Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

115
 
 
Cədvəl 6. 
Dünyanın ən böyük ərazisi olan ölkələr 
 
s/n 
Ölkə 
Ərazisinin ümumi sahəsi, 
min km

1. 
Rusiya 
17098 
2. 
Kanada 
9985 
3. 
ABŞ 
9827 
4. 
Çin 
9597 
5. 
Braziliya 
8515 
6. 
Avstraliya 
7741 
7. 
Hindistan 
3287 
8. 
Argentina 
2780 
9. 
Qazaxıstan 
2725 
10. 
Sudan  
2506 
 
Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi 
çəkisi  Hindistanda  57,1%,  Polşada  46,9%,  İtaliyada 
40,3%,  Fransada  35,3%,  Almaniyada  33,9%,  ABŞ-da 
19,6%, Çində 10,3%, Rusiyada 7,8%, Avstraliyada 6%, 
Kanadada  4,9%,  Misirdə  2,8%-dir.  Azərbaycanın  ümu-
mi  torpaq  sahəsi  8700  mln.  hektardır.  Bundan  4  mln. 
hektarı  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsidir.  Bu-
nun  da  32  %-i  əkin  yeridir,  2  mln.  ha  otlaqlardır.  Dün-
yada ildə orta hesabla 6-7 mln. hektar kənd təsərrüfatına 
yararlı  torpaq  sahəsi  eroziyaya  uğrayır.  1,5  mln.  hekta-
radək  şorlaşmaya  məruz  qalıb.  Sənaye  və  nəqliyyat  ti-
kintisi  altında  da  xeyli  torpaq  qalaraq  kənd  təsərrüfatı 
dövriyyəsindən çıxır. Dünya üzrə olan meşə örtüyü 40,1 
mln.  km
2
-dir.  Bunun  8,1  mln.  km
2
-i  Braziliyanın,  2,6 
mln.km
2
-i Kanadanın, 2,0 mln. km
2
-i isə ABŞ ərazisin-
dədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır. 


116
 
 
Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə 
və  zəngin  təbii  ehtiyatlara  malik  ölkədir.  Qarlı  zirvəli, 
yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, ge-
niş  düzənliklər,  okean  səviyyəsindən  aşağı  ovalıqlar 
Respublikamızın əsas relyef formalarıdır. Belə mürəkkəb 
relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtü-
yünün,  su  ehtiyatlarının  müxtəlifliyinə  səbəb  olmuşdur. 
Bu  isə  öz  növbəsində  əhalinin  və  təsərrüfat  sahələrinin 
ərazi üzrə qeyri-bərabər yerləşməsinə, istehsalın müxtəlif 
növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.  
“Torpaq  islahatı  haqqında”  Azərbaycan  Res-
publikasının  qanunda  torpağın  mülkiyyətçilərlə,  fiziki 
şəxslərə  verilməsi,  onun  qorunması,  istifadə  olunma 
qaydaları,  çirklənməsinin  qarşısının  alınması  öz  əksini 
tapmışdır. Bu qanunda həmçinin, torpaq üzərində nəza-
rət, kənd təsərrüfatı, şəhər, qəsəbə torpaqlarından istifa-
də, torpağın, meşə, su fondu, torpaq ehtiyatları, mübahi-
səli  məsələlərin həlli, torpaq qanunçuluğunun pozulma-
sına  görə  məsuliyyət  və  s.  göstərilmişdir.  Təbiətin  mü-
hafizəsinə  aid  əksər  qanunlarda  torpaqların  mühafizəsi 
məsələləri  öz  əksini  tapır.  Çünki  torpaq  bütün  sərvətlə-
rin mənbəyidir. İnsanların istehlak və istifadə etdiyi hər 
şey  torpaqda  yetişdirilir  və  becərilir.  Ona  görə  də  təbii 
ehtiyatların qorunması məsələlərində, onlardan səmərəli 
istifadə olunmasına birinci dərəcəli əhəmiyyət verilir. 
İstehsalın intensiv inkişafının təmin edildiyi hazırkı 
şəraitdə  təbiətin  qorunmasına  dair  kompleks  tədbirlərin 
hazırlanması,  onun  xüsusi  ardıcıllıqla,  planlı  qaydada 
həyata  keçirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 
torpaqlardan,  meşələrdən,  bitki  örtüyündən,  sudan,  at-


117
 
 
mosferdən  və  s.  planlı  qaydada  istifadə  onun  zərərli 
maddələrlə  çirklənməsinin  qarşısını  alır,  məhsul  yığı-
mında  yüksək  və  keyfiyyətli  məhsul  alınmasına  şərait 
yaradır.  
Təbiət  insan  cəmiyyətinin  yaşaması  və  fəaliyyət 
göstərməsi  üçün  əvəzedilməz  vasitədir.  Təbiət  insansız 
da mövcuddur və onsuz yaşaya bilər, lakin, insan təbiət-
siz  yaşaya  bilməz.  Təbiətin  qorunması  bütün  dövlətlə-
rin,  millətlərin,  xalqların  işidir.  Son  onilliklər  ərzində 
Azərbaycan Respublikasında təbiətin qorunmasına, təbii 
ehtiyatlardan  səmərəli  istifadə  olunmasına  dair  bir  sıra 
qanun  və  qərarlar  qəbul  olunmuş,  tövsiyələr  hazırlana-
raq  tətbiq  edilmişdir.  Həmçinin,  Respublikada  meşə 
massivlərinin, torpaq, su hövzələrinin qorunması, ondan 
istifadənin yaxşılaşdırılmasına dair müəyyən işlər görül-
müşdür.  Lakin,  buna  baxmayaraq  Respublikada  torpaq 
sahələrinin 70 %-dən çoxu bu və ya digər dərəcədə ero-
ziyaya  uğramış  və  meşə  massivləri  sıradan  çıxmış,  su 
hövzələri,  hava  çirklənmiş,  ekoloji  tarazlıq  pozulmuş-
dur. Respublikanın müstəqillik qazanması, öz sərvətləri-
nin  sahibi  olması,  onun  qorunması  məsələlərinə  daha 
böyük qayğı ilə  yanaşmağı tələb edir. Ona görə də son 
10 ildə təbiətin  mühafizəsi sahəsində daha ciddi tədbir-
lər  işlənmiş  və  həyata  keçirilməsi  tövsiyə  olunmuşdur. 
Xəzər, Abşeron problemlərinin həllinə xarici dövlətləri-
nin  cəlb  olunması  bu  sahədə  müvəffəqiyyətlərə  ümidlə 
yanaşmağa  imkan  verir.  Təbiətin  qorunmasında  komp-
leks  və  yerli  mühafizə  tədbirlərindən  istifadə  olunur. 
Kompleks  mühafizə  dedikdə  müxtəlif  tədbirlərin 
mərkəzləşdirilməsi  nəzərdə  tutulur. Bu zaman müha-


118
 
 
fizə  sahəsində  toplanmış  bütün  təcrübələrdən  istifadə 
edilir.  
Yerli  mühafizə  isə  baş  verə  biləcək  hər-hansı 
bir  hadisənin  qabaqcadan  qarşısını  almaq  məqsədi 
daşıyır
Son  illərə  qədər  təbiətin  mühafizə  məsələləri  ilə 
müxtəlif  nazirliklər,  təşkilatlar  və  baş  idarələr  məşğul 
olurdular. Hazırda təbiətin mühafizəsi məsələləri Ekolo-
giya  və  Təbii  Sərvətlər  Nazirliyində  cəmləşmişdir.  La-
kin, bununla yanaşı təbiətin mühafizə məsələsi şirkətlə-
rin  və  başqa  təşkilatların  diqqət  mərkəzində  saxlanılır. 
Təbiəti mühafizə üzrə bu Nazirliyin nəzdində yaradılmış 
standartlaşma  idarəsi  havanın,  torpağın,  suyun,  təbii 
komplekslərin standart göstəricilərini təsdiq edir və işlə-
yir.  Bu  göstəriciləri  təbii  mühitə  nəzarət  edən  bütün 
müəssisələr  (laboratoriyalar,  stansiyalar  və  s.)  götürür 
və  öz  nəticələri  ilə  müqayisə  edirlər.  Şəhər  və  rayon-
larda suyun və havanın təmizliyinə sanitariya-epidemio-
loji  stansiyalar  nəzarət  edir.  Hazırda  sənaye  müəssisə-
lərində  yaradılmış  xüsusi  laboratoriyalar  fabrik  və  za-
vodlardan xaric olunan tullantılara nəzarət edir, havanın 
və  suyun  mühafizəsi  üzrə  tədbirlər  planı  və  proqnozlar 
hazırlayır.  Müvafiq  elmi-tədqiqat  institutlarında,  ali 
məktəblərdə təbiətin mühafizəsi üzrə elmi-tədqiqat işləri 
aparılır. Alimlər ətraf mühitin insana zərərli təsirinin op-
timal  səviyyəsinin  elmi  əsaslarını  müəyyənləşdirmiş, 
yüzlərlə  müxtəlif  maddənin  ətraf  mühitə  toplanmasını 
maksimum  yol  verilən  normalarını,  qatılıq  həddinin 
mümkünlüyünü müəyyən etmişlər (QHM). 
Təbiətin  qorunmasının  böyük  dövlət  əhəmiyyəti 
vardır. Belə ki, kənd təsərrüfatının inkişafı, əhalinin get-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə