Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


ərzaq  təhlükəsizliyi”  haqqında  Roma  Deklarasiyası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

147
 
 
ərzaq  təhlükəsizliyi”  haqqında  Roma  Deklarasiyası 
qəbul  edilmişdir.  BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı 
Təşkilatı (FAO) – məlumatına əsasən ərzaq məhsulları-
nın qiymətləri kəskin surətdə artdığına görə 2007-ci ilə 
nisbətən 2008-ci ildə ərzaq idxalının həcmi 26% artmış, 
1 trilyon dollar olmuşdur. 
Dünya Səhiyyə Təşkilatının məlumatına görə dün-
ya əhalisinin 30%-i daimi olaraq aclıq çəkir. Inkişaf et-
məkdə  olan  ölkələrdə  hər  beş  nəfərdən  biri,  yəni  925 
milyon nəfər mütəmadi olaraq aclıq çəkir. 
Qloballaşma  şəraitində  təhlükəsizliyin  təmin 
edilməsi iki istiqamətdə özünü büruzə verir: 1) ener-
ji, 2) ərzaq təhlükəsizliyi. Hər bir müstəqil dövlət miqra-
siya problemini nizama salan, əmək ehtiyatlarını və təbii 
sərvətlərini qoruyan, səmərəli inkişafa istiqamətləndiril-
miş proqramlar, qanunlar qəbul edir. 
Ərzaq təhlükəsizliyi bilavasitə aşağıdakı amillə-
rin nəzərə alınmasını tələb edir: 
1)
 
becərilən  kənd  təsərrüfatı  torpaqlarının  azalma 
prosesi davam edir, torpağın keyfiyyəti pisləşir, məhsul-
dar torpaqların ərzaq təhlükəsizliyində rolu nəzərə alın-
mır; 
2)
 
kənd təsərrüfatı məhsulları istehsalı əhalinin ər-
zaq məhsullarına artan tələbatına uyğun gəlmir
3)
 
ərzaq  məhsullarının  idxal  və  ixracında  qiymət 
səviyyəsi gözlənilmir; 
4)
 
əhalinin gəlirləri hələ aşağıdır və təbiidir ki, on-
ların alıcılıq qabiliyyəti məhduddur; 


148
 
 
5)
 
ərzaq  təhlükəsizliyi  probleminin  həllində  və 
yoxsulluğun  azaldılmasında  kreditləşmə,  investisiya  si-
yasəti, subsidiya və digər dəstək hələ aşağı səviyyədədir 
və s. 
Ərzaq  təhlükəsizliyi:    1)  daxili  istehsal  hesabına 
və 2) idxal hesabına təmin edilir. Hər bir ölkə daxili ər-
zaq  məhsulları istehsalını artırmaqla  öz  əhalisini və  ye-
yinti sənayesini təmin etməyi üstün hesab edir. Bu vaxt 
əsas  diqqəti  təbii  ehtiyatların  tükənməsi  və  insan  sağ-
lamlığının qorunmasına  yönəldilməsi əsas şərt kimi nə-
zərdə tutulmalıdır. Ona görə də hər bir ölkənin ərzaq tə-
minatı  məsələsi  bütün  dövlətlərdə  iqtisadiyyatın  vacib 
məsələlərindən olmuşdur. Bu problemi son 20 ildə qlo-
ballaşmış,  artıq  dünyada  ərzaq  məhsulları  istehsalı  və 
ərzaq təhlükəsizliyi prioritet məsələyə çevrilmişdir. 
Beynəlxalq təşkilatlar, xüsusən FAO dünyada  möv-
cud  olan  ərzaq  ehtiyatlarını  araşdıraraq  geniş  miqyaslı 
proqnozlar  hazırlayırlar,  onlar  öz  dövlətlərini  mümkün 
problemlər barəsində mütəmadi olaraq məlumatlandırır, 
ərzaq məsələlərinin vacibliyi nəzərə alınaraq dünya bir-
liyinin ümumi səyləri istiqamətləndirirlər. Hazırda ərzaq 
probleminin  həlli  yollarında,  onun  elmi  araşdırılmasına 
müxtəlif  yanaşmalar  edilir  və  müəyyən  dəyişikliklər 
aparılır. 
1972-ci  ildə  Stokholm  Müşavirəsinin  iştirakçıları 
ümumdünya miqyasında ərzaq probleminin həll ediləcəyi 
barəsində  qəti  niyyətlərini  bildirdilər.  Bu  məsələnin  mü-
zakirəsində iştirak edən 170 ölkənin hər birində cari yüz-
illiyin axırına qədər aclığa son qoymaq planlaşdırıldı. 


149
 
 
1994-cü  ildə    Rio-De-Janeyroda  keçirilən  iclasda 
müşavirə  iştirakçıları  gələcək  yüzilliyin  problemlərini 
müzakirə edərkən qeyd etmişlər ki, sabit inkişafın təmin 
edilməsi, yoxsulluqla mübarizə və ərzaq təminatı hər bir 
dövlətin üzərinə düşən başlıca vəzifələrdir. Bu vəzifələr 
isə müxtəlif proqram, layihə və ərzaq siyasəti vasitəsilə 
həyata  keçirilməsi  nəzərdə  tutuldu.  Bu  məqsədlə  bey-
nəlxalq  forumların  sənədləri  tövsiyə  xarakateri  daşıya-
raq “qlobal miqyasda düşünmək, lokal miqyasda iş gör-
mək” prinsipi ilə hazırlanır. 
Ərzaq  təhlükəsizliyinin  mahiyyətinə  elmi  qiymət 
dünyada ən çox yayılmış belə ifadə olunur: Ərzaq təhlü-
kəsizliyi elə bir iqtisadi bir vəziyyətdir ki, o, əhaliyə ak-
tiv və sağlam həyat tərzi üçün tələb olunan miqdarda ər-
zaq məhsullarının istənilən vaxt əldə edilməsinə (alıcılıq 
qabiliyyəti)  zəmanət  verir.  Ərzaq  bazarları  üzrə  tədqi-
qatçıların  bəziləri  hesab  edir  ki,  ərzaq  təhlükəsizliyi  – 
aktiv  və  sağlam  həyatının  təmin  edilməsinin  zəmanətli 
mümkünlüyüdür. Dünya Bankı qeyd olunan fikirlə razı-
laşaraq,  bura  xroniki  və  müvəqqəti  ərzaq  asılılığı  məf-
humunu  da  əlavə  edir.  Ölkə,  region,  əhalinin  bir  qrupu 
və ya ailə o vaxt xroniki ərzaq asılılığında olur ki, ərzaq 
məhsullarını almaq mümkün olmadığı səbəbindən və ya 
ərzağın  kifayət  qədər  istehsal  olmaması  səbəbindən  il 
ərzində kifayət qədər qida almır. 
Rusiyanın aqrar iqtisadçı alimləri ərzaq təhlükəsiz-
liyini  aşağıdakı  kimi  təyin  edirlər:  “Ərzaq  təhlükəsizli-
yi-əhalinin  əsas  ərzaq  məhsulları  ilə  etibarlı,  zəmanətli 
və qaneedici şəkildə təmin edilməsi, aclıq və yarımaclıq 


150
 
 
probleminin mövcud olmamasıdır”. Daha sonra bu məf-
humun daha geniş təyini vüsət aldı. Bu təyinə görə, ər-
zaq  təhlükəsizliyi  müvafiq  ehtiyat,  potensial  və  zəma-
nətlər  sayəsində,  əsasən  daxili  istehsal  hesabına  dövlət 
tərəfindən  əhalinin  qida  ehtiyaclarının  təmin  edilməsi 
qabiliyyəti  kimi  müəyyənləşdirilir  ki,  bu  təminat  tibbi 
normalardan aşağı olmamalıdır. 
Ərzaq  təhlükəsizliyinə  bu  mövqedən  baxdıqda, 
onun  məqsədini  xarici  və  daxili  amillərin  təsirindən 
asılı  olmayaraq  əhalinin  ərzaq  və  xammalla  zəma-
nətli  və  sabit  şəkildə  təmin  olunmasında  axtarmaq 
məqsədəuyğundur. Bununla əlaqədar aşağıdakı  şərtlər 
nəzərə  alınmalıdır: 
-
 
hər bir istehlakçı üçün ərzaq məhsulları potensialı 
və fiziki baxımdan ərzaq almaq mümkünlüyü; 
-
 
bütün  sosial  qruplar  üçün,  o  cümlədən  az  təmi-
natlı əhalinin ərzaq məhsullarını almaq üçün iqtisadi im-
kanların olması; 
-
 
rasional  qidalanma  üçün  kifayət  qədər  yüksək 
keyfiyyətli məhsulların istifadə edilməsi. 
Bütün bunları nəzərə alaraq, ərzaq təhlükəsizliyini 
təmin  etmək  üçün  aşağıdakı  problemləri  həll  etmək 
məqsədəuyğundur: 
-
 
səmərəli aqrar siyasətinin həyata keçirilməsi
-
 
istehsalçı subyektlər üçün bərabər və sabit iqtisa-
di imkanların təmin edilməsi
-
 
əhalinin  məşğulluğunun  təmin  edilməsi  və  bu 
məqsədlə milli siyasətin həyata keçirilməsi
-
 
ərzaq təminatı məsələlərində yoxsulluğun və qey-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə