Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

111
 
 
su” mövzusunda hesabatına görə, dünyadakı iqlim dəyi-
şiklikləri  su  qaynaqlarına  da  təsir  edir.  Hesabata  görə, 
2050-ci  ildə  dünyada  iki  milyard  insan  sudan  məhrum 
olacağı gözlənilir və 30 il sonra da 3 mlrd. insan istifadə 
edə biləcəyi su ehtiyatlarını itirə bilər.  
Dünya  Su  Həftəsi  forumuna  təqdim  edilən  BMT 
hesabatını  tanıdan  Hollandiyalı  səlahiyyətli  Michael 
Van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına 
təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda 
yaranan  vəziyyətin  ciddiliyini  qərarverici  səlahiyyətləri 
olan siyasətçilərə daha detallı göstərmək və həll axtarış-
larını  sürətləndirmək  olduğunu  əsaslandırdı.  Michael 
Van  deyər  Valk,  yağmurlar  azalmasıyla  bir  çox  ölkədə 
su  ehtiyatlarının  quruduğunu  izah  etdi.  Hesabata  görə, 
dünya  əhalisi  ilə  birlikdə  əkinçilik  və  sənaye  istehsalı 
artır,  dünyanın  iqtisadiyyatı  böyüyür,  ancaq  su  qaynaq-
ları sürətlə tükənir. 
Dünya  əhalisinin  yüzdən  20  %-ni  təşkil  edən  30 
ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə 
bu ölkələrin sayı 50-yə çatacaq və dünya əhalisinin yüz-
də 25-i su çətinliyi ilə üz-üzə gələ bilər. 
Dünyada  1950-ci  illərə  görə  su  ehtiyatları  yüzdə 
15 ilə 30 nisbətində azalmışdır. Bununla yanaşı 2050-ci 
ildə  su  ehtiyatı  bu  günkindən  yüzdə  50  çox  olacaq.  İq-
lim  dəyişiklikləri  su  ehtiyatlarına  da  təsir  etdiyi  üçün, 
dəyişikliklər qlobal böhrana səbəb olacaq. Forumda təq-
dim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki 
adambaşı su istehlakı, digər Avropa ölkələrindən iki də-
fə artıqdır. Inkişaf etməkdə olan ölkələrdə isə su istehla-
kı çox aşağıdır. 
 


112
 
 
Cədvəl 5. 
Dünyanın ən az və ən çox bərpa olunan 
 su ehtiyatı olan ölkələr 
(min m
3

 
Ölkə 
Su ehtiyatı 
Ölkə 
Su ehtiyatı 
Hindistan  
Çin 
ABŞ 
Pakistan 
İran 
Meksika 
Türkiyə 
558,1 
546,0 
223,9 
182,3 
76,5 
63,2 
52,2 
Küveyt 
Maldiv 
Malta 
Bəhreyn 
Barbados 
Katar 
BƏƏ 
0,02 
0,03 
0,07 
0,1 
0,1 
0,1 
0,2 
 
Dünyanın ən az suvarılan ərazisi Vatikan, Botsva-
na, Bruney, Qambiya, Konqo, Malta və s. ən çox suvarı-
lan  ərazisi  olan  ölkə  Braziliya,  Rusiya,  Kanada,  ABŞ, 
İndoneziya, Çin və s. ölkələrdir. Hər nəfərə ən çox şirin 
su düşən ölkələr Türkmənistan, Qazaxıstan, Özbəkistan, 
Qayana,  Macarıstan,  Qırğızıstan  və  s.  Ən  az  Konqo, 
MAR, Maldiv, Uqanda, Komor və s. ölkələrdir. 
Məlumatlara  görə,  inkişaf  etmiş  bir  ölkədə  doğu-
lan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğulan uşağa 
görə yüzdə 30-dan çox su xərcləyir. Dünyada hal-hazır-
da olan suyun yüzdə 97,5-i duzlu sulardan meydana gə-
lir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2,5 %-dir. Şirin 
suyun yüzdə 70 %-i qütblərdə donmuş halda, yüzdə 30-
u  isə  yer  altındadır.  Ümumiyyətlə,  xəstəliklərin  yüzdə 
88 %-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiye-
nik şərtlərdən  qaynaqlanır.  Bu da inkişaf etməkdə  olan 
ölkələrdə ildə 5 mlrd. gün iş itkisi mənasını verir. 


113
 
 
Məlumatlara  görə,  ABŞ-da  qidaların  yüzdə  30-u 
zibilə atılır. Bu 40 trilyon litr su,  yəni 500 mln. insanın 
su ehtiyacı mənasını verir. Inkişaf etməkdə olan ölkələr-
də sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca 
Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aid-
dir.  Stokholm  Su  İnstitutunun  dəstəyi  ilə  1991-ci  ildən 
bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 öl-
kədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Fo-
rumda, iştirakçılar daha təmiz və sağlam ətraf mühit üçün 
əməkdaşlığı  ön  planda  tutur  və  dəyişən  iqlim  şəraitində 
daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su isti-
fadəsinin qarşısını alma yönlü tədbirlər təşkil olunur. 
Torpaq kimi su da insan cəmiyyətinin yaşaması və 
fəaliyyət  göstərməsi  üçün  ilkin  şərtdir.  Su  heç  şey  ilə 
əvəz edilə bilməyən sərvətdir. Okean və dəniz suları ər-
zaq  və  xammal  mənbəyidir.  Onlar  böyük  mineral  və 
kimyəvi  sərvətlərə,  heyvan  və  bitki  aləminə,  tükənməz 
istilik  və  enerji  mənbələrinə  malikdir.  Hesablamalar 
göstərir ki, okean sularında 30 milyard ton biokütlə var-
dır. Bunun əsasını balıqlar, iri dəniz heyvanları, yosun-
lar və s. təşkil edir. Bu təbii ehtiyat 30-40 milyard adamı 
qida ilə təmin edə bilər. Okean bitkilərinin yaratdığı zü-
lalın  miqdarı  qurudakından  4-5  dəfə  çoxdur.  Dəniz  və 
okean sularında 60-a qədər kimyəvi element vardır. Bu-
rada  8-10  mln.  ton  qızıl,  164  milyon  ton  gümüş,  800 
mln. ton molibden, 80 mln. ton nadir elementlər, 80-100 
mln.  ton  brom  və  s.  olması  güman  edilir.  (V.N.  Stepa-
nov). Su insanların, heyvanların və bitkilərin həyat fəa-
liyyəti və məhsuldarlığı üçün başlıca amillərdən biridir. 


114
 
 
Su  buxarı  günəş  şüaları  üçün  süzgəc    rolunu  oynayır, 
bitkilərin  fotosintezində  iştirak  edir,  havanı  oksigenlə 
zənginləşdirir,  orqanizmlər  üçün  karbohidratlar  yaradır. 
Bütün bu keyfiyyətləri nəzərə alaraq dünyanın qabaqcıl 
ölkələri  şirin  su  ehtiyatlarının  BMT-da  uçota  alınması 
və  mühafizə  olunmasına  böyük  əhəmiyyət  verirlər.  La-
kin son illərdə su ehtiyatlarından lazımınca düzgün isti-
fadə  olunmaması  üzündən  şirin  su  mənbələri,  okeanlar, 
dənizlər, baş su tutarları bu və ya digər dərəcədə çirklə-
nirlər ki, bunun da nəticəsində artıq təbiətdə ekoloji təh-
lükə yaranır.   
 
4.Torpaq ehtiyatları 
 
Yer kürəsinin səthi 510 mln. kv. km təşkil edir. 
Bunun 149 mln. kv. km (və ya 14,9 mld hektar) quru 
sahə, 361 mln. kv. km isə dəniz və dəryalardır. Ümu-
mi quru sahədən Arktika və Antarktikanın buzlu sahələ-
rini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln. kv km 
təşkil  edir.  Torpaq  sahəsinin  11%-i  becərilən  torpaq, 
23%-i  çəmənlik  və  biçənəklər,  33  %-i  az  məhsuldar 
torpaqlar,  3%-i  yaşayış  məntəqələri,  sənaye  zonası, 
nəqliyyat  xətləri  və  s.  ibarətdir.  Hazırda  cəmi  kənd  tə-
sərrüfatına  yararlı  torpaq  sahəsi  48,1  mln.  kv  km-dir 
(4810 mln. ha). Bunun da 1340 mln. ha becərilən (əkin) 
torpaq sahəsi, 3365 mln. ha isə çəmənlik və otlaqlardan 
ibarətdir.  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə