Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Dəyərləndirmənin metod və vasitələri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə2/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#126405
1   2   3   4   5   6   7   8   9   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

.
Dəyərləndirmənin metod və vasitələri 
 
II hissə. Kurikulumun şərhi 
1.
 
Məktəbəqədər yaşlı (1-6 yaş) uşaqların inkişaf xüsusiyyətləri və gün rejimi.
2.
 
Məktəbəqədər təhsilin məzmunu. 
2.1.
Müxtəlif fəaliyyət növlərində uşaqların inkişafı və təliminin məzmunu. 
2.2. Müxtəlif yaş qruplarında keçiriləcək məşğələlərin adı, həftəlik miqdarı və 
müddəti
2.3. Standartların mahiyyəti, məzmunu və inteqrativliyi 
3. Məktəbəqədər təhsil strategiyaları 
3.1.İnkişafetdirici təlim mühitinin təşkili 
3. 2. İnkişaf və təlim strategiyalarının mahiyyəti 
3.3.Təlim strategiyalarından istifadə 
3.4. İş formaları və iş üsulları 
3.5.Təlimin planlaşdırılması və təlimin təşkili metodikası.
Məşğələ nümunələri. 
3
.
6. Ailələrlə əməkdaşlığın təşkili məsələləri
 
4.Uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsinə dair 
4.1. Dəyərləndirmənin əsas məqsədi 
4.2.Uşaq inkişafının izlənilməsinin təşkili
4.3. Dəyərləndirmənin metod və vasitələri 
4.4. Dəyərləndirmənin aparılmasına verilən tələblər 
 
Cədvəllər
Tezarus 
Ədəbiyyat siyahısı 



 
 
 
İzahat vərəqi 
 
Məktəbəqədər təhsilin əhəmiyyəti.
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında 
fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə 
alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. 
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak 
etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər 
yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin 
oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq və 
ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir. 
Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və 
yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və 
sağlamlığının, mühafizəsinin, ətraf aləmə həssas (şüurlu) münasibətinin və şəxsiyyətinin 
formalaşdırılmasından ibarətdir. 
Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların zəruri həyati bacarıqlara 
yiyələnmələrini və məktəb təhsilinə hazırlığını təmin edir. 
Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli 
dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir. 
Məktəbəqədər yaş dövründə ən optimal inkişaf mərhələsi keçən sahələrdən biri də 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə