Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

107
 
 
xalq agentliyin məlumatına görə, ötən əsrin 90-cı illərin-
də  bu  qiymətə  çıxarılması  mümkün  olan  aşkar  edilmiş 
(təsdiq  olunmuş)  uran  ehtiyatı  2,3  milyon  ton  qiymət-
ləndirilib. Onlar dünyanın 44 ölkəsinin 600-dək yatağın-
da  toplanıb.  Avstraliya  aşkar  edilmiş  uran  ehtiyatlarına 
görə dünyada birinci yeri tutur. İkinci yerdə kiçik fərqlə 
Qazaxıstan gəlir. Üçüncü  yer Kanadaya  məxsusdur.  Bu 
üç ölkənin payına dünyanın uran ehtiyatlarının 45% dü-
şür. Onlardan əlavə aşkar edilmiş uran ehtiyatlarına görə  
birinci  onluğa  aşağıdakı  ölkələr  də  daxildir.  (azalmaya 
doğru)  Cənubi  Afrika  Respublikası,  Braziliya,  Namibi-
ya, ABŞ, Niger, Rusiya və Özbəkistan. Keçid  iqtisadiy-
yatlı    ölkələrdən    Rusiya,  Çin,  Qazaxıstan  və  Ukrayna 
mineral  yanacaq  və  xammalla  daha  zəngindirlər.  Azər-
baycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçı-
vanda  –  Sirab,  Badamlı,  Darıdağ,  Vayxır;  Kəlbəcərdə  - 
İstisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə - Qalaaltı və 
s. Respublikada zəngin aqroiqlim ehtiyatları  var ki, dü-
zən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zey-
tun,  çay,  sitrus  meyvələri  kimi  istiyə  tələbkar  bitkilər 
yetişdirməyə imkan verir. Abşeronda, Kür-Araz, Samur-
Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkli-
yində  fəal  temperaturların  4000
0
  C-dən  yüksək  olması 
bitkiçiliyin  inkişafına  müsbət  təsir  göstərir.  Əlverişli 
torpaq-iqlim  şəraitində  kənd  təsərrüfat  məhsullarının 
keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.  
Mineral sərvətlərin istifadəsi və  mühafizəsi iqtisa-
di  inkişafın  əsas  şərti  olmaqla  müvafiq  qanunlarla  tən-
zimlənir. 
 


108
 
 
3.
 
Su ehtiyatları 
 
Su olduqca qiymətli sərvətdir. O, üzvi həyatı təşkil 
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol 
oynayır.  Suyun  sənayedə  və  kənd  təsərrüfatı  istehsalın-
da  böyük  əhəmiyyəti  vardır.Bütün  canlı  orqanizmlərin  
tərkibinə su daxil olur.İnsan orqanizminin ümümi kütlə-
sinin  2/3–si,qanın  80%  -i  sudan  təşkil  olunmuşdur.Su 
olmadıqda  həyat  da  dayanır.Su  təbiətdə  dövran  edərək 
Yer səthinin formalaşmasında iştirak edir.  Planetimizdə 
içməli su həyatın əsasını təşkil edir. 
Cəmi su ehtiyatı 1386 mln. km
3
-dir. Su ehtiyatı-
nın  95,5%-i  duzlu  sudur,  yalnız  2,5%  içməli  sudur. 
İçməli  suyun  əsasını  çaylar  təşkil  edir  –  47  min  km
3

Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edi-
lən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahə-
lərinin,  6%-i  kommunal  təsərrüfatı  və  su  anbarlarının 
payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviy-
yəsi  Misirdə  97,1%,  İsraildə  84,4%,  Ukraynada  40%, 
İtaliyada  33,7%,  Almaniyada  27,1%,  Polşada  21,9%, 
ABŞ-da 18,9%, Türkiyədə 17,3 %, Rusiyada 2,7%-dir. 
Dünyanın  müxtəlif  regionlarında  su  ehtiyatların-
dan  istifadə  növü  olduqca  müxtəlifdir.  Sudan  ən  çox 
kənd  təsərrüfatında  istifadə  olunur.  Hazırda  dünyada 
250 mln. hektara yaxın kənd təsərrüfatı bitkilərı və bağ-
lar, plantasiyalar suvarılır.  
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su 
çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə 
də,  düzən  ərazilərdə  kifayət  qədər  problem  yaradır.  Su 
probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura 


109
 
 
sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik is-
tehsala  keçid,  Xəzər  suyunun  şirinləşdirilməsi,  yeraltı 
sulardan  geniş  istifadə,  suvarma  kanallarının  təkmilləş-
dirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 
37  mlrd.  kvt.  təşkil  edir  ki,  bu  da  Qafqazda  Gürcüstan-
dan sonra 2-ci yerdir.  
Respublikamız  mühüm  əhəmiyyətə  malik  torpaq 
ehtiyatları ilə zəif təmin olunub. Təminatlılıq adambaşı-
na 0,59 ha təşkil edir (əkin yeri isə adambaşına 0,22 ha 
təşkil edir). Lakin, bu rəqəmlər sabit deyil və hər il əha-
linin artması, sənaye obyektlərinin çoxalması və nəqliy-
yatın inkişafı ilə bağlı kiçilir.  
Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtü-
lüb ki, bu da çox aşağı göstəricidir. Buna görə də meşə-
lərimizin  sənaye  əhəmiyyəti  azdır,  əsasən  torpaq  və  su 
qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə 
malikdir.  Meşələrin  əksəriyyəti  dağlıq  ərazilərdir.  Son 
illərdə  meşələrin  qorunması  ilə  bağlı  görülən  tədbirlər 
bütün növ ağacların, o cümlədən, relikt və endemik bit-
kilərin bərpasına və artırılmasına imkan verir.  
Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib his-
səsi sayılan rəngarəng  heyvanat aləminə  malikdir. Bura 
Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatla-
rı,  əsasən  dağlıq  ərazilərdə  yayılan  müxtəlif  növ  hey-
vanlar,  düzən  ərazilərdə  yayılan  sürünənlər  (xüsusilə, 
çox  qiymətli  zəhəri  olan  Qafqaz  gürzəsi),  çoxlu  sayda 
quşlar və s. daxildir. 
Respublikamız  zəngin  rekreasiya  ehtiyatlarına  da 
malikdir.  Bura  həm  təbii  rekreasiya  ehtiyatları  (Böyük 
və  Kiçik  Qafqazda,  Talış  dağlarında  dağ  meşələri,  Xə-


110
 
 
zərsahili  narın  qumlu  çimərliklər,  mineral  bulaqlar), 
həm də mədəni-tarixi diqqətəlayiq obyektlər (İçərişəhər, 
Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımız-
dakı  qalalar,  arxeoloji  abidələr  və  s.)  daxildir.  Bu  ehti-
yatlar turizmin inkişafına imkan yaradır. 
Abşerondakı göllərin müalicəvi palçıqları və sula-
rı, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağarala-
rı  Respublikamızın  balneoloji  ehtiyatlarına  aiddir.  Yu-
xarıda  sadalanan  zəngin  ehtiyatlar  və  çox  əlverişli  təbii 
şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf et-
miş dövlətə çevrilməsinə imkan yaradır. 
İndi  atmosferdə,  keçən  650 000  ildəkindən  daha 
çox  CO
2
  var.  Yerin  iqlim  tarixinin  tədqiqatları  göstərir 
ki, hətta CO
2
 səviyyələrində baş verən xırda dəyişiklik-
lər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyət-
li dəyişikliklər əmələ gəlmişdir. Alimlər gözləyir ki, is-
tixana  qazı çirklənməsini azaltmaq üçün səmərəli siya-
sətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə ki-
mi  daha  2.0  Farenhayt  şkalası  üzrə  artaraq  11.5  dərəcə 
Farenhayta  çatacaq.  Hətta  əgər  hərarət  dəyişikliyi  veri-
lən  proqnozların  kiçik  hissəsi  qədər  olsa  belə,  iqlimdə 
baş  verən  dəyişikliklərin  ciddi  olacağı  gözlənilir:  daha 
güclü  tufanlar,  quraqlıqlar,  dənizlərin  səviyyəsinin  art-
ması nəticəsində aşınmaya (eroziya)  məruz  qalan sahil-
boyu  ərazilər  arta  bilər.  Verilən  proqnozlar  özünü  tam 
doğruldarsa,  onda  dünya  qəfil  və  qarşısı  alınmaz  fəla-
kətlərlə üz-üzə qala bilər. 2050-ci ildə 2 mlrd. insan su-
suz qala bilər. 
İsveçin paytaxtı Stokholmda “Dünya su həftəsi fo-
rumu”nda  təqdim  edilən,  Birləşmiş  Millətlər  Təşkilatı 
(BMT)  tərəfindən  hazırlanan  “İqlim  dəyişiklikləri  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə