Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   89

123
 
 
yıb quru ekosistemlərin bioloji  müxtəlifliyini müəyyən-
ləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub 
bioməhsuldarlıq  və  biomüxtəliflik  baxımından  domi-
nantlıq edir. 
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında mü-
hüm vasitə - xüsusi mühafizə olunan təbii ərazilər hesab 
olunur.  Bu  problem  müasir  dünyada  ən  mühüm  prob-
lemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük 
qayğı tələb edir. 
Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində hə-
yat başlanandan bəri beş dəfə bioloji növlərin möhtəşəm 
məhv olması baş vermişdir. Hər dəfə belə hadisə plane-
timizdə  təkamülün  tənəzzülü  və  həyatın  yoxsullaşması 
ilə nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln. il 
əvvəl  Yerin  asteroidlə  toqquşması  zamanı  baş  vermiş-
dir.  Bu  vaxt  yerin  atmosferinə  olduqca  çoxlu  miqdarda 
toz  və  daş  qırıntıları  atılmışdır.  Bunun  nəticəsində  kəs-
kin    soyuqlaşma  məməlilərin  dinozavrların  məhvinə  və 
o zaman mövcud olan canlıların beşdə-birinin yoxa çıx-
masına səbəb olmuşdur. Bioloji zənginliyin bərpa olun-
ması üçün hər dəfə təxminən 10mln. il lazım olmuşdur. 
Bioloji  müxtəlifliyinə  görə  Azərbaycan  dünyada 
özünəməxsus  görkəmli  yerlərdən  birini  tutub,  burada 
zəngin  bitki  və  heyvan  növləri  cəmlənmişdir.  Müasir 
Azərbaycan faunası 18000 canlıdan  ibarət olub, məmə-
lilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə 
və 39 cinsə daxildir.  Təkcə onurğalılar faunamızda  700 
növlə təmsil olunmuşdur (Yusifov 2002).  
 
 
 


124
 
 
V FƏSİL.  
TƏBİƏTLƏ CƏMİYYƏTİN QARŞILIQLI 
ƏLAQƏSİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ 
 
1.
 
Təbii ehtiyatların iqtisadi dəyəri
2.
 
İqtisadi  problemlərin  həllində  ekoloji  problem-
lərlə əlaqənin nəzərə alınması; 
3.
 
Təbiətlə  cəmiyyətin  qarşılıqlı  əlaqələri  və  onun 
tənzimlənməsi; 
4.
 
Ətraf mühit və təbiətdən istifadənin müasir və-
ziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli
5.
 
Əhalinin ərzaqla təminatı problemləri. 
 
1.Təbii ehtiyatların iqtisadi dəyəri 
 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsinin 
metodoloji  əsaslarını  müəyyən  vaxt  ərzində  istehsal 
edilən məhsula çəkilən zəruri xərclər təşkil edir. Bəzi 
təbii  ehtiyatların  qiymətləri  yoxdur,  onlar  bazarda 
satılmır (hava, təbii  mənzərələr və  s.) digər ehtiyatlar 
isə  qiymətləndirilir.  İqtisadi  qiymətləndirmənin  ümumi 
göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatla-
rının regional xüsusiyyətləri, emal edilən xammalın həc-
mi  və  keyfiyyəti  nəzərə  alınmaqla,  onun  kompleks  isti-
fadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi götü-
rülür. 
Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlə-
rin  mənimsənilmə  növbəliliyini  müəyyən  edərək  isteh-
salın  müasir  tələbatı  şəraitində  onlardan  ən  sərfəlisi  ön 


125
 
 
plana çəkilir.  Bunun  üçün çıxarılan faydalı komponent-
lərin və alınan hazır məhsulların həcmini istehsal prose-
sində  çəkilən  son  məsrəflərin  miqdarı  ilə  müəyyən  et-
mək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi sə-
mərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-
mal  sərvətlərinin  iqtisadi  qiymətləndirilməsi  və  onlar-
dan kompleks istifadə edilməsini istər mədənin istismar, 
istərsə  də  optimal  plan  hazırlanması  dövründə  ümumi 
və  fərdi  xərcləri  nəzərə  almaq  lazımdır.  Faydalılıq  sə-
viyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapi-
tallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən 
olunur.  Bütün  təbii  sərvətlərin  istifadəsinə  yönəldilən 
ümumi  tələblərdən  biri  istər  eyni  cinsli,  istərsə  də  mü-
rəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan 
fərqlərin nəzərə alınmasıdır. Çünki, onların istifadəsi və 
emalı  məsrəflərin  differensiallığı  şəraitində  bərabər  iq-
tisadi səmərə alınmasını təmin edilir. 
Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin 
əsas  göstəricisi  təkcə  çıxarılan  xammalın  dəyəri  de-
yil,  həm  də  onların  istifadəsindən  alınan  iqtisadi  sə-
mərədir.  Bu halda qiymət, ölçü funksiyasını yerinə ye-
tirərək,  həmin  növ  məhsulda  orta  məsrəf  göstəricilərini 
əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya 
malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və bu-
na görə də  qiymətləndirmə obyekti kimi ehtiyatlar icti-
mai istehlak dəyərinə malikdir. 
Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla 
müəyyən edilir: 
1)
 
Bazar qiymətləri


126
 
 
2)
 
Rentanın ödənilməsi
3)
 
Xərclərin qiymətləndirilməsi
4)
 
Alternativ dəyər; 
5)
 
Ümumi iqtisadi dəyər. 
Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsulla-
rının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar 
əsasında  təqribi  iqtisadi  dəyər  müəyyən  edilir.  Renta 
əsasında təbii ehtiyatların qiymətləri  daha yaxşı  işlənib 
hazırlanmışdır.  Burada  təbii  ehtiyatların  ödənilən  qiy-
məti  (yaxud  icarə  haqqı)  başa  düşülür.  Renta  üsulu  ilə 
qiymət: 
 
P=R/r kimi hesablanır. 
 
Burada,  P-torpaq  ehtiyatının  qiyməti,  R-  rentanın 
illik  miqdarı,  r-əmsal  (vahiddən  kiçik  olmaqla)  bank 
faizinin korrelyasiya əmsalıdır. 
Təbii  ehtiyatların  hazırlanması  və  istifadəsinə  çə-
kilən xərclərin  cəmi, ehtiyatın xərclərə görə qiymətlən-
dirməsi  hesab  edilir.  Alternativ  dəyər  əldən  çıxmış  də-
yər  kimi  başa  düşülür.  Təbii  ehtiyatların  iqtisadi  dəyəri 
a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə isti-
fadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcud-
luğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir. 
Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin in-
kişafı  şəraitində,  eləcə  də  məhsulların  pərakəndə  satış 
qiyməti siyasətindən asılı olaraq mineral xammal sərvət-
lərinin  qiymətləndirilməsi  təkmilləşdirilir.  Bu  və  ya  di-
gər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə pro-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə