Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

127
 
 
sesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uğrayır, ar-
dıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək 
aləti,  istehsal  vasitəsi  kimi  çıxış  edir.  Məsələn,  dəmir, 
polimetal,  alunit  filizləri  təkcə  metal  alınması  üçün  de-
yil,  həm  də  kimyəvi,  tikinti,  şüşə,  aqronomik  xammal 
üçün  də  geniş  istifadə  edilir.  Göründüyü  kimi,  mineral 
xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiy-
yətlərindən  asılı  deyildir.  Elmi-texniki  tərəqqinin  və 
məhsuldar  qüvvələrin  inkişafından,  ictimai  tələbatdan 
və  təbii  sərvətlərin  kompleksliyindən  asılı  olaraq  bu  və 
ya digər ilkin məhsulların faydalılığı da dəyişir.  
Bütün təbii sərvətlər – torpaq, su, meşə, bitki ör-
tüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak 
dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiy-
mətləndirilə bilər. 
İqtisadi  qiymətləndirilmənin  əsas  göstəricisini 
mineral xammal ehtiyatlarının istehlak dəyəri və on-
lardan alınan məhsulların qiyməti təşkil edir. Qiymət 
isə  istehsal  prosesində  bu  və  ya  digər  məhsula  çəkilən 
zəruri əməyin meyarı kimi çıxış edir. 
İqtisadi qiymətləndirmə istər mineral xammal sər-
vətlərinin,  istərsə  də  ictimai  əməyin  məhsuldarlığına  və 
qənaətinə təsir edən və müxtəlif keyfiyyətli istehsal vasi-
tələrinin faydalılığını göstərən iqtisadi kateqoriyadır. 
Təbii sərvətlərin  qiymətinin və  istifadə prosesində 
səmərəsinin  müəyyən  edilməsi  bir  qədər  mürəkkəbdir. 
Belə  ki,  müxtəlif  keyfiyyətli  sərvətlərdən  alınan  məh-
sulun  həcmi  onlara  qoyulan  vəsaitlərin  həcmindən  asılı 
deyildir.  Buna  görə  ictimai  zəruri  əmək  məsrəfləri  ilə 


128
 
 
müəyyən şəraitdən asılı olan fərdi məsrəflərin arasında-
kı fərq differensial gəliri (rentanı) təşkil edir. Daha əlve-
rişli  təbii  şəraitdə  yerləşən  keyfiyyətli  sərvətlərin  istis-
marı dövründə əlavə gəlir (renta) alınmasını təmin edir.  
Torpaq, su, meşə sərvətlərinin, eləcə də faydalı qa-
zıntı mədənlərinin qiymətləndirilməsinin əsası kimi sərf 
edilmiş  canlı  və  maddiləşmiş  əməyin,  əsaslı  vəsait  qo-
yuluşlarının  yüksək səmərəsini müəyyən etmək mühüm 
məsələ kimi həll edilməlidir.  
İstifadə edilən bu və ya digər təbii sərvətlərin qiy-
mətləndirilməsinin  əsas  göstəricisi  –  onlara  olan  cari 
və  perspektiv  tələbatı  təmin  etmək,  ən  az  ictimai  əmək 
və  xərc  məsrəfləri  şəraitində  daha  çox  məhsul  almaq, 
ekoloji mühitin, biosferin mühafizəsinə nail olmaqla tə-
bii  sərvətlərin  kompleks  və  səmərəli  istifadə  edilməsi-
dir. Komplekslilik və səmərəlilik meyarının əsasını ən 
az xərclə istehsalın inkişafında həmin sərvətlərin rolunu 
əks etdirən məcmu-təsərrüfat səmərəsi təşkil edir. Məh-
suldar qüvvələrin səmərəli yerləşməsində ilkin və təkrar 
xammal  sərvətlərinin  iqtisadi  qiymətləndirilməsi  meya-
rını,  istehsalın  inkişafında  özünü  göstərən  kəmiyyət  və 
keyfiyyət göstəriciləri təşkil edir. Burada məsrəflərin sə-
mərəliliyi  nəzərə  alınmaqla,  əldə  edilən  son  məhsulun 
həcminin  müəyyən  edilməsi  də  zəruri  amil  kimi  çıxış 
edir. Mühüm göstəricilərdən biri də ilkin və təkrar xam-
malın  hər  vahidinə  görə  məhsul  alınması  və  ya  komp-
lekslilik (son məhsulun ilkin xammala nisbəti) əmsalıdır. 
Müasir  dövrdə  belə  bir  hal  geniş  yayılmışdır  ki, 
müəssisələr  çox  vaxt  zəngin  filizlərdən  istifadə  edirlər 


129
 
 
və  tərkibi  nisbətən  kasıb  olan  xammalı  tullayırlar. 
Müəyyən  sərvətlərə  nəzarəti  həyata  keçirən  qurumların 
mövcudluğuna baxmayaraq, dağ-mədən sənayesi müəs-
sisələri  mineral  sərvətlərin  səmərəli  istifadəsinə  sadəcə 
inzibati məsuliyyət daşıyırlar. İlkin xammal sərvətlərin-
dən istifadə üçün haqq olmadığına  görə  mineral sərvət-
lərinin  səmərəli  istifadəsində  ayrı-ayrı  müəssisələrin 
məsuliyyəti zəifləyir, nəticədə, külli miqdarda sərvət iti-
rilir, əmək məhsuldarlığı aşağı düşür. 
Sənayenin  ilk  və  təkrar  xammal  sərvətlərilə  planlı 
təmin  olunması  iqtisadiyyatın  optimal  inkişafının  ayrıl-
maz  ünsürüdür.  Buna  görə  mineral  xammal  ehtiyatının 
səmərəliliyini,  müəyyən  məhsulun  istehsalına  sərf  edilə 
biləcək  son  hədd  məsrəflərilə  müəyyən  edilməsi  əsaslı 
hesab edilə bilər. 
İstehsalda  təbiətin  insanlara  bəxş  etdiyi  xammal 
ehtiyatlarından  səmərəli  istifadə  etmək  üçün  yaradılan 
geniş  imkanlardan  hələlik  kifayət  qədər  istifadə  olun-
mur. Dağ-mədən və  emal prosesində  çox  hallarda  külli 
miqdarda  xammal  itkisinə  yol  verilir  ki,  bu  da  ictimai 
zərərdən  başqa  ətraf  təbii  mühitin  çirklənməsinə  səbəb 
olur, insanların səhhətinə mənfi təsir edir. 
Təbii sərvətlərin  iqtisadi qiymətləndirilməsində 
mühüm meyarlardan biri istehsalın, xammal ehtiyatı-
na olan tələbatının ödənilməsində və ətraf təbii mühitin 
mühafizəsində normalara və qanunçuluğa ciddi qaydada 
əməl etmək və əsaslı vəsait qoyuluşunun istifadəsində 
səmərəlilik  səviyyəsidir.  Təbii  sərvətlərin  iqtisadi  qiy-
mətləndirilməsi  mineral  xammal  ehtiyatlarının  istifadəsi 


130
 
 
üzrə istehsal fəaliyyətini pul ifadəsində əks etdirilməsidir. 
Təbii sərvətlərin bərpasına və təkrar istehsalına 
yönəldilən əsaslı vəsait qoyuluşu texniki vasitələr, əşya-
lanmış əmək həmin sahənin iqtisadiyyatını xeyli yüksəl-
dir.  Lakin,  bu  halda  səmərəlilik  təbii  sərvətlərdən  xalq 
təsərrüfatı  miqyasında  istifadəni  tənzim  edən  iqtisadi 
mexanizmdən asılıdır. 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi  öz 
xarakterinə  görə  dəyər  ifadəsi  və  haqq  qoyulması 
problemindən fərqlənir. Təbii sərvətlərə haqq qoyulması 
iqtisadi  qiymətləndirilmə  mexanizminin  həyata  keçiril-
məsi  deyildir.  İqtisadi  qiymətləndirmə  mexanizmi  və 
digər  faydalı  qazıntı  mədənlərinin  istismara  verilməsi-
nin texniki-iqtisadi əsasları göstərilən sərvətlərdən kom-
pleks  istifadə  edilməsinə  və  bunun  texniki-iqtisadi  cə-
hətdən  düzgün  əsaslandırılmasına  sərf  edilən  əsaslı  və-
sait  qoyuluşunun  sərfəliliyini  nəzərə  almalıdır.  Burada 
emal  edilən  ilkin  və  təkrar  xammal  sərvətlərinə  vəsait 
qoyuluşundan  istifadə  edilməsi  mühüm  iqtisadi  mexa-
nizm kimi qəbul edilməlidir. 
Təbii sərvətlərə qiymət qoyulmasının təcrübədə 
həyata keçirilməsinə dair mütərəqqi addımlardan biri də 
1973-cü  il  yanvar  ayından  başlayaraq  faydalı  qazıntı 
mədənlərinin  istismarı  prosesində  qeyri-kənd  təsərrü-
fatı sahələrinə cəlb edilən torpaqların haqqının ödə-
nilməsinin  qarşıya  qoyulmasıdır.  Bunun  əsasını  təbii 
sərvətlərə  çəkilən  xərclər  təşkil  edir.  Lakin  bu  xərclər 
həmin  sərvətlərdən  alınan  məhsullardan  əldə  edilən 
gəlirin  cüzi  hissəsini  təşkil  edir.  Belə  şəraitdə  faydalı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə