Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Dizel mühərriklərinin Common Rail tipli elektron idarəetməli yanacaq sistemlərinin



Yüklə 5,14 Mb.
səhifə33/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Dizel mühərriklərinin Common Rail tipli elektron idarəetməli yanacaq sistemlərinin sensorları və icra mexanizmləri haqqında. Elektron idarəetməli Common Rail tipli yanacaq sistemlərində mühərrik haqqında informasiya elektron idarəetmə blokuna sensorlar vasitəsilə daxil olur. Elektron idarəetmə bloku alınmış informasiyalar əsasında və mikroprosessorun yaddaşında saxlanılan idarəetmə qanunlarından istifadə etməklə mühərrikin cari iş rejimi üçün lazımi yanacaq verilişi parametrlərini (tsikllik yanacaq miqdarı, püskürmənin qabaqlama bucağı, yanacaq akkumulyatorunda təzyiq) müəyyənləşdirir və bunun əsasında icra mexanizmlərinə göndərilən idarəedici impulsları formalaşdırır.
Common Rail sisteminin sensorları aşağıdakılardır:

    1. Dirsəkli valın fırlanma tezliyi sensoru;

    2. Paylayıcı valın fırlanma tezliyi sensoru;

    3. Akselerator pedalının vəziyyəti sensoru;

    4. Üfürmə təzyiqi sensoru;

    5. Akkumulyatordakı təzyiq sensoru;

    6. Soyuducu mayenin temperatur sensoru;

    7. Havanın kütlə sərfini ölçən sensor;

    8. Havanın temperatur sensoru.

Elektron idarəetmə bloku mühərrikin fırlanma tezliyi haqqında məlumatı dirsəkli valın fırlanma tezliyi sensoru vasitəsi ilə alır. Alışmanın növbələşmə ardıcıllığı isə paylayıcı valın fırlanma tezliyi sensoru ilə müəyyənləşdirilir. Akselerator pedalının vəziyyəti sensorunun siqnalı elektron idarəetmə blokuna sürücünün pedalı başlanğıc vəziyyətə nisbətən nə qədər irəli basdığını, başqa sözlə - sürücünün ani an üçün tələbi haqqında məlumat verir. Havanın kütlə sərfini ölçən sensor yanma prosesini xaric qazların zərərli maddələr emissiyası normalarına müvafiq adaptasiya etmək üçün elektron idarəetmə blokunu havanın ani sərfi haqqında məlumatlandırır. Əgər mühərrikdə təzyiq tənzimləyicili turbokompressor quraşdırılıbsa, onda adaptasiya üfürmə təzyiqi sensoruna görə həyata keçirilir. Aşağı temperaturlu ətraf mühitdə və soyuq mühərrikdə püskürmənin qabaqlama bucağının artırılması, əlavə püskürmədən (əsas püskürmədən sonrakı püskürmədən) istifadə etmə və istismar şəraitindən asılı olan digər parametrlər üçün alınmış məlumatları adaptasiya etməkdən ötrü elektron idarəetmə bloku soyuducu mayenin və havanın temperatur sensorlarının informasiyalarından istifadə edir.
Common Rail sisteminin icra mexanizmləri aşağıdakılardır:

  1. Elektrohidravlik forsunkanın idarəedici klapanı;

  2. Yanacaq akkumulyatorunda və ya yüksək təzyiqli yanacaq nasosunun çıxışında yerləşən təzyiq tənzimləyici klapan;

  3. Yüksək təzyiqli yanacaq nasosunun plunjer seksiyasının kəsilməsi klapanı




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə