Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

72
 
 
raf mühitin zərərli maddələrlə çirklənməsinin qarşısının 
alınması üçün, 2) faydalı qazıntıların çıxarılması, emalı 
sənayenin, onunla bağlı olan sahələrin inkişafı və bura-
da  əmələ  gələn  tullantıların  təkrar  emalının  kompleks 
planlaşdırılması  üçün,  3)  yanacaq,  energetika,  onunla 
bağlı sahələrin inkişaf etdirilməsi üçün və s. Çirklənmə-
nin vəziyyətinin və yüksək keyfiyyətli təbiətin ətraf mü-
hitinin  saxlanılması  üçün  əsas  plan  göstəricilərinin 
müəyyən edilməsi və onun iqtisadi cəhətdən qiymətlən-
dirilməsi imkan verir ki, təbiətin ətraf mühitini müdafiə-
yə,  bərpa  və  yaxşılaşdırmaq  məqsədilə  kompleks  plan 
hazırlansın. Bu plan, sənayenin inkişafı və xidmət sahə-
sinin planına müvafiq surətdə hazırlanmalıdır. 
Kompleks  plan  hazırladıqda  xərclərin  əsaslan-
dırılmış minimal miqdarı müəyyənləşdirilməlidir. Bu 
xərclər illik və çoxillik, kompleksli, perspektivə planlaş-
dırılmış yerli, rayon və milli səviyyədə büdcə ilə uyğun-
laşdırılmalıdır.  Gəlir  nə  qədər  çox  olsa,  təbiətin  ətraf 
mühitinin  qorunmasına  bir  o  qədərdə  çox  pul  ayırmaq 
mümkün olur. 
Hazırda təbiətin ətraf mühitinin vəsait mənbəyinin 
istifadə  edilməsinin  qəbul  edilmiş  prinsiplərinin  hüquqi 
və sosial-iqtisadi aspektləri (baxış,  nöqteyi  –  nəzər) hə-
ləlik,  kifayət  qədər  tam  işlənib  hazırlanmamışdır.  Ona 
görə  də  təbiətin  ehtiyatlarına  (xəzinəsinə)qarşı  təsərrü-
fatsızlıq münasibətlərinə rast gəlinir ki, buda cəmiyyətin 
ondan istifadəsini çətinləşdirir. Çirklənmənin qəbul edil-
miş  həddən  artıq  olması,  həmin  çirklənməni  törədən 
mənbələrin  qənaətində  (qazancında)  özünü  göstərməli-
dir.  Ətraf  mühitin  vəsait  ehtiyatlarından  düzgün  və  qə-


73
 
 
naətlə  istifadə  olunması,  maddi  və  mənəvi  cəhətcə  sti-
mullaşdırılmalı və başqa formalarda həvəsləndirməlidir. 
Sosial-iqtisadi inkişaf planı tərtib ediləndə, əgər 
bu  planda  vəsait  mənbələrinin  istifadəsi,  ətraf  mühitin, 
istehsal,  emalla  əlaqədar  və  ondan  yaranan  çirklənmə-
lərdə diqqət cəlb edəcəksə onda, kənd təsərrüfatı və sə-
naye  məhsullarının  artımı,  istehsal  olunan  enerjinin 
miqdarının  çoxalması,  nəqliyyatın  və  xidmət  sahəsinin 
genişlənməsi,  məişət  komfortunun  və  əmək  fəaliyyəti 
şəraitinin yüksəlməsi də nəzərə alınmalıdır. 
Təbii  ehtiyatların  tükənmə,  çirklənmə  və  sıradan 
çıxma  təhlükəsi  ondan  kompleks-  planlı  qaydada,  qə-
naətlə istifadə etməyə tələb edir. Ona görə də hazırkı şə-
raitdə  dünya  ölkələrində  ətraf  mühitin  qorunmasının  və 
təbii ehtiyatlardan istifadənin kompleks planlaşdırılması 
vacib  amil  kimi  ön  plana  çəkilir.  Kompleks  planlaşdır-
ma  təbii  ehtiyatlardan  ardıcıllıqla,  səmərəli  istifadə  et-
məyə,  onun  aktiv  elementlərlə  çirklənməsinin  qarşısını 
almağa şərait yaradır. 
Təbii  ehtiyatların  kompleks  planlaşdırılması 
bir neçə istiqamətdə həyata keçirilir. 
1.
 
Kənd təsərrüfatı sistemində ərzaq və qeyri-ərzaq 
məhsulları  istehsalı,  tədarükü,  emalı,  satışı,  onunla  əla-
qədə  olan  və  ona  xidmət  edən  sahələrin  kompleks  for-
mada  istifadəsini  və  ətraf  mühitin  zərərli  maddələrlə 
çirklənməsinin qarşısının alınması; 
2.
 
Faydalı  qazıntıların  çıxarılması,  emalı,  sənaye-
nin  onunla  bağlı  olan  sahələrinin  inkişafı  və  burada 
əmələ gələn tullantıların təkrar emalının kompleks plan-
laşdırılması; 


74
 
 
3.
 
Yanacaq,  energetika  və  onunla  bağlı  sahələrin 
və  bu  sahələrdə  əmələ  gələn  tullantıların  təkrar  emalı, 
ətraf mühitin qorunması problemlərinin kompleks planlı 
qaydada  istifadəsini  nəzərdə  tutur.  Təbii  ehtiyatlardan 
planlı qaydada istifadə, bu ehtiyatların tezliklə tükənmə-
sinin  və  ətraf  mühitin  çirklənməsinin  qarşısını  alır  ki, 
bununla da istehsalın səviyyəsinin və səmərəliyinin art-
masına şərait yaradır. 
 
3.Ətraf mühitə  təsirin qiymətləndirilməsində 
indikatorlar, nöqsanlar və risklər 
 
Ekoloji fəlakət və texnogen proseslərin insanla-
ra və təbiətə neqativ təsiri,  riskin qiymətləndirilməsi 
müvafiq qanunvericiliyin olmasını, bunun üçün stan-
dart və normativlərdən istifadəni nəzərdə tutur. 
Ekoloji  riskin  qlobal  xarakteristikası  arasında  bio-
sferin  orta  xüsusiyyətlərinin  dəyişməsinin  səviyyəsi  də 
müəyyən  mövqe  tutur.  Bu  xüsusiyyətlər  antropogen 
amillərin təsirilə və təbii səbəblərə görə də tədricən də-
yişməyə məruz qalır. 
Hazırda  insan  həyatına  təbii  mühitin  təsiri,  həyat 
riski  fərqləndirilir.  Riskin  qiymətləndirilməsində  sosial 
və fərdi risk kimi iki müxtəliflik mövcuddur. 
Risk və tibbi  demoqrafiyanın təhlilində əsas ölçü-
lərə  aşağıdakılar  aiddir:  əhalinin  yaşa  görə  paylanması, 
ölüm və xəstəlik əmsalları, yaşama funksiyası, müxtəlif  
yaşlara görə gözlənilən həyat ömrünün uzunluğu və s.  
Sosial  risk,  bu  sənaye,  energetika,  hərbi  və  digər 
obyektlərdə ağır və xüsusən insan ölümü ilə nəticələnən 


75
 
 
mümkün  qəzaları  səciyyələndirir.  Fərdi  risk  –  fərdin 
bütün həyatı boyu hesablanmış ziyanın (ölümünün) ehti-
malı  ilə  təyin  edilir.  Kimyəvi  maddələrin  istifadəsi  ilə 
yaranan  ekoloji  risk  keyfiyyətcə  əlverişsiz  nəticələrin 
xassəsi vasitəsilə, kəmiyyətcə isə baş vermə ehtimalı ilə 
səciyyələnir.  Riskin  təhlilinə  iki  mərhələ  daxildir:  onun 
qiymətləndirilməsi  və  idarə  olunması.  Birinci  mərhələyə 
əlverişsiz  nəticələrin  ehtimalının  qiymətləndirilməsi  aid-
dir,  ikinci  mərhələ  isə  eyniləşdirilmiş  riskə  görə  təsir  tər-
zinin  seçilməsindən  ibarətdir.  Ekoloji  riskə  aid  olan  in-
formasiya  elə  təşkil  olunmalıdır  ki,  insanın  əhatəsindəki 
təbii  mühit  haqqında  qərar  qəbul  edilə  bilsin.  Əldə    edil-
miş məlumatlardan müxtəlif idarəetmə fəaliyyəti tiplərinə 
kömək  edilməsindən  istifadə  oluna  bilər.  Məsələn,  sə-
nayedə  təhlükəli  kimyəvi  maddələrin  basdırılma  yerinin 
təyin  olunmasında,  pestisidlərdən  istifadə  normalarının 
müəyyənləşdirilməsində, bir çox kimyəvi və digər amillə-
rin təsir göstərdiyi ekosistemlərin qorunmasında və s. 
Faydalı  qazıntılardan  və  ilkin  xammaldan  komp-
leks  istifadə  edilməsi  xalq  təsərrüfatının  müxtəlif  məh-
sullara  olan  tələbatının  ödənilməsi  zəruriyyətindən  irəli 
gəlir.  Tükənən  sərvətlər  qrupuna  daxil  olan  faydalı  qa-
zıntıların  ehtiyatı  istismar  prosesində  xeyli  azalır,  bəzi 
mədənlər tükənib sıradan çıxır. Yeni kəşf edilmiş yataq-
lar, təkrar xammaldan və istehsal tullantılarından istifa-
də  edilməsi  hesabına  istehsalın  tələbatı  ödənilir.  Bütün 
bunlar çoxlu kapital qoyuluşu, material və əmək sərfin-
dən  istifadə  edilməsi  şəraitində  həyata  keçirilir.  Risk 
amillərinin aşağıdakı qrupları vardır:  
1)
 
Bioloji


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə