Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

131
 
 
qazıntı xammalına, suya, torpağa, qırılan meşələrə, kor-
lanan  bitki  örtüyünə  görə  ödəmə  haqqı  çox  məhdud 
çərçivədə iqtisadi mülahizələrə əsaslanır. Ən keyfiyyətli 
xammaldan istifadə müqabilində çoxlu gəlir əldə etmək, 
müəssisənin  “rentabelliyini”  artırmaq  məqsədilə  əlavə 
xərc  və  əmək  sərfinə  yol  verməmək  üçün  xammaldan 
kompleks  istifadə  etməyə  səy  göstərilmir,  bəzi  hallarda 
isə  bundan  imtina  edilir.  Təbii  sərvətlərdən  müəyyən 
vaxt  (illik,  beşillik  plan  tapşırıqları)  ərzində  az  xərc, 
əmək və maddi məsarif sərfi şəraitində çox gəlir əldə et-
mək, bunun sosial təbiət qoruyucu cəhətlərini nəzərə al-
mamaq bir sıra xoşagəlməz hadisələrlə nəticələnir. Elmi 
tədqiqat  işlərinin  nəticəsi  göstərir  ki,  əhaliyə,  istehsala, 
ekoloji mühitə, təbiətə zərər yetirən belə hadisələrin ara-
dan qaldırmasına sərf edilən külli miqdarda xərclər, əv-
vəlcədən  onların  qarşısının  alınmasına  yönəldilə  bilən 
xərclərdən xeyli çoxdur. Burada bir cəhəti də nəzərə al-
maq  lazımdır  ki,  havanın,  suyun,  torpağın  çirkləndiril-
məsi, torpaqların kimyalaşdırılması, kənd  təsərrüfatı zi-
yanvericilərinə qarşı mübarizə tədbirləri hesabına insan-
ların  səhhətinə,  bioloji  aləmə  dəyən  zərərin  miqdarının 
və nəticəsini ölçmək mümkün deyildir. 
Emaledici  dağ-mədən  sənaye  müəssisələrinin  bu 
və ya digər xammala olan tələbatının minimum əmək və 
vəsait  sərfi  müqabilində  nəzərdə  tutulmuş  vaxt  ərzində 
ödəmək, bir sıra sosioloji, təbiəti mühafizə problemləri-
ni  yaddan  çıxarmaq,  bir  qayda  olaraq  ən  keyfiyyətli, 
müəssisə üçün “sərfəli” olan sərvətlərdən istifadə etmə-
yə vadar edir. Belə olduqda xalq təsərrüfatı üçün zəruri 


132
 
 
olan,  lakin    nisbətən  “kasıb  tərkibli”  ,  “keyfiyyətsiz” 
sərvətlər  əvəzsiz  olaraq  itirilib  istifadə  mübadiləsindən 
çıxarılır.  Xalq  təsərrüfatının  müasir  tələbatı  şəraitində 
“itirilmiş” sərvətlərin təkrar çıxarılması ilk istismar vax-
tına  nisbətən  daha  çox  əsaslı  vəsait  qoyuluşu  və  əmək 
sərfi tələb edir. 
Azərbaycanın bir sıra neft mədənlərində keçmişdə 
bəsit,  az  səmərəli  texnika  tətbiqi  şəraitində  məhsuldar 
laylardan  qalan    küllü  miqdarda  neftin  baha  başa  gələn 
şaxta və təkrar üsulla çıxarılması xalq təsərrüfatının ya-
nacaq  və  xammala  olan  müasir  tələbatından  irəli  gəlir. 
İstismar  prosesində  yerin  təkində  qalmış  və  ya  torpağa 
qarışdırılmış  “keyfiyyətsiz”  xammal  sərvətlərinin  yeni-
dən  çıxarılmasının  mürəkkəb  proses  olmasını  və  xeyli 
baha  başa  gəlməsini  nəzərə  alaraq,  xammalın  əvvəlcə-
dən  səmərəli  istifadəsini  təşkil  etmək  iqtisadi,  təbiəti 
mühafizə  cəhətdən  daha  faydalıdır.  Ətraf  təbii  mühitin 
mühafizəsini  də  nəzərə  almaqla,  təbii  sərvətlərin  iqti-
sadi  qiymətləndirilməsinin  əsas  göstəriciləri  ilkin  və 
təkrar  xammalın  istifadəsində,  məsələn,  1  t  filizə,  1 
m
3
  suya  sərf  edilən  məsariflə  gəlirin  həcmi  arasındakı 
fərq  nəzərə  alınmalıdır.  Burada  əsas  məqsəd  müvafiq 
əmək,  vəsait  şəraitində  təkcə  əldə  edilən  gəliri  deyil, 
eləcə də iqtisadi, sosioloji və təbiəti mühafizə tədbirləri-
nin  səmərəliliyini  təyin  etməkdən  ibarətdir.  Bu  sahədə 
başqa  mülahizələr  də  irəli  sürülmüşdür.  Bunun  əsas 
məzmunu  təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsin-
də dağ-mədən rentası və bu rentadan əldə edilən gəlirlə 
ifadə  edilir.  Belə  olduqda  iqtisadi  qiymətləndirmə  hər 


133
 
 
hansı təbii sərvəti istifadə edən sənaye müəssisəsinin in-
kişaf və fəaliyyət xüsusiyyətlərini də nəzərə alır. Bunun 
əsasını  müəyyən  istehsal  planının  yerinə  yetirilməsi 
dövrü ərzində xammaldan alınan məhsul istehsalına sərf 
edilən əşyalaşmış və canlı material sərfi səmərəliliyi təş-
kil edir. Bu çoxlu miqdarda iqtisadi statistik materialla-
rın təhlilini tələb edir. Belə mürəkkəb işlər ixtisaslaşdı-
rılmış  müəssisələrin  müvafiq  şöbələrinin  və  laboratori-
yalarının  mövcudluğu  şəraitində  daha  müvəffəqiyyətlə 
yerinə yetirilə bilər. 
Qeyd etmək lazımdır ki, xalq təsərrüfatı mübadilə-
sinə verilən ilkin və təkrar xammaldan alınan səmərə ilk 
emal  prosesində  (xırdalama,  saflaşdırma,  neytrallaşdır-
ma) deyil, onların son mərhələdə emalından (hazır məh-
sul  istehsalından)  sonra  müəyyən  edilir.  Buna  görə  hə-
min  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi  ekoloji  mü-
hitin normal inkişafı, ətraf təbii mühitin mühafizəsini tə-
min etmək şərti ilə istifadə prosesinin son mərhələsinə - 
istehsalın səmərəliliyinə əsaslanmalıdır. 
Elmi-texniki  tərəqqinin  nailiyyətləri  şəraitində  tə-
biətlə  cəmiyyət  arasındakı  qarşılıqlı  vəhdətə  əməl  edil-
məsi  zəruriliyinin  nəzərə  alınması  məqamının  “sərfəli” 
və “sərfəsiz” xammal arasındakı istehsal fərqləri və tex-
noloji  üsulların  tətbiqi  şəraitində  hər  hansı  müəssisə 
üçün hətta “sərfəsiz” və keyfiyyətsiz hesab edilən xam-
malın emalı son mərhələdə xalq təsərrüfatı kompleksin-
də faydalı ola bilər. Göstərmək lazımdır ki, Yerin təkin-
dən çıxarılan xammaldan alınan məhsulların qiyməti is-
tismara  vermək  faydalı  qazıntı  mədənlərinin  səmərəlili-


134
 
 
yini  ifadə  edə  bilməz.  Keyfiyyətsiz  faydalı  qazıntı  mə-
dənlərində  çıxarılan  “kasıb”  xammaldan  alınan  məhsu-
lun dəyərinə “orta satış qiyməti ilə” müqayisə etsək gös-
tərilən xammalın istifadəsi sərfəsiz olur. Lakin, xalq tə-
sərrüfatının  müxtəlif  çeşidli  faydalı  qazıntı  xammalına 
olan müasir tələbat şəraitində “kasıb” xammaldan da is-
tifadə  edilməsi  zəruridir.  Bu  milyon  illərin  yaratdığı 
məhsulların səmərəli istifadə edilməsini təmin edən mü-
hüm amildir. İqtisadi qiymətləndirmə vaxtı belə sərvət-
lərlə yanaşı istifadə edilməyən, lakin gələcəkdə istifadə-
si mümkün olan ehtiyatlar da nəzərə alınmalıdır. Burada 
iqtisadi qiymətləndirmənin müasir göstəriciləri şərti qə-
bul edilə bilər.  
İstehsalın elmi-texniki tərəqqinin müasir inkişafın-
da və bütün təbii sərvətlərdən istifadə edilməsi prosesin-
də  mineral  xammal  ehtiyatı  təkcə  əmək  şəraiti  olmaya-
raq,  əmək  alətinin  nəticəsinin  və  göstərilən  sərvətlərin 
təkrar  istehsalının  nizamlayıcısı  kimi  özünü  ifadə  edir. 
Mineral  xammal  ehtiyatının  sənaye  istehsalı  prosesində 
təkrar istehsala nail olunması  geoloji kəşfiyyat işlərinin 
düzgün  təşkili,  xammaldan  kompleks  istifadə  edilməsi 
istehsal  tullantılarının  yenidən  emala  verilməsi,  korlan-
mış  torpaqların  rekultivasiya  yolu  ilə  istifadəyə  cəlb 
edilməsi  şəraitində  mümkündür.  İstehsalın  belə  təşkili 
şəraitində təbiətdən alınan sərvət və məhsullar dəyər da-
şıyıcısına çevrilir və istehsal vasitələrinə daxil edilməklə 
son mərhələlərdə hazır məhsul şəklində istehsala verilir. 
Mineral  sərvətlər  əmək  məhsulu  və  dəyər  daşıyıcısı  ki-
mi istehsalın inkişafının yerləşdirilməsinə, sənaye kom-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə