Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

154
 
 
Hazırda  ərzaq  təhlükəsizliyi  probleminə  olan  mü-
nasibətə  görə  dünya  ölkələrini  3  qrupa  bölmək  olar: 
1)idxala  istiqamətlənən,  2)məhsulunu  ixrac  edən  və 
3)daxili istehsal hesabına özünü təmin edən ölkələr. 
İdxala,  əsasən  təbii-iqtisadi  şəraiti  qeyri-münasib 
olan  ölkələr,  eləcə  də,  dominionlara  (iqtisadi  cəhətdən 
asılı  ölkələr)  malik  olan  varlı  dövlətlər  istiqamətlənir. 
Dominionlar siyasi cəhətdən zəif olduğuna görə belə öl-
kələrin tipik nümayəndəsi İngiltərədir. Bu qrupdan olan 
ölkələrin əksəriyyəti iqtisadi maraqlara əsaslanaraq özü-
nü təmin etməyə və istiqamətini dəyişməyə üstünlük ve-
rir. Belə bir qərarı Fars körfəzinin Əməkdaşlıq Şurasına 
daxil olan və əvvəllər istehlak olunan məhsulların 70%-
ni  idxal  edən  6  ölkənin  dövlətləri  qəbul  etmişdir.  Mün-
bit torpaq və təbii nəmişlikdən, demək olar ki, məhrum 
olan həmin ölkələrdə, dövlət səviyyəsində kənd təsərrü-
fatının daxili istehsalatına xüsusi dəstək verilir. Bu dəs-
təyin  sayəsində  bu  gün  Səudiyyə  Ərəbistanı  buğda  id-
xalçısından aktiv ixracçıya çevrilib, özünü, daxili isteh-
sal  hesabına  süd,  heyvandarlıq  məhsulları  və  quşçuluq 
məhsulları ilə tam təmin edə bilər. 
Ölkədaxili istehsalın həcminin artırılmasına və da-
xili  bazarın  təmin  edilməsinə  yönəldilmiş  kənd  təsərrü-
fatı üçün qeyri münasib sayılan ölkələrin siyasətində ər-
zaq idxalı əsas oriyentir deyil. 
Məhsullarını  ixrac  edən  ölkələr,  bir  qayda  olaraq, 
məhsulun istehsalı üçün zəruri olan münasib təbii və iq-
lim  şəraitinə  malikdir.  Onlar  qiymət  tənzimlənməsində 
elə bir tədbirlər tətbiq edir ki, ərzaq məhsullarının ixracı 
nəinki zəruri, hətta sərfəli olur. Yaxın vaxtlara qədər bu 
cür  tənzimləmə  ixrac  subsidiyaları  ilə  birgə  ABŞ-da 
(60%)  və  Avropa  Birliyi  ölkələrində  (70%)  kənd  təsər-


155
 
 
rüfatının maliyyə dəstəyində aparıcı rol oynayırdı. 
Tədqiqatlar  və  təcrübələr  göstərir  ki,  ərzaq  təhlü-
kəsizliyini təmin edən tədbirlər çox olsa da, onların ha-
mısı bir məqsədi daşıyır. Əsas vəzifə ixrac siyasəti yeri-
dən  tədarükçü-dövlətlərin  əlverişsiz  şərtlərindən  yaxa 
qurtarmaqdır. Bu məsələ isə çox sadədir. Onlar əvvəlcə-
humanitar  yardım  göstərir,  sonra  aşağı  qiymətlərlə    mal 
kommersiya tədarükləri, daha sonra milli kənd təsərrüfa-
tının  dağıdılması  və  nəticədə  ixracatçıların  açıq  şərtləri. 
Bu amillərin təsirindən qurtarmaq üçün yalnız bir istiqa-
mət  mövcuddur  əsas  məhsulların  ölkədaxili  istehlak  və 
ixracı üçün kifayət həcmdə istehsal təmin edilməlidir. 
Azərbaycanda  aqrar  sahənin  inkişafının  strateji 
məqsədi – ölkədə ərzaq təhlükəsizliyinə nail olunması və 
onun  təmin  edilməsidir,  yəni  Respublika  özünü  əsas  ər-
zaq qrupu üzrə  (9)  daxili istehsal  hesabına təmin etməli 
və bu təminat, ümumi tələbatın 85%-dən az olmamalıdır. 
Bununla əlaqədar ölkəmiz ərzaq təhlükəsizliyinin 
təmin  edilməsini  şərtləndirən  aşağıdakı  amilləri  nə-
zərə almalıdır: 
1)
 
ölkədə  ərzaq  və  yeyinti  məhsulları  istehsalının 
səviyyəsi; 
2)
 
ərzaq məhsullarının qiymətlərinin səviyyəsi; 
3)
 
ölkənin əhalisinin alıcılıq qabiliyyəti
4)
 
hər bir ölkədə əhalinin artım səviyyəsi; 
5)
 
dövlətin ərzaq ehtiyatlarına malik olması; 
6)
 
ərzaq  məhsulları  istehsalının  dövlətin  iqtisadi 
siyasəti ilə dəstəklənməsi. 
Ərzaq  təminatının  ən  mühüm  sahələrindən  biri  – 
kənd  təsərrüfatı  istehsalıdır.  Sahənin  inkişafı  maddi  is-
tehsalın digər sferalarının fəaliyyətini şərtləndirir (mad-
di-texniki təminat, aqroservis, emal və s.) 


156
 
 
Kənd  təsərrüfatı  ərzaq  təminatında  əsas  ünsür  ola-
raq, öz potensiallarının yeniləşdirilməsini (torpağın məh-
suldarlığı,  əsas  və  dövriyyə  fondları,  əməyin  keyfiyyəti 
və  kəmiyyəti  və  s.)  investisiya  qoyuluşlarında  priori-
tetliyi tələb edir. 
Ölkəmiz  böyük  istehsal  potensialı,  xammal  və 
əmək ehtiyatları ilə zəngin olduğu halda xaricə az miq-
darda kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edir. Bu 
ölkənin yaxın gələcəkdə ümumi ixracında hazır məhsu-
lun xüsusi çəkisinin artırılmasını tələb edir. Bunun iqti-
sadi  mahiyyəti  onunla  ifadə  olunur  ki,  bu  ölkəyə  əhə-
miyyətli  dərəcədə  valyuta  daxilolmalarının  artmasına 
şərait yaradır, yerli istehsalın və məşğulluğun artırılma-
sına səbəb olur.  Ona görə də xarici investorlarla müştə-
rək  müəssisələr  (emal  və  xidmət  müəssisələri)  yaradıl-
masına diqqət artırılmalıdır. Bu vaxt yerli müəssisələrin 
imkanları artmır, həm də istehsal olunmuş məhsul üçün 
xarici bazar tapılması və problemlərin həlli də asanlaşır. 
Ona  görə  də  Respublikamızda:  1)  istehsal  edilən 
kənd təsərrüfatı məhsulları artırılmalı; 2) həmin məhsul-
lara  çəkilən  xərclərə  diqqət  yetirilməli;  3)  ölkəmiz  tex-
noloji imkanlarının məhdudluğu üzündən pambıq, şərab 
yarımfabrikatları, fermentləşdirilmiş tütün, barama və s. 
xammal ixrac edən ölkə kimi çıxış etdiyindən texnologi-
yanın  təkmilləşdirilməsinə  diqqəti  artırmalıdır.  Məhsul-
lar  rəqabətə  davamlı  olmaqla  keyfiyyət  göstəriciləri 
dünya standartlarının tələblərinə uyğun gəlməlidir. Ona 
görə də yeni texnika və texnologiyanın tətbiqinə investi-
siya yönəldilməsi daxili imkanlara arxalanmalıdır. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə