Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

157
 
 
VI FƏSİL 
İQTİSADİ İNKİŞAF VƏ EKOLOJİ AMİLLƏR 
 
1.
 
Ətraf  mühit  və  təbiətdən  səmərəli  istifadənin 
iqtisadi inkişafa təsiri
2.
 
İqtisadi inkişaf və ekoloji amillər; 
3.
 
Ətraf  mühit  və  təbiətdən  istifadənin  optimallaş-
dırılmasında vergi sisteminin rolu
4.
 
Ətraf  mühit  və  təbiətdən  istifadənin  və  ekoloji 
ziyanın qiymətləndirilməsi. 
 
1. Ətraf mühit və təbiətdən səmərəli istifadənin 
iqtisadi inkişafa təsiri 
 
Dünyanın ayrı-ayrı ərazilərinin təbii şəraiti və sər-
vətləri müxtəlifdir. Onların geosistemdə inkişafı, forma-
laşması,  texnogen  təsirlər  altında  dəyişməsi  mürəkkəb 
təbii, iqtisadi, ekoloji mühit daxilində gedir. İnsanın fəa-
liyyəti nəticəsində geosistemdə gedən pozulmaların sirri 
və  mexanizmi  hələ  də  dəqiq  öyrənilməmişdir.  Ətraf  tə-
bii  mühitin  təbii  sərvətlərin  ərazi  üzrə  öyrənilməsində 
elmi-tədqiqat  müəssisələri,  nazirliklər,  təşkilatlar  və  s. 
torpağın, su ehtiyatının, meşə və bitki örtüyünün, fayda-
lı  qazıntıların,  kurort,  sanatoriya  sərvətlərinin  tədqiqa-
tında müəssisələrarası uzlaşmanın zəifliyi üzündən təbii 
sərvətlərin imkanları haqqında məlumatlar çox halda də-
qiq  olmur.  Təbiidir  ki,  bunlar  ətraf  təbii  mühitin  opti-
mallaşdırılması problemlərinin həlli üçün möhkəm baza 
ola bilməz. Təbii sərvətlərdən səmərəli istifadə edilməsi
ətraf təbii mühitin mühafizəsinin düzgün təşkili, ekoloji 


158
 
 
mühitin  saflığının  təmin  edilməsi  təbiət  üzərində  vahid 
rəhbərliyin  təşkilini  tələb  edir.  Çünki  təbii  sərvətlərdən 
istifadə, xüsusən təbiətin əsas komponentlərinə,  yer qa-
bığına,  hidroqrafik  şəbəkəyə,  torpaq  örtüyünə,  heyvan 
və bitki aləminə, meşələrə, bioloji aləmə, faydalı qazın-
tılara,  eləcə  də  təbiətdə  gedən  texnogen  dəyişikliklərə 
biganəlik  mövcuddur,  bunlar  qlobal  məsələ  kimi  qal-
maqdadır.  Müharibədən sonrakı illərdə inkişaf etmiş və 
əhalisi sıx olan rayonlarda meliorasiya tədbirlərinin apa-
rılması, geniş sahələrdə bataqlıqların qurudulması, quru 
çöllərə,  səhralara  su  çəkilməsi,  suvarma  əkinçiliyinin, 
otlaqların  genişləndirilməsi  məqsədilə  meşələrin,  kol-
luqların qırılması, faydalı qazıntıların çıxarılması nami-
nə  yerin  üst  qatının  qazılıb  parçalanması  halları  geniş 
yayılmışdır. 
Təbii  sərvətlərdən  düzgün  istifadə  edilməməsi 
ekoloji  müvazinəti  pozur,  bitki  və  heyvanlar  aləmi-
nin inkişafını dəyişdirir. Əgər bərpa işləri aparılmazsa, 
bunlar  bu  və  ya  digər  sahələrdə  boşluqlar  əmələ  gətirə 
bilər.  Yerin  səthində  əmələ  gələn  süni  texnogen  forma-
lar  geosistemdə  mənfi  dəyişikliklərlə  yanaşı,  xoşagəl-
məz  hadisələr  yerin  altında  boşluqlar  əmələ  gələrək 
sonralar çökəkliklər, yarğanlar yaradır. Kömürün yer al-
tından çıxarılması yeraltı qaz anbarları, metropolitenlər, 
yeraltı  duz  karxanaları  eyni  nəticələrə  səbəb  olur.  Belə 
mənfi  amilləri  aradan  qaldırmaq  məqsədilə  faydalı 
qazıntıların  istismarı  vaxtı  ərazinin  özünəməxsus  təbii 
xüsusiyyəti, relyefi, bitki örtüyü, hidrogeoloji şəraiti nə-
zərə alınmalıdır. İndiki dövrdə, xüsusilə böyük şəhərlə-
rin  ərazisində  çoxlu  xoşagəlməyən  hadisələr  baş  verir. 


159
 
 
Məsələn,  hündür  binaların  metal,  dəmir-beton  qurğula-
rın  ağırlığı  nəticəsində  torpaq  sıxılır,  çökür,  bu  və  ya 
digər  sahələrdə  yarğanlar,  sürüşmələr  əmələ  gəlir.  Bakı 
şəhəri ətrafında və onun daxilində neft buruqları arasın-
da,  daş  karxanaları  yerində  əmələ  gələn  gölməçələr, 
çökmələr buna misal ola bilər. 
Böyük  şəhərlərdəki  nəhəng  tikililər,  geniş  yer  tu-
tan  süni  göllər  mikrorelyefin  formasını  dəyişdirir,  süni 
çökəklər,  qarışıqlar,  dərələr  əmələ  gətirir.  Bunların  nə-
ticəsində ayrı-ayrı rayonlarda qəribə hadisələr baş verir. 
Məsələn, Mexiko və Tokio şəhərləri ərazisində 7-9 sm-ə 
qədər  çökmələr  əmələ  gəlmişdir.  Müəyyən  edilmişdir  
ki, bu şəhərlərdə nəhəng binaların ağırlığı sayəsində ye-
rin  qabığı  ildə  orta  hesabla  20  sm  çökür,  Moskva, 
Sankt-Peterburq,  Kiyev,  Bakı  və  s.  şəhərlərdə  də  yerin 
çökməsi müşahidə edilir. 
Yeni tikintilərdən, xüsusilə çoxlu üzvi  yanacaq iş-
lədən  elektrik  stansiyalarından,  zavodlardan,  fabriklər-
dən  çıxan  isti  su,  buxar,  qaz,  enerji  və  sair  tullantıların 
təsiri  altında  torpaqda,  havada,  suyun  səthində  buxar-
lanma şiddətlənir. Sənaye müəssisələrindən çıxan metal, 
sement  tozları,  kimyəvi  maddələr  hava  axını  vasitəsilə 
dağların  ən  uca  zirvələrində,  Antarktida,  Arktika  buzla-
rında toplaşır. Tozlar, kimyəvi maddələr günəş enerjisini 
yaxşı  udma  qabiliyyətinə  malik  olduğundan  süni  istilik 
əmələ gətirir, qar və buzların əriməsini sürətləndirir.  
Texnogen və ya süni relyef formalarının yaranması 
əlverişsiz  amillərə  səbəb  olur.  Belə  sahələr  indi  ümu-
miyyətlə ölkəmizin ərazisinin 1 %-ni tutur. Əgər müva-
fiq tədbirlər görülməzsə, gələcəkdə bunların sərhədi ge-
nişlənə  bilər  ki,  bu  da  ekoloji  mühitdə  mənfi  təsirləri 


160
 
 
qüvvətləndirər.  Faydalı  qazıntıların  istismarında  süxur-
ların  yerdəyişməsi,  aşınması,  sürüşməsi,  çalaların,  ye-
raltı  suların  rejimini  pozur.  Belə  şəraitdə  yerin  üst  qa-
tında  çıxarılan  çoxlu  torpaqlar  dərələrə,  vadilərə  yığılır 
və sonradan onlar tədricən çaylar, sellər vasitəsilə yuyu-
lub başqa yerə aparılır. 
İstehsal prosesində bərk maddələrin texnogen yer-
dəyişməsini, bu və ya digər ərazinin təbii şəraitinə etdiyi 
təsiri  qiymətləndirmək  üçün  onu  demək  kifayətdir  ki, 
yerin təkində çıxarılan xammalın bir hissəsi su, külək və 
müxtəlif  nəqliyyat  vasitəsilə  Yer  kürəsinin  ayrı-ayrı 
rayonlarına aparılır. Çoxlu mexaniki və enerji qüvvəsinə 
malik  müasir  istehsalın,  əhali  məskunlaşmasının  yerin 
səthinə göndərdiyi mexaniki, fiziki təsirlər nə qədər nə-
həng olsa, torpağın iri maşınlarla şumlanması, bitkilərin 
becərilməsi,  xammalın  emalı,  iri  süxurların  xırdalan-
dıqdan sonra yerdəyişməsi və s. ilə müqayisədə xeyli az 
yer tutur. Müəyyən edilmişdir ki, torpağın şumlanması, 
becərilməsi, müxtəlif məqsədlər üçün qazılması yolu ilə 
il  ərzində  3x10
12
  ton  bərk  maddə  yerini  dəyişdirir,  bir 
yerdən  başqa  yerə  tökülür.  Bu  hal  ildən-ilə  gərginləşir, 
torpağın üst qatının məhsuldarlığını aşağı salır. Suvarma 
kanallarının,  yolların,  qaz,  neft,  su  kəmərlərinin  çəkil-
məsi,  şəhərlərin,  kənd  təsərrüfatının,  meliorasiyanın  in-
kişafı,  metropolitenlərin  tikilməsi,  faydalı  qazıntı  mə-
dənlərinin istismarı, yeraltı anbarların yaradılması və bu 
kimi  işlərin  yerinə  yetirilməsi  nəticəsində  yerin  üst  qa-
tına təsir güclənir. Ayrı-ayrı dövlətlər, məsələn: Yaponi-
ya,  Niderland,  Belçika  və  s.  yuxarıda  görülən  işlərdən 
çıxarılan  torpaqlar  hesabına  dəniz  sahillərini  qurudaraq 
yeni  torpaq  sahəsi  əldə  edirlər.  Suvarma  əkinçiliyi  ra-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə