96
tövsiyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi
həyata keçirilir.
Növbəti mərhələdə ƏMTQ layihəsi regionda (ra-
yonda) ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri ol-
duqda mərkəzi icra hakimiyyəti ilə) razılaşdırılır. Nəti-
cədə obyektin yerləşəcəyi ərazi və təbiətdən istifadə
şərtləri dəqiqləşdirilir. Bundan sonra layihəçi dəqiqləş-
dirilmiş informasiyadan istifadə edərək, tikintinin TİƏ
konkret müəyyən edilmiş yerə uyğun olaraq tərtib edir.
Eyni zamanda layihənin nəzərdən keçirilməsinə əsasən
onun səmərəliliyi dəqiqləşdirilir və ekoloji riskin qiy-
məti verilir. Yalnız bundan sonra dövlət ekoloji eksper-
tizası həyata keçirilir. Ekoloji ekspertizanın nəticəsində
ekspert komissiyasının rəyi rəsmiləşdirilir. Rəylər müs-
bət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyin-
dən sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açı-
la bilər.
Ekoloji ekspertizadan başqa investisiya layihələri
auditorlar tərəfindən yoxlanıla bilər. Audit əsaslandırıl-
masının yekun prosedurası investisiya haqqında niyyət
bəyannaməsi və ekoloji bəyanat verilə bilər. Hər iki sə-
nəd mütəxəssislərin və əhalinin geniş təbəqəsi üçün ha-
zırlanır. Ekomenecment və ekoaudit sistemlərinin tələb-
lərinə əsasən ekoloji bəyanat aşağıdakıları əhatə edir:
-
meydança sərhədləri daxilində (çərçivəsində)
kompaniyanın fəaliyyətinin təsviri, investisiya layihəsi-
nin məqsəd
və vəzifələri;
-
həmin fəaliyyətə aidiyyəti olan bütün mövcud
problemlərin
qiymətləndirilməsi;
-
zərərli maddələrin atılması və axıdılması haqqın-
da məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji
97
və suyun işlənmə miqdarı və s. haqqında
informasiya;
-
kompaniyanın ekoloji səciyyəsinə aid olan digər
amillər haqqında məlumat;
-
kompaniyanın ekoloji siyasətinin əsas müddəala-
rının təsviri, təbiəti mühafizə tədbirlərinin proqramı və
idarəetmə sistemi;
-
bəyanatın verilmə vaxtı (müddəti).
Yalnız ekoloji bəyanatın səlahiyyətli orqanı tərə-
findən təsdiqi və haqqın (rüsumun) keçirilməsindən son-
ra sahələrin (obyektin) qeydiyyatı aparılır.
98
IV FƏSİL.
SU, TORPAQ VƏ MEŞƏ EHTİYATLARI,
MİNERAL VƏ BİOLOJİ EHTİYATLAR
1.
Təbii ehtiyatların təsnifatı;
2.
Mineral sərvətlərin
istifadəsi və mühafizəsi;
3.
Su ehtiyatları;
4.
Torpaq ehtiyatları;
5.
Meşə ehtiyatları;
6.
Bioloji ehtiyatlar və onların mühafizəsi.
1.Təbii ehtiyatların təsnifatı
İnsanların istifadə etdiyi təbii cisimlər (torpaq,
su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki,
heyvan növləri və s.) təbii ehtiyatlar adlanır. İnsan
cəmiyyətinin yaşaması və fəaliyyət göstərməsi üçün bu
ehtiyatlar xüsusi ardıcıllıqla səmərəli istifadə olunmalı
və qorunmalıdır. Çünki hər hansı bir dövlətin, millətin,
xalqın inkişafı, dünya ölkələri içərisində tutuğu yer
bilavasitə onun yaşadığı məkanın təbii ehtiyatlarla zən-
gin olması ilə bağlıdır. Ona görə də inkişaf etmiş və
inkişaf etməkdə olan dövlətlər təbii ehtiyatlarda səmə-
rəli istifadəyə, onun mühafizə olunmasına xüsusi qayğı
ilə yanaşırlar. Lakin, elmi-texniki tərəqqi, sənaye və
kənd təsərrüfatının intensiv inkişafı, təbii ehtiyatlardan
daha geniş miqyasda istifadə olunmasına, bəzi növ ehti-
yatların tükənməsinə, çirklənməsinə səbəb olur. Ona gö-
rə də bu ehtiyatların qorunmasında kompleks tədbirlərin
işlənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir.
99
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqti-
sadiyyatının inkişafı iqtisadi – istehsal amillərindən ası-
lıdır.
Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif
və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, biolo-
ji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntı-
lar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatı-
nın inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi
böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və is-
tehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dün-
ya ölkələrini əhatə edir. Ümumiyyətlə
təbii ehtiyat de-
dikdə insanların həyat və təsərrüfat fəaliyyətində is-
tifadə etdiyi bütün təbiət komponentləri başa düşü-
lür (bəzən, təbii sərvət və ya resurs adlanır).
Təbii sər-
vətlər aşağıdakı növlərə bölünür:
1)
Tükənməyən:
a)
günəş;
b)
geotermal;
c)
külək;
d)
nüvə enerjiləri;
e)
iqlim;
f)
qabarma-çəkilmə;
g)
dəniz cərəyanları.
2)
Tükənən:
a) bərpa olunmayan: bütün faydalı qazıntılar;
b) bərpa olunan: torpaq, bioloji ehtiyatlar, su enerjisi.
Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin
olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab
edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatları-
na malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobus-
tan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.