Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

96
 
 
tövsiyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi 
həyata keçirilir. 
Növbəti  mərhələdə  ƏMTQ  layihəsi  regionda  (ra-
yonda) ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri ol-
duqda  mərkəzi  icra  hakimiyyəti  ilə)  razılaşdırılır.  Nəti-
cədə  obyektin  yerləşəcəyi  ərazi  və  təbiətdən  istifadə 
şərtləri  dəqiqləşdirilir.  Bundan  sonra  layihəçi  dəqiqləş-
dirilmiş informasiyadan  istifadə  edərək, tikintinin TİƏ 
konkret  müəyyən  edilmiş  yerə  uyğun  olaraq  tərtib  edir. 
Eyni  zamanda  layihənin  nəzərdən  keçirilməsinə  əsasən 
onun  səmərəliliyi  dəqiqləşdirilir  və  ekoloji  riskin  qiy-
məti verilir. Yalnız bundan sonra dövlət ekoloji eksper-
tizası  həyata  keçirilir.  Ekoloji  ekspertizanın  nəticəsində 
ekspert  komissiyasının  rəyi  rəsmiləşdirilir.  Rəylər  müs-
bət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyin-
dən sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açı-
la bilər. 
Ekoloji  ekspertizadan  başqa  investisiya  layihələri 
auditorlar  tərəfindən  yoxlanıla  bilər.  Audit  əsaslandırıl-
masının  yekun  prosedurası  investisiya  haqqında  niyyət 
bəyannaməsi və ekoloji bəyanat verilə bilər. Hər iki sə-
nəd mütəxəssislərin və əhalinin geniş təbəqəsi üçün ha-
zırlanır. Ekomenecment və ekoaudit sistemlərinin tələb-
lərinə əsasən  ekoloji bəyanat aşağıdakıları əhatə edir: 
-
 
meydança  sərhədləri  daxilində  (çərçivəsində) 
kompaniyanın  fəaliyyətinin  təsviri,  investisiya  layihəsi-
nin məqsəd və vəzifələri
-
 
həmin  fəaliyyətə  aidiyyəti  olan  bütün  mövcud 
problemlərin  qiymətləndirilməsi
-
 
zərərli maddələrin atılması və axıdılması haqqın-
da məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji 


97
 
 
və suyun işlənmə miqdarı və s. haqqında informasiya
-
 
kompaniyanın  ekoloji  səciyyəsinə  aid  olan  digər 
amillər haqqında məlumat; 
-
 
kompaniyanın ekoloji siyasətinin əsas müddəala-
rının  təsviri,  təbiəti  mühafizə  tədbirlərinin  proqramı  və 
idarəetmə sistemi; 
-
 
bəyanatın verilmə vaxtı (müddəti). 
Yalnız  ekoloji  bəyanatın  səlahiyyətli  orqanı  tərə-
findən təsdiqi və haqqın (rüsumun) keçirilməsindən son-
ra sahələrin (obyektin) qeydiyyatı aparılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


98
 
 
IV FƏSİL.  
SU, TORPAQ VƏ MEŞƏ EHTİYATLARI, 
MİNERAL VƏ BİOLOJİ EHTİYATLAR 
 
1.
 
Təbii ehtiyatların təsnifatı; 
2.
 
Mineral sərvətlərin istifadəsi və mühafizəsi
3.
 
Su ehtiyatları; 
4.
 
Torpaq ehtiyatları; 
5.
 
Meşə ehtiyatları; 
6.
 
Bioloji ehtiyatlar və onların mühafizəsi.  
 
1.Təbii ehtiyatların təsnifatı 
 
İnsanların istifadə  etdiyi təbii cisimlər (torpaq, 
su,  hava,  faydalı  qazıntılar,  enerji  ehtiyatları,  bitki, 
heyvan  növləri  və  s.)  təbii  ehtiyatlar  adlanır.  İnsan 
cəmiyyətinin  yaşaması  və  fəaliyyət  göstərməsi  üçün  bu 
ehtiyatlar  xüsusi  ardıcıllıqla  səmərəli  istifadə  olunmalı 
və  qorunmalıdır.  Çünki  hər  hansı  bir  dövlətin,  millətin, 
xalqın  inkişafı,  dünya  ölkələri  içərisində  tutuğu  yer 
bilavasitə onun  yaşadığı məkanın təbii ehtiyatlarla zən-
gin  olması  ilə  bağlıdır.  Ona  görə  də  inkişaf  etmiş  və 
inkişaf  etməkdə  olan  dövlətlər  təbii  ehtiyatlarda  səmə-
rəli  istifadəyə,  onun  mühafizə  olunmasına  xüsusi  qayğı 
ilə  yanaşırlar.  Lakin,  elmi-texniki  tərəqqi,  sənaye  və 
kənd  təsərrüfatının  intensiv  inkişafı,  təbii  ehtiyatlardan 
daha geniş miqyasda istifadə olunmasına, bəzi növ ehti-
yatların tükənməsinə, çirklənməsinə səbəb olur. Ona gö-
rə də bu ehtiyatların qorunmasında kompleks tədbirlərin 
işlənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir. 


99
 
 
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqti-
sadiyyatının inkişafı iqtisadi – istehsal amillərindən ası-
lıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif 
və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, biolo-
ji  (bitki  və  heyvan  aləmi),  mineral  (faydalı  qazıntı-
lar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatı-
nın inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi 
böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və is-
tehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dün-
ya ölkələrini əhatə edir. Ümumiyyətlə təbii ehtiyat de-
dikdə insanların  həyat və təsərrüfat fəaliyyətində is-
tifadə  etdiyi  bütün  təbiət  komponentləri  başa  düşü-
lür (bəzən, təbii sərvət və ya resurs adlanır). Təbii sər-
vətlər aşağıdakı növlərə bölünür: 
1)
 
Tükənməyən:  
a)
 
günəş; 
b)
 
geotermal; 
c)
 
külək; 
d)
 
nüvə enerjiləri; 
e)
 
iqlim; 
f)
 
qabarma-çəkilmə; 
g)
 
dəniz cərəyanları. 
2)
 
Tükənən:  
a) bərpa olunmayan: bütün faydalı qazıntılar;  
b) bərpa olunan: torpaq, bioloji ehtiyatlar, su enerjisi. 
Azərbaycan  müxtəlif  növ  təbii  ehtiyatlarla  zəngin 
olsa  da,  hazırda  ən  mühümü  neft-qaz  ehtiyatları  hesab 
edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatları-
na  malikdir. Xəzərin şelfi, Abşeron  yarımadası, Qobus-
tan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə