80
təhsil müddətində təqaüd, yemək, xüsusi geyim verilir və mədrəsə-
nin pansionunda qala bilmək hüquqü verilirdi.
Nizamiyyədə dərslər sadədən mürəkkəbə, asandan çətinə,
ümumidən xüsusiyə prinsipi əsasında qurulurdu. Bağdad mədrəsə-
sini digərlərindən ayıran əsas xüsusiyyət, tələbələrin elm, təhsil
işində daha çox müstəqil çalışmaları idi. Burada tələbələr müşahidə
aparır, təcrübələr keçirir, məlumatlar toplayır, nəticələrin səbəblə-
rini araşdırırdılar. Müəllimlərə dərs üslubu seçməkdə, mühazirə
oxumaqda tam sərbəstlik verilirdi. Bununla bərabər onlar ümumi
pedaqoji qaydalardan və mədrəsənin ümumi qanunlarından kənara
çıxa bilməzdilər. Müəllimlər yalnız öz ixtisasları üzrə mühazirələr
oxuya bilərdilər ki, hər bir mühazirənin də müddəti iki saatdan
ibarət olurdu. Onlar əksər hallarda tələbələrə öz kitablarından dərs
verirdilər. Nizamiyyənin müəllimləri xüsusi paltar geyməli və
bununla da başqalarından fərqlənməli idilər. Nizamiyyə mədrəsəsi-
nin zəngin kitabxanasında 80.000 kitabın olduğu qeyd edilməkdə-
dir. Bu kitabxananın müdiri yuxarıda dediyimiz kimi Azərbaycan
alimi Xətib Təbrizi idi.
Dövrün ən böyük alimləri Nizamiyyədə dərs demək üçün bura
dəvət edilmişdir. Hinduşah Naxçıvani göstərir ki, Nizamiyyə məd-
rəsəsi tamam olan kimi Nizam əl-Mülk Azərbaycan alimi Xətib
Təbrizini mədrəsəyə dəvət etmiş və o 40 il bu mədrəsədə dərs
demiş, buranın zəngin kitabxanasının müdiri olmuşdur.
Nizamiyyə mədrəsəsində dərs deyən Azərbaycan alimlərindən
biri də böyük şair, mütəfəkkir Şihabəddin Əbu Həfs Ömər Məhəm-
məd oğlu Sührəverdi olmuşdur (1145-1235). O, 1145-ci ildə Zəncan
yaxınlığında yerləşən Azərbaycan şəhəri Sührəvərddə doğulmuş və
“Sührəverdiyyə” təriqətinin əsasını qoymuşdur.
Nizamiyyə mədrəsəsinin məzunları olmuş azərbaycanlı alim-
lərdən “Bədi” ləqəbi ilə məşhur olan Əbül Müzəffər Əbdüssəməd
İbn Zəncani (... 1158), Əbubəkr İbn Şirvani, Əlaəddin Məhəmməd
İbn Əhməd Səlmasi (...1240) və başqaları olmuşdur. XII əsrdə ya-
şamış, farsca şeirlər yazıb yaradan, Gəncədə doğulub, böyüyən Əbu
Həfs Ömər Gənzi(Gəncəli) Nizamiyyə mədrəsəsinin məzunu olmuş,
sonra bir müddət burada da dərs demişdir. Yaqut əl-Həməvinin
məlumatına görə o ədəbiyyatı məşhur alim Əbül Müzəffər əl-
Əbiverdidən öyrənmiş və fazil ədib kimi yetişmişdir. Bağdadda,
81
Həmədanda, Xorasanda xeyli hədis toplamış və onları nəql etmişdir.
O Bağdad Nizamiyyə mədrəsəsini bitirdikdən sonra vətəni Gəncəyə
qayıtmış, sonra isə Nişaburda vəzir Fəxrül-kün ovladlarına dərs
vermişdir. Mərv şəhərində təxminən 70 yaşında ikən vəfat etmişdir.
Nizamiyyə mədrəsəsinin azərbaycanlı məzunları sırasında habelə
Əbdül Həsən Bərdəyi, Cavid Marağai, Süleyman Təbrizi və başqa-
ları da olmuşdur.
Böyük şairimiz Xaqani Şirvani də “Nizamiyyə” mədrəsəsində
olmuş, buranın böyük alimləri ilə görüşmüş, xəlifənin vəziri Cəma-
ləddin İsfahani ilə tanış olmuş, mədrəsə alimləri ilə elmi müzakirə
və söhbətlər keçirmişdir. Bağdad xəlifəsi Xaqanini öz sarayına ən
yüksək vəzifəyə - vəziri olmağa dəvət etmiş, amma şair vətəninə
qayıtmağı üstün hesab etmişdir.
Nizamiyyə mədrəsələri Bağdaddan başqa Nişaburda, Də-
məşqdə, Mərvdə, İsfahanda, Mosulda, Xuzistanda, Xorasanda, He-
rat və Bəsrədə də yaranmış və fəaliyyət göstərmişdir.
Nizamiyyə mədrəsəsi başqa mədrəsələrə nisbətən daha uzun
ömürlü olmuş və XV əsrə qədər davam etmişdir.
4.1.8.Azərbaycanda mədrəsələrin yaranması və inkişafı
Mədrəsələrin istər Şərq aləmində və istərsə də Azərbaycanda
dəqiq nə vaxt, harada açılması barədə alimlərimiz bu barədə
müxtəlif fikirlər söyləmiş, müxtəlif tarixlər göstərmişlər.
Mədrəsələr, əsasən böyük şəhərlərdə məscid və camilərin,
vəqfi olan kompleks məqbərələrin, tarixi abidələrin, türbələrin
nəzdində yaradılırdı. Mədrəsələrdə dini və dünyəvi elmlər (ərəb və
fars dilləri, şəriət, ədəbiyyat, fəlsəfə, məntiq, psixologiya, astrono-
moya, coğrafiya, həndəsə, cəbr və s.) tədris edilirdi.
X əsrin ikinci yarısından etibarən bütün islam ölkələrindən, o
cümlədən Azərbaycandan da bir çox ziyalılar, elm həvəskarları
mədrəsə təhsili almaq üçün Bağdad mədrəsələrinə gedirdilər. Əl-
Tiflisi, Əbül-Həsən İbn Harun əl-Zəncani kimi Azərbaycan alimləri
vaxtilə Bağdad mədrəsələrində təhsil almış və sonra da bu şəhərdə
qalıb çalışmışlar. Bundan əlavə 962-ci ildə Qahirə şəhərinin “Əz-
hər” adlı came məscidində təşkil olunmuş Əzhər mədrəsəsi də o za-
man ümumislam ölkələri üçün əsas tədris ocağı olmuşdu.
82
XII əsrdə Azərbaycanda mədrəsə təhsili görmüş bir çox alim
və ziyalıların, şairlərin adlarına rast gəlmək olur. Belə ki, Əbül Üla
Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami
Gəncəvi kimi böyük Azərbaycan mütəfəkkirləri mədrəsə təhsili
görmüş və şöhrətlənmişlər. Belə bir tarixi həqiqətin mövcudluğu
onu deməyə əsas verir ki, şübhəsiz XII əsrdə Azərbaycanın iri inki-
şaf etmiş, ticarət mərkəzləri olan, ipək yolu keçən şəhərlərdə mədrə-
sələr yaranıb fəaliyyət göstərmişdir. .
Naxçıvandakı məktəb və mədrəsələr, xüsusilə XII əsrdə Ata-
bəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldənizin dövründə (ha-
kimiyyəti 1136-1125) inşa edilən mədrəsələr Yaxın Şərqdə tanınmış
və böyük şöhrət tapmışdır. Şəmsəddin Eldəniz ölkəsində məktəb və
mədrəsələrin şəbəkəsini genişləndirmək üçün bir sıra tədbirlər həyata
keçirmiş, məscid və camilər, məqbərə və türbələr, inşa etdirmişdir.
Memar Əbubəkr Əcəmi Naxçıvaninin bu dövrdə yaratdığı və Yaxın
Şərqdə şöhrət tapdığı memarlıq abidələri buna misaldır.
XII əsrdə Naxçıvanda ali təhsil verən iki mədrəsənin olması
haqqında mənbələrdə məlumat vardır. Belə ki, Naxçıvan ərazisin-
dən keçən böyük karvan yolları bu diyarda ən qədim zamanlardan
etibarən Şərq və Qərb maarif və mədəniyyətinin inkişafına öz təsiri-
ni göstərmişdir. Hələ XII əsrdə Atabəylər dövlətinin paytaxtı olan
Naxçıvanda indiki mənada universitet statusuna malik olan iki məd-
rəsənin mövcud olması və bu mədrəsələrdə Şərq məktəb tipi prin-
sipləri ilə yanaşı, dünyəvi elmlərin - həndəsə, riyaziyyat, astronomi-
ya, coğrafiya kimi fənlərin öyrədilməsi mənbələrdə göstərilmişdir.
Naxçıvanda XII əsrin məktəb və mədrəsələrinin tarixinə dair,
onların inkişafına dair dəyərli sənədlərdən biri “Təqrir-i tədris-i
mədrəseyi Naxçıvan əz inşa mərhum Şəmsəddin Sahib-Divan”
(“Mərhum Sahibi Divan Şəmsəddinin inşa etdirdiyi Naxçıvan məd-
rəsələrinin tədrisi təqdirinə dair”) adlı Fərmandır. Fərman Atabəylər
dövründə Sultan Şəmsəddin Eldənizin Naxçıvanda inşa etdirdiyi
mədrəsələr və onların bərpası haqqındadır. Bu mədrəsələrin tarixi
Əcəmi yadigarları olan Mömünə Xatun (1186-cı il) və 1162-ci ildə
inşa edilmiş Yusif İbn Küseyr türbəsinin tarixinə müvafiqdir. Bura-
dakı mədrəsələr bu abidələr kompleksinə daxil olmuş və onların
vəqfləri, gəliri hesabına maliyyələşmiş və öz fəaliyyətini qurmuşlar.
Məlum olur ki, Şərqdə məktəb və mədrəsələrin bir çoxu məscidlər
Dostları ilə paylaş: |