59
Həlqədə 20 nəfərə qədər adam olurdu. Həlqədən çıxan hər bir
müdavim Quranı əzbər öyrənə bilirdi. Cami və məscidlərdə Quran,
Hədis, Fiqh kimi dini elmlər öyrədilməklə bərabər sosial həyatla
bağlı elmlər də öyrədilirdi. Camilərdə tədris həlqələrində dərs verən
alimin səsi və sual verən tələbələrin səsləri yüksəlir, müxtəlif həlqə-
lərdən gələn səslər bir-birinə qarışırdı. Belə bir vəziyyət əslində
ibadət məqsədiylə tikilən məscidlərdə sükunəti pozurdu. Məscid və
camidə ibadət edənlərin səsi təhsil alanların səsinə qarışdıqda böyük
gurultu meydana çıxırdı. Beləliklə məscidlərin həm ibadət, həm də
tədris işi üçün fəaliyyəti mümkün olmayan hala gəlmişdi. İlk vaxtlar
buna ehtiyac duyulsa da, sonralar məsciddə məktəb yaratmaq
əlverişli sayılmadı və məktəblər məsciddən ayrılaraq ayrı və ya ona
bitişik yerlərdə yaradılmağa başladı.
4.1.3. Kuttablarda təhsil
Cami və məscidlərdən kənarda müxtəlif yerlərdə, məhəllələrdə
xüsusi tədris, təlim yerləri yaradırdı ki, bunlara “Kuttab” deyilirdi.
“Kuttab” ərəbcə “Yazı öyrətmək” mənasını verir.
Kuttablar məsciddən kənarda yaradılsa da yenə də məscid və
camilərdə ibadətlə bərabər təlim işi də aparılırdı. Məscid və camilə-
rin daha təmiz və səliqəli saxlanılması məqsədilə kiçik uşaqların da-
ha çox cami və məscidlərdən kənar kuttablarda və ya islam bö-
yüklərinin təşkil etdiyi məktəblərdə təhsil almaları təşkil olunurdu.
Kuttablarda bugünkü müasir təlim sisteminin izləri çox aydın
görünürdü. Kuttablarda dərs deyənlərə, öyrədənlərə “Müəllim” de-
yilirdi ki, bu da ərəb sözü olub “Öyrədən”, “Tədris edən” məna-
larını verir. Kuttablarda ilk dəfə olaraq yazı lövhəsindən və silgidən
istifadə edilmişdir. Kuttablarda adətən bir müəllim işləyirdi. Bəzən
yüksək səviyyəli tələbələr üçün ikinci müəllim də dəvət olunurdu.
Burada müəllimlərə əmək haqqı da verilirdi. Beləliklə müəllimlik
bir peşə kimi formalaşırdı. Kuttablarda hər bir dərs arası öyrənən-
lərə fasilələr verilirdi. Kuttablarda 18 yaşına qədər oxumaq olardı.
Bu məktəblərdə oğlan və qızlar 7 yaşına qədər bir yerdə təhsil ala
bilərdilər. 7 yaşından sonra qızlar məktəbdən çıxarılıb ev işləri ilə
məşğul olurdular. Varlı adamlar evə müəllim çağıraraq qızlarına ya-
zı, oxu və Quran dərsləri öyrədirdilər. Azərbaycanın müxtəlif yerlə-
60
rində VIII-IX əsrlərdə Xorasanda, Həmədanda, Bərdədə, Nax-
çıvanda kuttablar, məktəblər fəaliyyət göstərmişdir.
Kuttablar əsasən iki növdə ola bilirdi. Uşaqlara yalnız
oxuma və yazma öyrədən kuttablar və Quranı, dini hökmləri
öyrədən kuttablar. Oxuma-yazma kuttabları müstəqil fəaliyyət
göstərirdi. Yazı müəllimi Quran müəllimindən fərqli idi. Yazı müəl-
limi Qurana hörmətindən irəli gələrək yazı materiallarını Quran
ayələrindən deyil, müxtəlif şeirlərdən istifadə edirdi. Uşaqlar Qu-
ranı şifahi şəkildə öyrəndiyi kuttabdan ayrılaraq, yazı müəllimindən
də yazı bacarıq və vərdişlərini öyrənirdi. Yazı öyrədilən kuttablarda
sonrakı dövrlərdə yazı vərdişlərindən başqa, ərəb dili, qrammatika,
poeziya, stilistika, kolleqrafiya, ərəb və fars tarixi, riyaziyyat
öyrədilirdi. Belə kuttabların bəziləri pullu olduğundan hamını əhatə
edə bilmirdi. Oxuma-yazma üçün istifadə edilən kuttablar çox vaxt
müəllimlərin evlərində təşkil edilirdi.
Kuttablarda müəllim kürsü əvəzinə həsirin və ya kilimin
üstündə bardaş quraraq otururdu. Uşaqlar da üzü müəllimə tərəf bu
qayda ilə otururdular. Müəllim hər bir şagirdə lövhə əvəzi kiçik
taxta parçası və ağ rəng verirdi. Uşaqlar əvvəlcə bu lövhəni rənglə
malalayır, sonra qamış qələmlə lövhənin üzərində əlifbanın hərflə-
rini yazır və əzbərləyirid. Bu üsul yorucu və çox vaxt aldığından
uşaqların oxu və yazı vərdişləri uzun müddət çəkirdi.
İlk vaxtlarda təşkil edilmitş kuttablar üçün proqram Həz.
Ömər tərəfindən tərtib edilmişdir. Proqramın mətnində belə deyi-
lirdi: “Uşaqlara üzməyi və ata minməyi öyrədin. Onlara geniş yayıl-
mış zərbül-məsəlləri və gözəl şeirləri də öyrədin. Uşaqlara öy-
rədiləsi gərəkən şeylər: Oxu, yazı, hesab və üzməkdən ibarətdir”.
Oxuma və yazma yolu ilə bilik əldə edərək kamilliyə çatmağı
müsəlmanlara tövsiyə edən ilk kitab Quran idi. O dövrdə yazının
işlədilməsi bir yenilik idi. Məktəbin proqramında uşaqlara ədəb,
əxlaq öyrədilməsi də başlıca yer tuturdu. Bu səbəblə kuttablarda
əxlaq dərsləri keçilirdi.
61
4.1.4. Məktəblərdə təhsil
“Məktəb” ərəbcə “Ketb” kökündən əmələ gəlmişdir. Mənası
“yazmaq” deməkdir. “Məktəb” - “Yazı yazılan yer” deməkdir.
O dövrdə Azərbaycanda savadlı, bilikli şəxslərə “Molla” və
ya “Mirzə” deyilməsi məlum bir faktdır. “Hər oxuyan Molla Pənah
olmaz”- ifadəsi də elə buradan meydana gəlmişdir. Buna görə də
məktəblərdə dərs deyənlərə “Molla” istilahından da istifadə edilmiş
və məktəblərimizə də orta əsrlərdə “Mollaxana” deyilmişdir. Peda-
qoji dərs kitablarımızda, tədris vəsaitlərimizdə də o dövrün məktəb-
ləri “Mollaxana” adı ilə işlənmiş və həmişə də haqq-nahaq tənqid
obyektinə çevrilmiş, bu məktəblər ətalət, gerilik, savadsızlıq mər-
kəzləri kimi qələmə verilmişdir ki, bu da bir çox hallarda həqiqəti
olduğu kimi əks etdirməmişdir.
Qeyd edək ki, o dövrün məktəblərini bu günlərimizdə də
“Mollaxana” ifadəsi ilə işlətmək heç də doğru sayılmaz. “Məktəb”
uşaqların həm oxuma-yazma; həm də Quran və digər bilikləri aldıq-
ları yer idi. Məktəblər geniş şəkildə islamın yayıldığı yerlərdə ən
ucqar kəndlərdə belə təşkil olunmağa başladı.
Ərəblər ölkələri fəth etdikcə islamı da, elmi də yayırdılar. Bu-
nun üçün ərəblər məscidlərin yanında məktəblər, mədrəsələr açırdı-
lar. Azərbaycanda hələ X əsrdən öncə də “Məktəb” və ya “Kuttab”
adları ilə ibtidai təhsil verən təlim ocaqları mövcud olmuşdur. Ərəb
hakimiyyətindən sonra, mənbələrdən məlum olur ki, VIII əsrin birin-
ci yarısında Azərbaycanda ibtidai məktəblər fəaliyyətə başlamışdır.
VIII-IX əsrlərdə Azərbaycanın müxtəlif şəhərlərində məktəb-
lər tədricən yayılır, Zərdüşt və Alban məktəblərinin yerinə ərəbdilli,
islam təmayüllü məktəblər açılır, mövcud Alban, Arami (Aramey)
əlifbalarının yerinə ərəb əlifbası, Pəhləvi və Alban yazısının yerinə
ərəb yazısı daxil olurdu.
Məktəblər əsasən ilkin ibtidai təhsil verirdi. Məktəblərdə oxu
müəllimi ayrı, yazı müəllimi isə ayrı idi. Quranı oxu müəllimi şifahi
yolla öyrədirdi.
Bir çox məktəblərdə fərqli proqramlarla da dərslər keçilirdi.
Belə ki, bəzi saraylarda, xüsusilə xəlifələrin saraylarında ibtidai təh-
sil verən məktəblər açılırdı ki, bu məktəblərin proqramları daha ge-
niş, məzmunlu və hərtərəfli idi. Burada dərs deyənlərə “Müəllim”
Dostları ilə paylaş: |