb  idi.  Suffədə  təlim  -  tərbiyə 

işlərinə, nizam intizama, təmizliyə ciddi fikir verilirdi. 

Suffədə  oxuyanlar  əsasən  kasıb  və  yoxsul  adamlar  idilər. 

Onların  ən  yaxşı  yeməkləri  xurma  idi.  Peyğəmbərimiz  (s)  hər  iki 

adama  gündə  bir  ovuc  xurma  verirdi.  Suffədə  oxuyan  uşaqlar 

müəyyən işlərdə çalışmaqla özlərini maddi cəhətdən təmin edirdilər. 

Peşəsi  olan  şagirdlərin  yaşayışı  daha  yaxşı  idi.  İşləyə  bilməyənlər 

möhtac olduqları, ac olduqları halda heç vaxt dilənməzdilər. Könlü, 

gözü  tox  idilər.  Məscidə  sədəqə  üçün  verilənləri  Həz.  Peyğəmbər 

(s) onlara paylayır bir qismini özü götürür, bir qismini də yoxsulla-

rın  evinə  göndərirdi.  Bir  çox  hallarda  Suffədə  təlim  görən  müsəl-

manların xüsusi məsrəflərini də zəngin müsəlmanlar qarşılayırdılıar. 

Bu nümunə daha sonralar təlim-tərbiyə ilə bağlı vəqflərin yaranma-

sına  səbəb  oldu.  Çox  çətin  şərtlərə  baxmayaraq  səhabələr  də  suffə 

əhlinə əllərindən gələn yardımı edir, onlara maddi və mənəvi kömək 

göstərirdilər. 

Suffədə qadına da xüsusi yer ayrılırdı. Allahın elçisi “Elm qa-

dın, kişi - hər müsəlmana fərzdir” deyərkən kişi ilə qadını bərabər tu-

turdu.  Bu  cəhətdən  suffədə  həftədə  bir  dəfə  qadınlar  üçün  də  dərs 

keçilirdi. 

Artıq  Quran  açıq-aşkar  hər  yerdə  təlim  edilir,  oxuyub 

öyrənmək istəyənlərin sayı çoxalırdı. 




 

58 


 

4.1.2. Məscid və camilərdə təhsil 

 

Məscidlər  də  islamın  ilk  dövrlərində  ortaya  çıxan  təlim-tər-



biyə mərkəzləri  idilər.  Məscid  və camilərdə təlim  bir qədər təkmil 

formada aparılırdı. (“cami” “cəm” olunan yer deməkdir. Bura məs-

ciddən fərqli olaraq daha çox adam toplaşırdı). 

İslamın fəth edildiyi yerlərdə, o cümlədən Azərbaycanda məs-

cidlər  sürətlə  artır  və  məscidlərin  təyinat  dairəsi  daha  da  genişlə-

nirdi.  Belə  ki,  məscid  həm  ibadət  yeri,  həm  bilik  alınan  yer,  həm 

müsafirxanə, həm də bir qərargah idi. 

Səkkizinci  əsrin  əvvəllərində  Azərbaycanda  məscid  şəbəkəsi 

yayılmağa  başlamışdı.  Məscidlərə  toplanan  əhaliyə  Quran  qiraət 

edilirdi.  Fəqihlər  (Hüquqşünaslar)  müsəlmanların  dini,  ailə,  mülki 

və digər işlərini tənzim edən qaydaları şərh edirdilər. Bütün bunlar-

dan baş çıxarmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları, 

xüsusilə  ərəb  əlifbasını  və  ərəb  dilini  bilmələri  zəruri  idi.  Bu  hal 

məscidlərin  nəzdində  “məktəb”  və  ya  “kuttab”  adı  altında  ibtidai 

təhsil  mərkəzləri  icad  edilməsinə  səbəb  oldu.  Məscidlər  o  dövrdə 

müsəlmanların əsas maarif ocaqları idi. Məscid məktəblərində ərəb 

dilinin  səs-hərf  sistemi  tədris  edilirdi  və  Quran  mətnləri  əsasında 

ərəb dilinin öyrənilməsinə səy olunurdu. Ərəb xilafətinin tərkibində 

olan ölkə kimi Azərbaycanda da dövlət dili ərəb dili sayılırdı. Buna 

görə  də  məscid  məktəblərində  təlimin  ərəb  dilində  aparılması  və 

ərəb yazısının tətbiqi, islami prinsiplərə uyğun tədris məcburi idi. 

Sonrakı  dövrlərdə  yeni  yaradılan  məscidlərdə  xüsusi  tədris 

yerləri  də  yaradılmağa  başlandı.  Məscid  və  camilərdə  tələbələrin 

öyrənmələri üçün müəllimin ətrafma toplaşan yerə “Həlqə” deyilir-

di. Tədris üsuluna da “Həlqeyi-tədris” deyilirdi. Həlqələr çox zaman 

müəllimin  adı  ilə  adlanırdı.  Artıq  camilərdə  təlim  prosesi  həlqələr 

şəklində həyata keçirilirdi. Bir müəllim məsciddə bir guşəyə çəkilir 

və ya bir sütunun dibində dərisini yerə sərər, bu yer də elə o müəlli-

min adıyla bilinərdi. 

Məscid  və  ya  camiyə  girildiyində  rəngarəng  bir  həyat  görü-

nürdü. Eyni məkanda namaz qılanlar, istirahət edənlər, söhbət edən-

lərlə bərabər dərs alanlar da var idi. Belə bir hal Azərbaycanın müx-

təlif yerlərində mövcud idi. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə