107
xalq agentliyin məlumatına görə, ötən əsrin 90-cı illərin-
də bu qiymətə çıxarılması mümkün olan aşkar edilmiş
(təsdiq olunmuş) uran ehtiyatı 2,3 milyon ton qiymət-
ləndirilib. Onlar dünyanın 44 ölkəsinin 600-dək yatağın-
da toplanıb. Avstraliya aşkar edilmiş uran ehtiyatlarına
görə dünyada birinci yeri tutur. İkinci yerdə kiçik fərqlə
Qazaxıstan gəlir. Üçüncü yer Kanadaya məxsusdur. Bu
üç ölkənin payına dünyanın uran ehtiyatlarının 45% dü-
şür. Onlardan əlavə aşkar edilmiş uran ehtiyatlarına görə
birinci onluğa aşağıdakı ölkələr də daxildir. (azalmaya
doğru) Cənubi Afrika Respublikası, Braziliya, Namibi-
ya, ABŞ, Niger, Rusiya və Özbəkistan. Keçid iqtisadiy-
yatlı ölkələrdən Rusiya, Çin, Qazaxıstan və Ukrayna
mineral yanacaq və xammalla daha zəngindirlər. Azər-
baycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçı-
vanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə -
İstisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə - Qalaaltı və
s. Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, dü-
zən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zey-
tun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər
yetişdirməyə imkan verir. Abşeronda, Kür-Araz, Samur-
Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkli-
yində fəal temperaturların 4000
0
C-dən yüksək olması
bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Əlverişli
torpaq-iqlim şəraitində kənd təsərrüfat məhsullarının
keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.
Mineral sərvətlərin istifadəsi və mühafizəsi iqtisa-
di inkişafın əsas şərti olmaqla müvafiq qanunlarla tən-
zimlənir.
108
3.
Su ehtiyatları
Su olduqca qiymətli sərvətdir. O, üzvi həyatı təşkil
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalın-
da böyük əhəmiyyəti vardır.Bütün canlı orqanizmlərin
tərkibinə su daxil olur.İnsan orqanizminin ümümi kütlə-
sinin 2/3–si,qanın 80% -i sudan təşkil olunmuşdur.Su
olmadıqda həyat da dayanır.Su təbiətdə dövran edərək
Yer səthinin formalaşmasında iştirak edir. Planetimizdə
içməli su həyatın əsasını təşkil edir.
Cəmi su ehtiyatı 1386 mln. km
3
-dir. Su ehtiyatı-
nın 95,5%-i duzlu sudur, yalnız 2,5% içməli sudur.
İçməli suyun əsasını çaylar təşkil edir – 47 min km
3
.
Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edi-
lən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahə-
lərinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının
payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviy-
yəsi Misirdə 97,1%, İsraildə 84,4%, Ukraynada 40%,
İtaliyada 33,7%, Almaniyada 27,1%, Polşada 21,9%,
ABŞ-da 18,9%, Türkiyədə 17,3 %, Rusiyada 2,7%-dir.
Dünyanın müxtəlif regionlarında su ehtiyatların-
dan istifadə növü olduqca müxtəlifdir. Sudan ən çox
kənd təsərrüfatında istifadə olunur. Hazırda dünyada
250 mln. hektara yaxın kənd təsərrüfatı bitkilərı və bağ-
lar, plantasiyalar suvarılır.
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su
çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə
də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su
probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura
109
sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik is-
tehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı
sulardan geniş istifadə, suvarma kanallarının təkmilləş-
dirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı
37 mlrd. kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstan-
dan sonra 2-ci yerdir.
Respublikamız mühüm əhəmiyyətə malik torpaq
ehtiyatları ilə zəif təmin olunub. Təminatlılıq adambaşı-
na 0,59 ha təşkil edir (əkin yeri isə adambaşına 0,22 ha
təşkil edir). Lakin, bu rəqəmlər sabit deyil və hər il əha-
linin artması, sənaye obyektlərinin çoxalması və nəqliy-
yatın inkişafı ilə bağlı kiçilir.
Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtü-
lüb ki, bu da çox aşağı göstəricidir. Buna görə də meşə-
lərimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su
qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə
malikdir. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son
illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər
bütün növ ağacların, o cümlədən, relikt və endemik bit-
kilərin bərpasına və artırılmasına imkan verir.
Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib his-
səsi sayılan rəngarəng heyvanat aləminə malikdir. Bura
Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatla-
rı, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ hey-
vanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə,
çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda
quşlar və s. daxildir.
Respublikamız zəngin rekreasiya ehtiyatlarına da
malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük
və Kiçik Qafqazda, Talış dağlarında dağ meşələri, Xə-
110
zərsahili narın qumlu çimərliklər, mineral bulaqlar),
həm də mədəni-tarixi diqqətəlayiq obyektlər (İçərişəhər,
Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımız-
dakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehti-
yatlar turizmin inkişafına imkan yaradır.
Abşerondakı göllərin müalicəvi palçıqları və sula-
rı, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağarala-
rı Respublikamızın balneoloji ehtiyatlarına aiddir. Yu-
xarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii
şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf et-
miş dövlətə çevrilməsinə imkan yaradır.
İndi atmosferdə, keçən 650 000 ildəkindən daha
çox CO
2
var. Yerin iqlim tarixinin tədqiqatları göstərir
ki, hətta CO
2
səviyyələrində baş verən xırda dəyişiklik-
lər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyət-
li dəyişikliklər əmələ gəlmişdir. Alimlər gözləyir ki, is-
tixana qazı çirklənməsini azaltmaq üçün səmərəli siya-
sətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə ki-
mi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə
Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi veri-
lən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə
baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha
güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin art-
ması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahil-
boyu ərazilər arta bilər. Verilən proqnozlar özünü tam
doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəla-
kətlərlə üz-üzə qala bilər. 2050-ci ildə 2 mlrd. insan su-
suz qala bilər.
İsveçin paytaxtı Stokholmda “Dünya su həftəsi fo-
rumu”nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı
(BMT) tərəfindən hazırlanan “İqlim dəyişiklikləri və
Dostları ilə paylaş: |