Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

151
 
 
ri-bərabərliyin  aradan  qaldırılmasına  yönəldilən  sosial 
siyasətin aparılması; 
-
 
davamlı inkişaf hesabına çox çeşidli məhsulların 
istehsal edilməsi və səmərəliliyinin artırılması; 
-
 
istehsalın, xammalın və ərzaq məhsullarının ema-
lı və saxlanılması sahələrində qabaqcıl texnologiyaların 
tətbiq edilməsi
-
 
aktiv  daxili  iqtisadi  fəaliyyət,  idxal-ixrac  fəaliy-
yətinin optimallaşdırılması; 
-
 
aqrar  sahəyə investisiyaların qoyuluşu. 
Ölkənin  ərzaq  təhlükəsizliyi,  kənd  təsərrüfatı  və 
bütövlükdə iqtisadiyyatın inkişafı, milli və dünya iqtisa-
diyyatının ümumi vəziyyəti ilə bağlı bir  sıra  iqtisadi  və 
sosial  şəraitlərin  sayəsində  təmin  edilir.  Ərzaq  təhlükə-
sizliyi  probleminin  mərkəzində  insan  və  onun  qidaya 
olan tələbatı durduğu üçün bu problemləri həll etmədən 
heç  bir  səmərəli  fəaliyyət  mümkün  deyildir.  Ona  görə 
də hər bir ölkə öz daxili ehtiyatları hesabına əhalinin is-
tehlak tələbinin ödənilməsini yaxşılaşdırmağa çalışır. 
Dünya ölkələrində əhalinin illik adambaşına isteh-
lak  etdiyi  ərzaq  məhsullarının  səviyyəsi  əsaslı  surətdə 
bir-birindən fərqlənir. Bu fərqi aşağıdakı cədvəldən gör-
mək olar. 
 
 
 
 
 
 


152
 
 
Cədvəl 8. 
2012-ci ildə illik adambaşına ərzaq məhsulları 
istehlakı (kq., nəfər) 
 
 
Çörək  Kartof 
Tərəvəz 
 və  
bostan 
Meyvə 
Ət və  
 ət məh. 
Süd və  
süd  
məh-rı 
Yumurta 
(ədəd) 
Azərbaycan 
144 
63 
98 
75 
32,4 
294,4 
155 
Rusiya 
119 
110 
106 
60 
63 
246 
271 
Avstraliya 
 
53 
98 
110 
112 
208 
 
Belarusiya 
93 
183 
144 
58 
88 
252 
310 
Böyük 
Britaniya 
 
105 
89 
128 
84 
249 
187 
Gürcüstan 
98 
 
127 
31 
15,6 
71,1 
98 
Qazaxıstan 
 
108 
195 
48 
71 
 
205 
Qırğızıstan 
135 
99 
150 
29 
39 
213 
82 
Moldova 
116 
60 
115 
43 
38 
170 
190 
Niderland 
 
94 
83 
139 
85 
357 
327 
ABŞ 
91 
54 
123 
113 
113 
273 
246 
Tacikistan 
155 
28 
97 
 
14 
130 
10 
Özbəkistan 
157 
23 
120 
29 
33 
160 
53 
Ukrayna 
110 
139 
163 
53 
51 
205 
310 
 
Cədvəl  məlumatlarından  göründüyü  kimi  istehlak 
edilən  ərzaq  məhsulları  ölkələr  üzrə  bir-birindən  5-10 
dəfə fərqlənir. Yəni bir ölkədə  müəyyən  məhsulla əhali 
yüksək  səviyyədə  təmin  olunursa,  başqa  ölkədə  ərzaq 
təminatı bu məhsul üzrə çox aşağı səviyyədə təmin olu-
nur. Ona görə də hər bir ölkə ərzaq balansını təmin et-
mək üçün ardıcıl və sistemli tədbirlər görməlidirlər. 
Qeyd  edək  ki,  2013-cü  il  5  fevral  tarixində 
“Azərbaycan  Respublikası  regionlarının  sosial-iqti-
sadi  inkişafı  Dövlət  Proqramlarının  icrasına  həsr 
olunmuş  konfrans”da  Azərbaycan  Respublikasının 
Prezidenti  İ.Əliyev  göstərmişdir  ki,  “....Azərbaycanda 
ərzaq təhlükəsizliyi 100% daxili istehsal hesabına təmin 


153
 
 
edilməlidir.  Son  illərdə  biz  özümüzü  əsas  ərzaq  məh-
sulları ilə böyük dərəcədə təmin edə bilmişik....Ət və ət 
məhsullarının  özünü  təminetmə  səviyyəsi  94%-dir,  quş 
əti 92%-dir, ...yumurta ilə 96,5%, süd və süd məhsulları 
ilə 75%, taxılla 65%, üzümlə 94%, kartofla 98%, bostan 
məhsulları  ilə  100%,  meyvə  və  giləmeyvə  126%, 
tərəvəz  100%,  şəkər  və  şəkərdən  hazırlanan  məhsullar 
124%, bitki yağları və marqarin 70%, kərə yağı 50%.” 
Qeyd edək ki, qlobal səviyyədə ərzaq təhlükəsizli-
yi  ilə  bağlı  fəaliyyət  35  beynəlxalq  təşkilat  tərəfindən 
həll olunur. Onlar istehsalat, idxal, ərzaq yardımı, əhali-
nin ərzaqla təmin edilməsi və ərzaq ehtiyatlarının təşkil 
edilməsi üzrə uzunmüddətli proqram hazırlayaraq, döv-
lətlərin sabit iqtisadi inkişafı üçün münasib zəmin yara-
dır. Bu sahədə aparıcı rol FAO, Kənd Təsərrüfatı İnkişa-
fı  üzrə  Beynəlxalq  Fond  kimi  ixtisaslaşmış  təşkilatlara 
məxsusdur.  Bilavasitə  ərzaq  təhlükəsizliyi  məsələləri  ilə 
BMT-nin Baş Assambleyasının tabeçiliyində olan Ümum-
dünya Ərzaq Şurası və Dünya Ərzaq Proqramı (BMT və 
FAO-nun ərzaq  yardımı göstərmək  məqsədilə  yaranmış 
birgə  orqanı)  məşğul  olur.  Hazırda  FAO  iki  istiqa-
mətdə fəaliyyət göstərir: 
1) Ərzaq təhlükəsizliyi və qida
2) Kənd təsərrüfatının sabit inkişafı, kəndin inkişaf 
etdirilməsi. Bununla əlaqədar Dünya Birliyinin və FAO-
nun  qarşısında  aşağıdakı  problemlər  durur:  əhalinin  sü-
rətlə artması; keçmiş SSRİ dövlətlərində kənd təsərrüfatı 
istehsalatının  səviyyəsinin  aşağı  düşməsi;  inkişaf  etmiş 
ölkələr tərəfindən yardımın azaldılması; aclıq çəkənlərin 
sayının artması (925  mln.  adam);  təbii ehtiyatların azal-
ması; dünya  bazarında uzun müddət  ərzində kənd təsər-
rüfatı məhsullarına aşağı qiymətlərin saxlanılması. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə