56
4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah
və Təkyələr, kitab evləri və kitabxanalar, mədrəsələr
İslamda ilk təlim fəaliyyəti Həzrəti Peyğəmbərə (s) öyrətmə,
təbliğ əmri ilə başlamışdır. Bilindiyi kimi başlanğıcda bu təbliğ
daha çox gizli həyata keçirilirdi. İlk müsəlmanlar Həz. Xədicə, Həz.
Əbu Bəkr, Zeyd, Həz. Əli, Osman, Ömər olduğu məlumdur. İsla-
miyyəti qəbul edən ilk müsəlmanlar Peyğəmbərimizin rəhbərliyində
bir yerə - “Dar-əl-Əqrəm”ə (Əqrəmin evi) toplaşaraq Peyğəmbəri-
mizə gələn vəhyləri, Qurani- Kərimi öyrənirdilər.
4.1.1. Suffədə təhsil
Peyğəmbərliyin dördüncü ilində Həz. Peyğəmbər(s) vəhyləri
açıq-aşkar şəkildə təbliğə başladı. Məhəmməd Peyğəmbər (s) istər
məkkəliləri, istərsə də ətrafındakıları, açıq-aşkar islama çağırmağa
başladı. İslamda geniş şəkildə öyrənmə, təlim prosesi başlandı. Çünki
İslam təkçə müəyyən bir qrup, zümrə üçün olmayıb, əhalinin bütün
təbəqələri üçün olduğundan əhali kütləvi şəkildə oxuyub, öyrənirdi.
Hər kəs elmi, ədəbi, əməli bir başqasına öyrədirdi. Çünki bilənin bil-
məyənə öyrətməsi islamda savab iş sayılırdı. İslamın ilk dövrlərində
elm, bilik, təlim almaq yeri əsasən bilikli adamların evləri idi.
Məhəmməd Peyğəmbərin (s) Mədinəyə Hicrəti (622) məktəb
təlimi sistemində yeni bir dövr açdı. Oxumaq istəyən müsəlman-
ların sayı çoxaldı. Bu müsəlmanların ibadəti və təhsil alması üçün
geniş bir yerin olması zərurətini tələb edirdi. Həzrəti Peyğəmbər (s)
Mədinəyə ayaq basar-basmaz müsəlmanların günlük namazlarının
qılınması və İslami biliklərin tədris edilməsi üçün kərpicdən bir
məscid inşa etdirdi, ki buna “Məscidi – Nəbi” deyildi. (Peyğəmbərə
(s) məxsus məscid). Bu məsciddə namazların qılınması üçün böyük
bir otaq, Peyğəmbərin ailəsi üçün bir otaq və məscidin nəzdində
təlim almaq, oxuyub-öyrənmək üçün bir guşə, bugünkü dillə desək
məktəb yaradıldı. Beləliklə, Məscidi-Nəbidə camaat bura toplaşır,
söhbət edir, Allaha dua edir, ibadət edir və maariflənirdilər.
Məscidi-Nəbinin arxasında qiblə divarı üzərində kölgəlik
yaradılmışdır. Bu kölgəlik yerə “Suffə” deyilirdi. Suffədə - açıq ha-
57
vada, kölgəlikdə təhsil almaq daha rahat idi. Beləliklə Suffə İslamın
ilk kollektiv oxuyub, yazma yeri hesab edilirdi. Peyğəmbərimiz (s)
“Suffə”də bilavasitə dərs vermişdir. Bununla bərabər Quranı tədris
etmək, oxuma və yazma sənətini öyrətmək məqsədiylə Suffəyə bir
çox bilikli adamlar, tədrislə məşğul olanlar cəlb olunmuşdu. Mə-
həmməd Peyğəmbər (s) onları “Əshabi- Suffə” (yəni məscidin köl-
gəliyinə toplaşan dostlar) adlandırırdı. Bunlar yetişkin, təcrübəli,
bilikli müəllimlər idilər.
Suffədə 400-ə yaxın gəlib-gedən, 80 nəfərə qədər isə daimi
yaşayan tələbə oxuyurdu. Artıq Suffənin qurulması ilə islam təlimi
yeni bir forma almış, gərgin təhsil həyatı başlamışdı. Beləliklə, deyə
bilərik ki, ilk “kollektiv təhsil”in təməli elə burada qoyulmuşdur.
Suffə özündən bir neçə əsr sonra Avropada və başqa ölkələrdə
kollektiv halda yaranan məktəblər üçün bir model olmuşdur. Suffə
davamlı şagird tərkibi olan bir məktəb idi. Suffədə təlim - tərbiyə
işlərinə, nizam intizama, təmizliyə ciddi fikir verilirdi.
Suffədə oxuyanlar əsasən kasıb və yoxsul adamlar idilər.
Onların ən yaxşı yeməkləri xurma idi. Peyğəmbərimiz (s) hər iki
adama gündə bir ovuc xurma verirdi. Suffədə oxuyan uşaqlar
müəyyən işlərdə çalışmaqla özlərini maddi cəhətdən təmin edirdilər.
Peşəsi olan şagirdlərin yaşayışı daha yaxşı idi. İşləyə bilməyənlər
möhtac olduqları, ac olduqları halda heç vaxt dilənməzdilər. Könlü,
gözü tox idilər. Məscidə sədəqə üçün verilənləri Həz. Peyğəmbər
(s) onlara paylayır bir qismini özü götürür, bir qismini də yoxsulla-
rın evinə göndərirdi. Bir çox hallarda Suffədə təlim görən müsəl-
manların xüsusi məsrəflərini də zəngin müsəlmanlar qarşılayırdılıar.
Bu nümunə daha sonralar təlim-tərbiyə ilə bağlı vəqflərin yaranma-
sına səbəb oldu. Çox çətin şərtlərə baxmayaraq səhabələr də suffə
əhlinə əllərindən gələn yardımı edir, onlara maddi və mənəvi kömək
göstərirdilər.
Suffədə qadına da xüsusi yer ayrılırdı. Allahın elçisi “Elm qa-
dın, kişi - hər müsəlmana fərzdir” deyərkən kişi ilə qadını bərabər tu-
turdu. Bu cəhətdən suffədə həftədə bir dəfə qadınlar üçün də dərs
keçilirdi.
Artıq Quran açıq-aşkar hər yerdə təlim edilir, oxuyub
öyrənmək istəyənlərin sayı çoxalırdı.
58
4.1.2. Məscid və camilərdə təhsil
Məscidlər də islamın ilk dövrlərində ortaya çıxan təlim-tər-
biyə mərkəzləri idilər. Məscid və camilərdə təlim bir qədər təkmil
formada aparılırdı. (“cami” “cəm” olunan yer deməkdir. Bura məs-
ciddən fərqli olaraq daha çox adam toplaşırdı).
İslamın fəth edildiyi yerlərdə, o cümlədən Azərbaycanda məs-
cidlər sürətlə artır və məscidlərin təyinat dairəsi daha da genişlə-
nirdi. Belə ki, məscid həm ibadət yeri, həm bilik alınan yer, həm
müsafirxanə, həm də bir qərargah idi.
Səkkizinci əsrin əvvəllərində Azərbaycanda məscid şəbəkəsi
yayılmağa başlamışdı. Məscidlərə toplanan əhaliyə Quran qiraət
edilirdi. Fəqihlər (Hüquqşünaslar) müsəlmanların dini, ailə, mülki
və digər işlərini tənzim edən qaydaları şərh edirdilər. Bütün bunlar-
dan baş çıxarmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları,
xüsusilə ərəb əlifbasını və ərəb dilini bilmələri zəruri idi. Bu hal
məscidlərin nəzdində “məktəb” və ya “kuttab” adı altında ibtidai
təhsil mərkəzləri icad edilməsinə səbəb oldu. Məscidlər o dövrdə
müsəlmanların əsas maarif ocaqları idi. Məscid məktəblərində ərəb
dilinin səs-hərf sistemi tədris edilirdi və Quran mətnləri əsasında
ərəb dilinin öyrənilməsinə səy olunurdu. Ərəb xilafətinin tərkibində
olan ölkə kimi Azərbaycanda da dövlət dili ərəb dili sayılırdı. Buna
görə də məscid məktəblərində təlimin ərəb dilində aparılması və
ərəb yazısının tətbiqi, islami prinsiplərə uyğun tədris məcburi idi.
Sonrakı dövrlərdə yeni yaradılan məscidlərdə xüsusi tədris
yerləri də yaradılmağa başlandı. Məscid və camilərdə tələbələrin
öyrənmələri üçün müəllimin ətrafma toplaşan yerə “Həlqə” deyilir-
di. Tədris üsuluna da “Həlqeyi-tədris” deyilirdi. Həlqələr çox zaman
müəllimin adı ilə adlanırdı. Artıq camilərdə təlim prosesi həlqələr
şəklində həyata keçirilirdi. Bir müəllim məsciddə bir guşəyə çəkilir
və ya bir sütunun dibində dərisini yerə sərər, bu yer də elə o müəlli-
min adıyla bilinərdi.
Məscid və ya camiyə girildiyində rəngarəng bir həyat görü-
nürdü. Eyni məkanda namaz qılanlar, istirahət edənlər, söhbət edən-
lərlə bərabər dərs alanlar da var idi. Belə bir hal Azərbaycanın müx-
təlif yerlərində mövcud idi.
Dostları ilə paylaş: |