Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

76
 
 
2)
 
Ekoloji;  
3)
 
Sosial
Ekoloji risk amilləri. Atmosferin fiziki və kimyə-
vi xassələrinin dəyişməsi, hava, su, torpaq, qida məhsul-
larının çirklənməsi, hava hadisələrinin kəskin dəyişməsi, 
radiasiya, maqnit və digər şüalanmanın yüksək səviyyəsi  
bronx, ağ ciyər xəstəliyinin inkişafına təsir göstərir. Tem-
peraturun,  atmosfer  təzyiqinin  və  maqnit  sahəsinin  gər-
ginliyinin  sutkalıq  kəskin  dəyişməsi  ürək-damar  xəstə-
liklərinin ağırlaşmasına səbəb olur. 
Bioloji risk amillərinə genetik və ontogenez döv-
ründə  insan  orqanizminin  qazandığı  xüsusiyyətlər  aid-
dir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt milli 
və  etnik  qruplarda  rast  gəlinir.  Hipertoniya,  xora  xəstə-
likləri,  şəkər  diabeti  və  başqa  xəstəliklərə  irsi  meyllilik 
də  mövcuddur.  Bir  sıra  xəstəliklərin,  o  cümlədən  şəkər 
diabeti,  ürəyin  işemiya  xəstəliyinin  baş  verməsinin  
ciddi amili köklük hesab olunur. 
Sosial  amillər. Həyat  şəraiti və tərzi. Siqaret çək-
mə, alkoqol və narkotik qəbul etmə, düzgün qidalanma-
maq,  yuxusuzluq  stress  vəziyyət,  zərərli  iş  şəraiti,  pis 
maddi-məişət şəraiti, urbanizasiyanın yüksək olması. 
Faydalı  qazıntı  sərvətləri  əsasında  işləyən  müasir 
müəssisələr iqtisadi, sosioloji  məsələlərin həllində  yük-
sək göstəricilərə malik olmaqla ərazi-istehsal kompleks-
lərinin  səmərəli  inkişafına  xidmət  edir.  Lakin,  müvafiq 
sahələrin və regionların inkişafı üçün yer tutan kəmiyyət 
göstəriciləri keyfiyyət göstəriciləri ilə tamamlanmalıdır. 
Yeraltı  xammal  sərvətlərinin  komplekslik  əmsalı 
nə  qədər  yüksək  olsa,  tullantıların  miqdarı  bir  o  qədər 


77
 
 
azalır,  müəssisələrin  sərfəliliyi  o  qədər  də  artar,  onun 
gəlir  və  yığım  fondu  çox  olar.  Lakin,  filiz  saflaşdırma, 
metallurgiya, kimya,  yanacaq, energetika, tikinti sənaye 
müəssisələri  tullantıların  ətraf  təbii  mühitə,  təsərrüfata, 
əhaliyə verdiyi zərəri aradan qaldırmaq bir sıra mühüm 
tədbirlərin  həyata  keçirilməsini  tələb  edir.  Göstərilən 
xammal ehtiyatından istifadə edilməsi, tullantıların azal-
dılmasına dair texniki-iqtisadi tədbirlərin həyata keçiril-
məsini qarşıya qoyur. 
Qeyd etmək lazımdır ki, son illərdə respublikamız-
da  istifadə  edilən  mineral  xammal  sərvətlərinin  həcmi 
10 dəfə artmışdır. Bununla yanaşı hasilat, filiz saflaşdır-
ma  və  emal  proseslərində  çıxan  tullantıların  həcmi  də 
artır. İlkin və təkrar xammalla işləyən sənaye müəssisə-
ləri indi respublikamızda istehsal olunan sənaye məhsu-
lunun 40%-ni və milli gəlirin xeyli hissəsini verir. Dağ-
mədən  emaledici  müəssisələrində  yaranan  milli  gəlirin 
səviyyəsi  ilə  məhsul  alınmasına  sərf  edilən  xammal  və 
istehsal  xərcləri  arasındakı  əlaqələri  təhlil  etmək  zəruri 
məsələlərdən biridir. 
Təkrar  xammal  və  tullantılar  başlıca  olaraq  şəhər-
lərdə,  iri  sənaye  mərkəzlərində,  bir  sözlə,  onları  emal 
edən  həmin  xammallara  tələbatı  olan  müəssisələr  ətra-
fında yaranır. Lakin, təkrar xammal və tullantıların iqti-
sadi səmərəsi onların vaxtında tədarük edilməsi və ema-
lından  asılıdır.  Əks  təqdirdə  təkrar  xammal  tullantıları 
paslanır, oksidləşir, torpağı, suyu korlayır. Yalnız korro-
ziya hesabına respublika ərazisində hər il 45-50 min ton 
metal itirilir. 
Təkrar  xammalın  vaxtında  yığılması,  doğranması, 


78
 
 
piketres maşınlarda saxlanılıb emaledici zavodlara,  mə-
sələn,  Azərbaycan  boru-prokat  zavoduna  göndərilməsi, 
qiymətli xammal itkisini xeyli azaldır və ətraf təbii mü-
hitin,  torpağın  və  suyun  çirkləndirməsi  azalır.  Bu  vacib 
məsələnin  düzgün  həlli  müvafiq  müəssisələrin  müasir 
avadanlıqla  təchiz  edilməsini,  dəmir  qırıntıları  yığılma-
sında maddi marağın artırılmasını, iqtisadi cəhətdən sər-
fəli, texniki cəhətdən mütərəqqi emal üsullarının tətbiqini 
tələb  edir.  Bu  tədbirlərin  vaxtında  və  keyfiyyətlə  həyata 
keçirilməsi  məqsədilə  sərf  edilən  kapital  qoyuluşu  və 
əmək sərfi təkrar xammal və tullantıların ətraf təbii mühi-
tə verdiyi zərərin dəyərindən xeyli  azdır. 
Faydalı qazıntı mədənlərinin istismarında yerin üst 
qatında  milyon  kubmetrlərlə  qazılan  süxurların  tərkibi 
humus maddələri, əhəng-tikili materialları ilə zəngin olur. 
Qazılan  torpaqların  rekultivasiya  edilməsi,  tərki-
bindəki faydalı elementlərin istifadəsi iqtisadi və təbiəti 
mühafizə  nöqteyi-nəzərindən  böyük  əhəmiyyətə  malik-
dir. Məlum olduğu kimi, faydalı qazıntı yataqları əsasən 
dağlıq ərazidəki münbit torpaqlarda  yerləşir. Mədənlər-
dən  çıxarılan  münbit  torpaqların  imkan  daxilində  əkin 
sahələrinə  səpələnməsi  sahələri  münbitliyini  artırar, 
kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  xeyli  yük-
səldər.  Mədənlərin,  karxanaların  qazılmış  sahələri  növ-
bə  ilə  rekultivasiya  edilməlidir  ki,  bu  da  ekoloji  və  tə-
biəti  mühafizə  nöqteyi-nəzərdən  çox  vacib  məsələdir. 
Qara və əlvan metallurgiya sənayesi müəssisələrdə şlak 
və şlakın tərkibi enerji, şüşə, tikinti, sement xammalı ilə 
zəngindir.  Məsələn,  Azərbaycan  boru  dağ-mədən  kom-
binatının  tullantısında  müvafiq  olaraq  12-21%  dəmir 


79
 
 
vardır. Bundan istifadə edilməsi yüz min tonlarla polad, 
şüşə, sement xammalı, tikinti materialları almağa imkan 
verər. 
Göstərilən  metallurgiya  tullantıların  istifadəyə  ve-
rilməsi  iqtisadi  cəhətdən  bir  daha  ona  görə  səmərəlidir 
ki,  faydalı  qazıntılarda  fərqli  olaraq  onların  axtarışına, 
çıxarılmasına  və  daşınmasına  daha  çox  kapital  qoyulu-
şu,  əmək sərf edilmir. 
İlkin və təkrar xammalın, tullantıların istifadə edil-
məsi təbii sərvətlərin səmərəsinin və  müəssisələrin ren-
tabelliyinin  yüksəldirməsinə  yönəldilmiş mühüm iqtisa-
di tədbirdir. 
Mineral  sərvətlərdən  kompleks  istifadə  edilməsi 
mühüm xalq təsərrüfatı problemi olmaqla, texniki tərəq-
qinin və emalın mühüm göstəricilərindən biridir. Lakin, 
mineral sərvətlərdən kompleks istifadə edilməsini yalnız 
sənaye istehsalının ehtiyatı kimi nəzərə almaq səhv olar-
dı. Buna xammala qənaət etmək, ətraf təbii mühitin mü-
hafizəsinə  şərait  yaratmaq,  əmək  məhsuldarlığını  artır-
maq,  istehsalın  rentabelliyini  yüksəltmək  nöqteyi-nəzə-
rindən baxmaq lazımdır. Burada hər hansı faydalı qazın-
tı  mədənlərinin  planlaşdırılmasında  sosioloji  və  ekoloji 
cəhətləri  nəzərə  almaq  ona  görə  zəruridir  ki,  istifadəyə 
verilən  mədənlərin  ehtiyatı  təbii  sərvətdən  iqtisadi  sər-
vətə çevrilir. Bununla əlaqədar mineral xammalın istifa-
dəsində elmi tədqiqat işlərinin səmərəsi onlardan komp-
leks istifadə edilməsinə, iqtisadi, sosioloji, ekoloji və el-
mi-texniki tərəqqinin uzlaşdırılmasına yönəldilməlidir. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə