92
lərdə hər il yüz milyon tonlarla şlak və tül tullantıları yı-
ğılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür,
ətraf mühiti korlayır. ETT-nin nailiyyətlərini, qabaqcıl
müəssisələrin təcrübəsini tətbiq etməklə həmin tul-
lantıları istifadəyə cəlb etmək olar. Sənaye tullantıların-
dan tikinti materialları kimi istifadə edilməsinə xeyli təc-
rübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif
markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin,
süni parçalar və s. istehsal edilir. İstehsal tullantıların-
dan səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə
gəlir əldə edilir.
Tarla qoruyucu meşə zolaqlarının genişləndirilmə-
si, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsin-
də də xeyli əməli tədbirlər həyata keçirilmişdir. Quraq
rayonların su ilə təmin edilməsi, bataqlıqların qurudul-
ması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bit-
ki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə
kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını
təmin edən texnoloji üsulların işlədilməsi, ən mütərəqqi
təmizləmə qurğularının kütləvi istehsalı, atmosferə bu-
raxılan zərərli tullantılarla mübarizədə yeni üsul və və-
saitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorun-
ması, onlardan səmərəli istifadə edilməsi üçün komp-
leks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji
ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi
analiz onların əsasını (bazasını) təşkil edir. Ətraf mühi-
tə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks pro-
sesdir (tədbirdir) və onun həyata keçirilməsində müxtə-
lif sahələrin mütəxəssisləri o cümlədən iqtisadçılar
iştirak edirlər. ƏMTQ, nəzərdə tutulan planlaşdırılan
93
fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin
dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. Eyni
zamanda gözlənilən ekoloji və onunla əlaqədar sosial və
iqtisadi tədbirlərin nəticələrinin nə dərəcədə olacağını
da nəzərdən keçirmək lazım gəlir.
ƏMTQ sənədinin (prosesinin) əsas məqsədi ondan
ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti
mühafizəni təmin etsin. Əgər dövlət ekoloji ekspertizası
ekoloji tələblərin uçotunun və yerinə yetirilməsinin tə-
min edilməsində təsərrüfat, idarəetmə və digər qərarla-
rın qəbulunda hüququ bir vasitədirsə, əksinə ƏMTQ
müvafiq təsərrüfat məsələlərinin hazırlanma mərhələsin-
də həmin tələblərin uçotunu və yerinə yetirilməsini tə-
min edən əsas hüquqi vasitədir.
ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf
mühit və cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticə-
lərin qarşısını almaq üçün zəruri olan tədbirlərin aşkar-
lanmasını və qəbul edilməsini təmin etsin. Qiymətlən-
dirmə aşağıdakı sənədlərin hazırlanması ilə həyata
keçirilir:
-
konsepsiyaların, proqramların və o cümlədən, in-
vestisiya olunan fəaliyyətin müəyyən edilməsi;
-
sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf
planlarının tərtibi;
-
təbii ehtiyatların istifadəsi və mühafizəsinin
kompleks sxemlərinin tərtibi;
-
şəhərsalmanın sənədləşdirilməsi;
-
yeni texnika, texnologiya, maddələr və material-
ların hazırlanması üzrə sənədlərin tərtibi;
-
investisiya layihələrinin plan qabağı əsaslandırıl-
masının (yeni tikinti, yenidənqurma, yenidən təşkil) rəs-
94
miləşdirilməsi.
Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsər-
rüfat layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edil-
miş siyahılar tərtib edilir ki, oraya potensial ekoloji cə-
hətdən təhlükəli fəaliyyət növləri daxil edilir. Onların si-
yahıları dövlət(federal) səviyyələrdə təsdiq edilir. Xüsu-
silə, ƏMTQ üsulları neftayırma zavodları, iri istilik
elektrik stansiyaları, atom elektrik stansiyaları, kimya
müəssisələri, avtomagistrallar, sürətli yolları, neft və
qaz kəmərləri və s. ətrafında tətbiq edilməlidir. Xəzər
dəniz neft və qazın kəşfiyyatı və istismarı ilə əlaqədar
bütün layihələr də ƏMTQ-dən keçməlidir.
ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da
fərqli ola bilər. Bununla yanaşı bütün ƏMTQ-lər üçün
ümumi bir struktur mövcud olmalıdır:
-
ilkin informasiyanın toplanması, məsələnin ümu-
mi vəziyyətinin qiymətləndirilməsi;
-
nəzərdə tutulan layihənin həyata keçiriləcəyi ra-
yonun ətraf mühitinin təsviri;
-
qanunlar və qanunvericilik aktlarının əhatəliyinin
qiymətləndirilməsi;
-
layihənin ətraf mühitə birbaşa, dolayı və poten-
sial təsirinin qiymətləndirilməsi: cari və uzunmüddətli,
cüzi habelə dönməz proseslərin nəticələri və s.
-
alternativ variantların baxılması və analizi;
-
kompleks tədbirlərin qiymətləndirilməsi və onla-
rın həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin
ayrılması;
-
layihənin həyata keçirilməsinin nəticələrinin st-
ruktur (institutsional) təyinatı;
-
monitorinqə tələbatın olub-olmamasını müəyyən
95
etmək və s.
Adətən layihəçilər tərəfindən aparılan ƏMTQ
ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-
ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji
ekspertiza dövlət nəzarət və planlaşdırma orqanları
tərəfindən, aparıcı mütəxəssislər və alimlər ilə bir-
likdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azər-
baycanda ictimai ekoloji təşkilatlar sahəsində çalışan
ekspertlər tərəfindən aparıla bilər.
Layihə qabağı və layihə sənədlərinin razılaşdırıl-
ması və onların ekoloji ekspertizaya təqdimatı bir sıra
mərhələlərdən keçir. İlk dəfə sifarişçi (investor) müva-
fiq əsaslandırmalarla öz niyyətləri haqqında bəyanat
(deklarasiya) hazırlayır. Sonra respublika və ya yerli ic-
ra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəaliyyə-
tinin aparılmasına razılıq verirlər. Daha sonra layihəçi
obyektin yerləşdiriləcəyi ərazi haqqında texniki-iqtisadi
əsaslandırma (TİƏ) aparır.
TİƏ çərçivəsində ətraf mühitə təsirin qiymət-
ləndirilməsi layihəsi (ƏMTQ) hazırlanır. ƏMTQ hə-
min təsirin natural göstəricilərinin təyin edilməsindən
başlayır. Yəni istifadəyə sərf edilən təbii ehtiyatların
həcmi ərazinin su balansı, xüsusi qorunan ərazilər, də-
yişkənliyə məruz qalan ərazilər, zərərli maddələrin atıl-
malarının (axıntılarının) miqdarı, əmələ gələcək tullantı-
ların, o cümlədən toksik maddələrin insan sağlamlığına
təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətlən-
dirilməsi. Sonra natural göstəricilər əsasında layihələn-
dirilən obyektin ətraf mühitə və əhali sağlamlığına təsi-
rinin qiymətləndirilməsinin pulla ifadə edilmiş qiymət-
ləri müəyyən olunur. Təbiəti mühafizə tədbirlərinin
Dostları ilə paylaş: |