Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   89

103
 
 
9,3 %, İran – 9,1 %, Venesuela – 6,8 %, Rusiya – 4,8 %, 
Çin – 2,4 %, ABŞ – 2,4 % (1998) kimi ölkələrdədir. İl-
də orta hesabla 3,0  mlrd. ton neft çıxarılır.  Xəzər dəniz 
ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizin-
dən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 
40 %-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına 
düşür.  Hazırda  bura  daxildir:  Əlcəzair,  Qatar,  Venesu-
ela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, 
Səudiyyə Ərəbistanı, İran, BƏƏ. Bu təşkilat  1960-cı il-
də yaranmışdır (İqamətgahı Vyanadır). 
Kəşf  edilmiş  qaz  ehtiyatı  144  trln.  kub  metr 
(1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələr-
dədir: Rusiya – 39,2%, Qərbi Asiya – 32, Şimali Afrika 
–  6,9%,  Latın  Amerikası  –  5,1  %,  Şimali  Amerika  – 
4,9%,  Qərbi  Avropa  –  3,8%.  1998-ci  ilin  əvvəlinə  qaz 
ehtiyatının  həcmi  Rusiyada  47600  mlrd.  m
3
,  İranda 
21200, ABŞ da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 
2650,  Norveçdə  3800,  Qazaxıstanda  1670,  Niderlandda 
1668,  Liviyada  1212,  Böyük  Britaniyada  574  mlrd.  m
3
 
təşkil edir. Hazırda ildə 2,2 trln. m
3
 qaz çıxarılır. Demə-
li,  təbii  qaz  ehtiyatı  71  ilə  kifayət  edə  bilər.  Hidroener-
getika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə 
də  böyük  təbii  sərvət  olmaqla  təbii  yanacaq  ehtiyatları 
ilə  bir  sırada  dayanır.  Dünya  üzrə  hidroenergetika  ehti-
yatı 7,7-9,8 trln. kvt. saatdır.  
Kəşf  edilmiş  dəmir  filizi  260,  proqnoz  üzrə  isə 
600  mlrd.  tona  bərabərdir. Ən çox dəmir filizi yataq-
ları  Braziliya,  Avstraliya,  Kanada,  Rusiya,  Çin,  ABŞ, 
Hindistan və İsveçrədir. Ildə 0,9-1 mlrd. ton dəmir filizi 
çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əl-


104
 
 
van  metal  istehsalında  istifadə  edilən  xammallardan 
boksitlər əsas yeri tuturlar. Boksitlərin ehtiyatı proqnoza 
görə 50 mlrd. ton, o cümlədən, kəşf olunmuşu 20 mlrd. 
tondur.  Ən  böyük  boksit  yataqları  Avstraliya,  Qvineya, 
Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarıl-
ması  ildə  800  mln.  ton  təşkil  edir.  Mis  filizinin  geoloji 
ehtiyatları 860 mln. ton təşkil edir. Mis filizinin geoloji 
ehtiyatları  860  mln.  ton  kəşfi  məlum  olan  isə  450  mln. 
tona bərabərdir (əsasən Hindistan,  Zimbabve,  Zambiya, 
Konqo,  ABŞ,  Rusiya,  Kanada  nəzərdə  tutulur).  İldə  8 
mln. ton çıxarılır.  
 
2. Mineral sərvətlərin istifadəsi və mühafizəsi 
 
Yerin təkindən çıxan faydalı qazıntıları mineral 
ehtiyatlar  adlandırırlar.  Müasir  təsərrüfatda  mine-
ral  yanacağın və xammalın təxminən 200 növündən 
istifadə olunur. Onların müxtəlif təsnifatı ola bilər. Eh-
tiyatların texniki istifadəsi əsasında aparılan təsnifat da-
ha  geniş  yayılıb.  Bu  zaman  onları  yanacaq,  metal,  tex-
niki  ehtiyatları  və  tikinti  materiallarını  ayırırlar.  Gene-
tik  təsnifatdan  da  istifadə  edirlər.  Onun  əsasını  yaş  və 
yaranma  xüsusiyyətləri  təşkil  edir.  Bu  zaman  adətən 
kembri,  aşağı  paleozoy,  mezozoy  və  kaynozoy  geoloji 
dövrlərini ayırırlar. Mineral yanacaq  və xammalın  dün-
ya ehtiyatları Dünya Enerji Şurasının (əvvəllər bu təşki-
lat  “Dünya  Enerji  konfransı”)  sessiyalarında,  eləcə  də 
dağ,  geologiya,  neft  qaz  və  digər  konqreslərdə  qiymət-
ləndirilir.  Yanacaq  ehtiyatları  daha  böyük  maraq  doğu-
rur.  Onlar    iki  kateqoriya    üzrə  qiymətləndirilir  –  ümu-


105
 
 
migeoloji və tədqiq edilmiş (səhih, sübut və təsdiq olun-
muş) yanacaq mənbələri üzrə. Bu mənbələr Yer kürəsin-
də qeyri-bərabər yerləşir. Məsələn, ötən əsrin 90-cı illə-
rinin  sonunda  aparılan  qiymətləndirməyə  görə,  bu  ehti-
yatların  ölçüsünə  görə  birinci  və  ikinci  yerlər  MDB  və 
Asiya – Avstraliya regionları arasında bölünür. Üçüncü 
yerdə  Şimali  Amerikadır.  Sonrakı  yerdə  isə  Yaxın  və 
Orta  Şərq  ölkələri,  Avropa,  Afrika  və  Latın  Amerikası  
gedir. Təbii ki ayrı- ayrı regionlar  öz yanacaq ehtiyatla-
rının  strukturuna görə bir birindən fərqlənirlər. Daş kö-
mür  Yerin  təkində  çox  geniş  yayılmış  təbii  sərvətdir. 
Hazırda  dünyada  3,6  min  daş  kömür  hövzəsi  və  yatağı 
məlumdur  ki,  bu  yerin  quru  hissəsinin  15%  təşkil  edir. 
Daş kömür ehtiyatlarının  ümumi və kəşf edilmiş həcmi  
neft  və  təbii  qazın  həcmindən  xeyli  çoxdur.  Neft  Yerin 
təkində daş kömürə  nisbətən  daha çox yayılıb. İndiyə-
dək geoloqlar 600-dək neft və qaz hövzəsi  aşkar ediblər 
və onların  400-nü tədqiq etməyə nail olublar. Nəticədə 
real olaraq müxtəlif  hesablamalara əsasən, dünyanın 15 
milyon  kub  km.–dən    50  milyon  kub.-dək  bir  ərazisi  
neft  (və  təbii  qaz)  perspektivli  sayılır.  Bununla  yanaşı 
qeyd  etmək  lazımdır  ki,  dünyanın  neft  ehtiyatları  daş 
kömür ehtiyatlarından xeyli azdır. 
Təbii qaz təbiətdə sərbəst şəkildə mövcuddur. Tə-
bii qaza qaz yataqları və mədənlərində eləcə də neft ya-
taqları  üzərində  “qaz  papaq”(yanaşı  qaz)  şəklində  rast 
gəlmək olar. Qaz istehsalında neft və daş kömür mədən-
lərində olan qazdan  da geniş istifadə edilir. 
 
 


106
 
 
Cədvəl 4. 
Dünyanın yanacaq sənayesi 
 
Mineral ehtiyatlar 
Sahənin 
adı 
Coğrafi bölgüsü 
Əsas hasilat əraziləri 
Neft 
Ümumi ehtiyatların 4/5-dən 
çoxu və hasilatın ½-i inkişaf 
etmiş ölkələrin payına dü-
şür. 
Fars körfəzi, Qərbi Sibir, 
Meksika körfəzi, Karib 
hövzəsi. 
Qaz 
Başlıca olaraq inkişaf etmiş 
ölkələrdə cəmləşib və inki-
şaf etməkdə olan ölkələrdə 
də hasilat artır. 
Qərbi Sibir, Şimali Afrika, 
Şimali Amerika, Şimal də-
niz hövzəsi 
Kömür 
Ehtiyatların və hasilatın bö-
yük hissəsi inkişaf etmiş öl-
kələrdədir. 
Şərqi Sibir, Çin, Hindistan, 
Şimal-Şərqi ABŞ, Qərbi 
Avropa 
 
 
Dünyanın elektroenergetikası 
 
Elektrik enerjisinin aparıcı 
istehsalçıları 
Hər nəfərə daha çox elektrik 
enerjisinin istehsalı 
ABŞ,  Rusiya,  Yaponiya,  Çin,  Al-
maniya, Fransa, Kanada 
Norveç,  Kanada,  İsveç,  ABŞ, 
Finlandiya, Fransa 
Elektrik enerjisinin istehsalının strukturu 
Çox hissəsi İES-lə 
Çox hissəsi 
SES-lə 
Çox hissəsi AES-lə 
Niderland (97%) 
Polşa, 
CAR, 
Çin, 
Meksika 
Norveç (99%) 
Braziliya 
Kanada 
Efiopiya 
Kolumbiya  
Fransa (72%), 
Belçika, 
Cənubi Koreya, 
İsveç, 
İsveçrə 
Uran yer təkində çox geniş yayılıb. Amma məsələ 
ondadır ki, iqtisadi cəhətdən tərkibində ən azı 0,1% fay-
dalı komponent olan yataqların mənimsənilməsi faydalı-
dır. Bu zaman 1kq uran konsentratının alınması 80 dol-
lardan  da  aşağı  başa  gəlir.  Atom  enerjisi  üzrə    beynəl-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə