111
su” mövzusunda hesabatına görə, dünyadakı iqlim dəyi-
şiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə,
2050-ci ildə dünyada iki milyard insan sudan məhrum
olacağı gözlənilir və 30 il sonra da 3 mlrd. insan istifadə
edə biləcəyi su ehtiyatlarını itirə bilər.
Dünya Su Həftəsi forumuna təqdim edilən BMT
hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael
Van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına
təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda
yaranan vəziyyətin ciddiliyini qərarverici səlahiyyətləri
olan siyasətçilərə daha detallı göstərmək və həll axtarış-
larını sürətləndirmək olduğunu əsaslandırdı. Michael
Van deyər Valk, yağmurlar azalmasıyla bir çox ölkədə
su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə,
dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı
artır, dünyanın iqtisadiyyatı böyüyür, ancaq su qaynaq-
ları sürətlə tükənir.
Dünya əhalisinin yüzdən 20 %-ni təşkil edən 30
ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə
bu ölkələrin sayı 50-yə çatacaq və dünya əhalisinin yüz-
də 25-i su çətinliyi ilə üz-üzə gələ bilər.
Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə
15 ilə 30 nisbətində azalmışdır. Bununla yanaşı 2050-ci
ildə su ehtiyatı bu günkindən yüzdə 50 çox olacaq. İq-
lim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün,
dəyişikliklər qlobal böhrana səbəb olacaq. Forumda təq-
dim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki
adambaşı su istehlakı, digər Avropa ölkələrindən iki də-
fə artıqdır. Inkişaf etməkdə olan ölkələrdə isə su istehla-
kı çox aşağıdır.
112
Cədvəl 5.
Dünyanın ən az və ən çox bərpa olunan
su ehtiyatı olan ölkələr
(min m
3
)
Ölkə
Su ehtiyatı
Ölkə
Su ehtiyatı
Hindistan
Çin
ABŞ
Pakistan
İran
Meksika
Türkiyə
558,1
546,0
223,9
182,3
76,5
63,2
52,2
Küveyt
Maldiv
Malta
Bəhreyn
Barbados
Katar
BƏƏ
0,02
0,03
0,07
0,1
0,1
0,1
0,2
Dünyanın ən az suvarılan ərazisi Vatikan, Botsva-
na, Bruney, Qambiya, Konqo, Malta və s. ən çox suvarı-
lan ərazisi olan ölkə Braziliya, Rusiya, Kanada, ABŞ,
İndoneziya, Çin və s. ölkələrdir. Hər nəfərə ən çox şirin
su düşən ölkələr Türkmənistan, Qazaxıstan, Özbəkistan,
Qayana, Macarıstan, Qırğızıstan və s. Ən az Konqo,
MAR, Maldiv, Uqanda, Komor və s. ölkələrdir.
Məlumatlara görə, inkişaf etmiş bir ölkədə doğu-
lan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğulan uşağa
görə yüzdə 30-dan çox su xərcləyir. Dünyada hal-hazır-
da olan suyun yüzdə 97,5-i duzlu sulardan meydana gə-
lir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2,5 %-dir. Şirin
suyun yüzdə 70 %-i qütblərdə donmuş halda, yüzdə 30-
u isə yer altındadır. Ümumiyyətlə, xəstəliklərin yüzdə
88 %-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiye-
nik şərtlərdən qaynaqlanır. Bu da inkişaf etməkdə olan
ölkələrdə ildə 5 mlrd. gün iş itkisi mənasını verir.
113
Məlumatlara görə, ABŞ-da qidaların yüzdə 30-u
zibilə atılır. Bu 40 trilyon litr su, yəni 500 mln. insanın
su ehtiyacı mənasını verir. Inkişaf etməkdə olan ölkələr-
də sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca
Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aid-
dir. Stokholm Su İnstitutunun dəstəyi ilə 1991-ci ildən
bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 öl-
kədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Fo-
rumda, iştirakçılar daha təmiz və sağlam ətraf mühit üçün
əməkdaşlığı ön planda tutur və dəyişən iqlim şəraitində
daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su isti-
fadəsinin qarşısını alma yönlü tədbirlər təşkil olunur.
Torpaq kimi su da insan cəmiyyətinin yaşaması və
fəaliyyət göstərməsi üçün ilkin şərtdir. Su heç şey ilə
əvəz edilə bilməyən sərvətdir. Okean və dəniz suları ər-
zaq və xammal mənbəyidir. Onlar böyük mineral və
kimyəvi sərvətlərə, heyvan və bitki aləminə, tükənməz
istilik və enerji mənbələrinə malikdir. Hesablamalar
göstərir ki, okean sularında 30 milyard ton biokütlə var-
dır. Bunun əsasını balıqlar, iri dəniz heyvanları, yosun-
lar və s. təşkil edir. Bu təbii ehtiyat 30-40 milyard adamı
qida ilə təmin edə bilər. Okean bitkilərinin yaratdığı zü-
lalın miqdarı qurudakından 4-5 dəfə çoxdur. Dəniz və
okean sularında 60-a qədər kimyəvi element vardır. Bu-
rada 8-10 mln. ton qızıl, 164 milyon ton gümüş, 800
mln. ton molibden, 80 mln. ton nadir elementlər, 80-100
mln. ton brom və s. olması güman edilir. (V.N. Stepa-
nov). Su insanların, heyvanların və bitkilərin həyat fəa-
liyyəti və məhsuldarlığı üçün başlıca amillərdən biridir.
114
Su buxarı günəş şüaları üçün süzgəc rolunu oynayır,
bitkilərin fotosintezində iştirak edir, havanı oksigenlə
zənginləşdirir, orqanizmlər üçün karbohidratlar yaradır.
Bütün bu keyfiyyətləri nəzərə alaraq dünyanın qabaqcıl
ölkələri şirin su ehtiyatlarının BMT-da uçota alınması
və mühafizə olunmasına böyük əhəmiyyət verirlər. La-
kin son illərdə su ehtiyatlarından lazımınca düzgün isti-
fadə olunmaması üzündən şirin su mənbələri, okeanlar,
dənizlər, baş su tutarları bu və ya digər dərəcədə çirklə-
nirlər ki, bunun da nəticəsində artıq təbiətdə ekoloji təh-
lükə yaranır.
4.Torpaq ehtiyatları
Yer kürəsinin səthi 510 mln. kv. km təşkil edir.
Bunun 149 mln. kv. km (və ya 14,9 mld hektar) quru
sahə, 361 mln. kv. km isə dəniz və dəryalardır. Ümu-
mi quru sahədən Arktika və Antarktikanın buzlu sahələ-
rini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln. kv km
təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq,
23%-i çəmənlik və biçənəklər, 33 %-i az məhsuldar
torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası,
nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd tə-
sərrüfatına yararlı torpaq sahəsi 48,1 mln. kv km-dir
(4810 mln. ha). Bunun da 1340 mln. ha becərilən (əkin)
torpaq sahəsi, 3365 mln. ha isə çəmənlik və otlaqlardan
ibarətdir.
Dostları ilə paylaş: |