124
V FƏSİL.
TƏBİƏTLƏ CƏMİYYƏTİN QARŞILIQLI
ƏLAQƏSİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ
1.
Təbii ehtiyatların
iqtisadi dəyəri;
2.
İqtisadi problemlərin həllində ekoloji problem-
lərlə əlaqənin nəzərə alınması;
3.
Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun
tənzimlənməsi;
4.
Ətraf mühit və təbiətdən istifadənin müasir və-
ziyyəti ilə əlaqədar qarşıda
duran məsələlərin həlli;
5.
Əhalinin ərzaqla təminatı problemləri.
1.Təbii ehtiyatların iqtisadi dəyəri
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin
metodoloji əsaslarını müəyyən vaxt ərzində istehsal
edilən məhsula çəkilən zəruri xərclər təşkil edir. Bəzi
təbii ehtiyatların qiymətləri yoxdur, onlar bazarda
satılmır (hava, təbii mənzərələr və s.) digər ehtiyatlar
isə qiymətləndirilir. İqtisadi qiymətləndirmənin ümumi
göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatla-
rının regional xüsusiyyətləri, emal edilən xammalın həc-
mi və keyfiyyəti nəzərə alınmaqla, onun kompleks isti-
fadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi götü-
rülür.
Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlə-
rin mənimsənilmə növbəliliyini müəyyən edərək isteh-
salın müasir tələbatı şəraitində onlardan ən sərfəlisi ön
125
plana çəkilir. Bunun üçün çıxarılan faydalı komponent-
lərin və alınan hazır məhsulların həcmini istehsal prose-
sində çəkilən son məsrəflərin miqdarı ilə müəyyən et-
mək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi sə-
mərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-
mal sərvətlərinin iqtisadi qiymətləndirilməsi və onlar-
dan kompleks istifadə edilməsini istər mədənin istismar,
istərsə də optimal plan hazırlanması dövründə ümumi
və fərdi xərcləri nəzərə almaq lazımdır. Faydalılıq sə-
viyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapi-
tallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən
olunur. Bütün təbii sərvətlərin istifadəsinə yönəldilən
ümumi tələblərdən biri istər eyni cinsli, istərsə də mü-
rəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan
fərqlərin nəzərə alınmasıdır. Çünki, onların istifadəsi və
emalı məsrəflərin differensiallığı şəraitində bərabər iq-
tisadi səmərə alınmasını təmin edilir.
Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin
əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri de-
yil, həm də onların istifadəsindən alınan iqtisadi sə-
mərədir. Bu halda qiymət, ölçü funksiyasını yerinə ye-
tirərək, həmin növ məhsulda orta məsrəf göstəricilərini
əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya
malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və bu-
na görə də qiymətləndirmə obyekti kimi ehtiyatlar icti-
mai istehlak dəyərinə malikdir.
Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla
müəyyən edilir:
1)
Bazar
qiymətləri;
126
2)
Rentanın
ödənilməsi;
3)
Xərclərin
qiymətləndirilməsi;
4)
Alternativ dəyər;
5)
Ümumi iqtisadi dəyər.
Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsulla-
rının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar
əsasında təqribi iqtisadi dəyər müəyyən edilir. Renta
əsasında təbii ehtiyatların qiymətləri daha yaxşı işlənib
hazırlanmışdır. Burada təbii ehtiyatların ödənilən qiy-
məti (yaxud icarə haqqı) başa düşülür. Renta üsulu ilə
qiymət:
P=R/r kimi hesablanır.
Burada,
P-torpaq ehtiyatının qiyməti,
R- rentanın
illik miqdarı,
r-əmsal (vahiddən kiçik olmaqla) bank
faizinin korrelyasiya əmsalıdır.
Təbii ehtiyatların hazırlanması və istifadəsinə çə-
kilən xərclərin cəmi, ehtiyatın xərclərə görə qiymətlən-
dirməsi hesab edilir. Alternativ dəyər əldən çıxmış də-
yər kimi başa düşülür. Təbii ehtiyatların iqtisadi dəyəri
a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə isti-
fadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcud-
luğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir.
Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin in-
kişafı şəraitində, eləcə də məhsulların pərakəndə satış
qiyməti siyasətindən asılı
olaraq mineral xammal sərvət-
lərinin qiymətləndirilməsi təkmilləşdirilir. Bu və ya di-
gər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə pro-