Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

92
 
 
lərdə hər il yüz milyon tonlarla şlak və tül tullantıları yı-
ğılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür, 
ətraf  mühiti  korlayır.  ETT-nin  nailiyyətlərini,  qabaqcıl 
müəssisələrin  təcrübəsini  tətbiq  etməklə  həmin  tul-
lantıları  istifadəyə  cəlb  etmək  olar.  Sənaye  tullantıların-
dan tikinti materialları kimi istifadə edilməsinə xeyli təc-
rübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif 
markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin, 
süni  parçalar  və  s.  istehsal  edilir.  İstehsal  tullantıların-
dan səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə 
gəlir əldə edilir. 
Tarla qoruyucu meşə zolaqlarının genişləndirilmə-
si, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsin-
də  də  xeyli  əməli  tədbirlər  həyata  keçirilmişdir.  Quraq 
rayonların  su  ilə  təmin  edilməsi,  bataqlıqların  qurudul-
ması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bit-
ki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə 
kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını 
təmin edən texnoloji üsulların işlədilməsi, ən mütərəqqi 
təmizləmə  qurğularının  kütləvi  istehsalı,  atmosferə  bu-
raxılan  zərərli  tullantılarla  mübarizədə  yeni  üsul  və  və-
saitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorun-
ması,  onlardan  səmərəli  istifadə  edilməsi  üçün  komp-
leks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. 
Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  və  ekoloji 
ekspertiza  prosesi  həyata  keçirilərkən  ekoloji-iqtisadi 
analiz onların əsasını (bazasını) təşkil edir. Ətraf mühi-
tə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks pro-
sesdir (tədbirdir) və onun həyata keçirilməsində müxtə-
lif  sahələrin  mütəxəssisləri  o  cümlədən  iqtisadçılar 
iştirak  edirlər.  ƏMTQ,  nəzərdə  tutulan  planlaşdırılan 


93
 
 
fəaliyyətin  ətraf  mühitin  keyfiyyətinə  potensial  təsirin 
dərəcəsini  və  xüsusiyyətlərini  də  müəyyən  edir.  Eyni 
zamanda gözlənilən ekoloji və onunla əlaqədar sosial və 
iqtisadi  tədbirlərin  nəticələrinin  nə  dərəcədə  olacağını 
da nəzərdən keçirmək lazım gəlir. 
ƏMTQ sənədinin (prosesinin) əsas məqsədi ondan 
ibarətdir  ki,  sifarişçi  planlaşdırdığı  fəaliyyəti  ilə  təbiəti 
mühafizəni təmin etsin. Əgər dövlət ekoloji ekspertizası 
ekoloji  tələblərin  uçotunun  və  yerinə  yetirilməsinin  tə-
min  edilməsində  təsərrüfat,  idarəetmə  və  digər  qərarla-
rın  qəbulunda  hüququ  bir  vasitədirsə,  əksinə  ƏMTQ 
müvafiq təsərrüfat məsələlərinin hazırlanma mərhələsin-
də  həmin  tələblərin  uçotunu  və  yerinə  yetirilməsini  tə-
min edən əsas hüquqi vasitədir. 
ƏMTQ-nin  əsas  məqsədi  ondan  ibarətdir  ki,  ətraf 
mühit və cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticə-
lərin  qarşısını  almaq  üçün  zəruri  olan  tədbirlərin  aşkar-
lanmasını  və  qəbul  edilməsini  təmin  etsin.  Qiymətlən-
dirmə  aşağıdakı  sənədlərin  hazırlanması  ilə  həyata 
keçirilir: 
-
 
konsepsiyaların, proqramların və o cümlədən, in-
vestisiya olunan fəaliyyətin müəyyən edilməsi
-
 
sahələr  və  ərazilər  üzrə  sosial-iqtisadi  inkişaf 
planlarının tərtibi; 
-
 
təbii  ehtiyatların  istifadəsi  və  mühafizəsinin 
kompleks sxemlərinin tərtibi
-
 
şəhərsalmanın sənədləşdirilməsi
-
 
yeni  texnika,  texnologiya,  maddələr  və  material-
ların hazırlanması üzrə sənədlərin tərtibi
-
 
investisiya  layihələrinin  plan  qabağı  əsaslandırıl-
masının (yeni tikinti, yenidənqurma, yenidən təşkil) rəs-


94
 
 
miləşdirilməsi. 
Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsər-
rüfat layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edil-
miş siyahılar tərtib edilir ki, oraya potensial ekoloji cə-
hətdən təhlükəli fəaliyyət növləri daxil edilir. Onların si-
yahıları dövlət(federal) səviyyələrdə təsdiq edilir. Xüsu-
silə,  ƏMTQ  üsulları  neftayırma  zavodları,  iri  istilik 
elektrik  stansiyaları,  atom  elektrik  stansiyaları,  kimya 
müəssisələri,  avtomagistrallar,  sürətli  yolları,  neft  və 
qaz  kəmərləri  və  s.  ətrafında  tətbiq  edilməlidir.  Xəzər 
dəniz  neft  və  qazın  kəşfiyyatı  və  istismarı  ilə  əlaqədar 
bütün layihələr də ƏMTQ-dən keçməlidir. 
ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da 
fərqli  ola  bilər.  Bununla  yanaşı  bütün  ƏMTQ-lər  üçün 
ümumi bir struktur mövcud olmalıdır: 
-
 
ilkin informasiyanın toplanması, məsələnin ümu-
mi vəziyyətinin qiymətləndirilməsi
-
 
nəzərdə  tutulan  layihənin  həyata  keçiriləcəyi  ra-
yonun ətraf mühitinin təsviri; 
-
 
qanunlar və qanunvericilik aktlarının əhatəliyinin 
qiymətləndirilməsi; 
-
 
layihənin  ətraf  mühitə  birbaşa,  dolayı  və  poten-
sial  təsirinin  qiymətləndirilməsi:  cari  və  uzunmüddətli, 
cüzi habelə dönməz proseslərin nəticələri və s. 
-
 
alternativ variantların baxılması və analizi
-
 
kompleks  tədbirlərin  qiymətləndirilməsi  və  onla-
rın həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin 
ayrılması; 
-
 
layihənin  həyata  keçirilməsinin  nəticələrinin  st-
ruktur (institutsional) təyinatı; 
-
 
monitorinqə  tələbatın  olub-olmamasını  müəyyən 


95
 
 
etmək və s. 
Adətən  layihəçilər  tərəfindən  aparılan  ƏMTQ 
ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-
ekoloji-iqtisadi  göstəricilər  sisteminə  söykənir.  Ekoloji 
ekspertiza  dövlət  nəzarət  və  planlaşdırma  orqanları 
tərəfindən,  aparıcı    mütəxəssislər  və  alimlər  ilə  bir-
likdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azər-
baycanda  ictimai  ekoloji  təşkilatlar  sahəsində  çalışan 
ekspertlər tərəfindən aparıla bilər. 
Layihə  qabağı  və  layihə  sənədlərinin  razılaşdırıl-
ması  və  onların  ekoloji  ekspertizaya  təqdimatı  bir  sıra 
mərhələlərdən  keçir.  İlk  dəfə  sifarişçi  (investor)  müva-
fiq  əsaslandırmalarla  öz  niyyətləri  haqqında  bəyanat 
(deklarasiya) hazırlayır. Sonra respublika və ya yerli ic-
ra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəaliyyə-
tinin  aparılmasına  razılıq  verirlər.  Daha  sonra  layihəçi 
obyektin  yerləşdiriləcəyi  ərazi  haqqında  texniki-iqtisadi 
əsaslandırma (TİƏ) aparır. 
TİƏ  çərçivəsində  ətraf  mühitə  təsirin  qiymət-
ləndirilməsi  layihəsi  (ƏMTQ)  hazırlanır.  ƏMTQ  hə-
min  təsirin  natural  göstəricilərinin  təyin  edilməsindən 
başlayır.  Yəni  istifadəyə  sərf  edilən  təbii  ehtiyatların 
həcmi  ərazinin  su  balansı,  xüsusi  qorunan  ərazilər,  də-
yişkənliyə məruz qalan ərazilər, zərərli maddələrin  atıl-
malarının (axıntılarının) miqdarı, əmələ gələcək tullantı-
ların,  o  cümlədən  toksik  maddələrin  insan  sağlamlığına 
təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətlən-
dirilməsi.  Sonra  natural  göstəricilər  əsasında  layihələn-
dirilən obyektin ətraf mühitə və əhali sağlamlığına təsi-
rinin  qiymətləndirilməsinin  pulla  ifadə  edilmiş  qiymət-
ləri  müəyyən  olunur.  Təbiəti  mühafizə  tədbirlərinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə