Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

143
 
 
logiyanı  qorumalı,  gələcək  nəsilə  mənfi  təsir  izləri  bu-
raxmamalıdır. 
 
4. Ətraf mühit və təbiətdən istifadənin müasir 
vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli 
 
“Ətraf  mühiti  mühafizə”  və  “Təbii  ehtiyatlardan 
səmərəli  istifadə”  bir-biri  ilə  əlaqəli  anlayışlardır.  Odur 
ki,  onlar  əlaqəli  proseslərə  malikdirlər.  Müasir  şərait 
ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli 
istifadə  edilməsini  tələb  edir.  Predmetin  nisbətən 
cavan,  əhatə  dairəsinin  mürəkkəb  və  çoxsahəli  olması 
ətraf  mühit  və  təbiətdən  səmərəli  istifadə  edilməsi  mə-
sələlərinin  təkmilləşdirilməsini  tələb  edir.  İnsanın  geniş 
istehsal  fəaliyyəti  üçün  xammal  ehtiyatlarına  və  ərzaq 
ehtiyatlarına  olan  tələbatı,  enerji  ehtiyatlarına  olan  tə-
ləbatı və s. ödənilir. Ətraf mühitin çirklənməsi və bunun 
nəticəsində  təbiətdə  baş  verən  dəyişikliklər  atmosferi, 
hidrosferi,  litosferi  əhatə  edir.  Çirklənməni  törədən 
şəraitdən  asılı  olaraq  bu  proses  qlobal  xarakter  daşıyır 
və biosferi və bütün planeti əhatə edir. Yer qabığı müx-
təlif  geoloji  dövrlərdə  yaranmışdır.  Burada  maqmatik, 
çöküntü  və  metamorfik  süxurlardan  təşkil  olunan  və 
bəşəriyyətə  lazım  olan  qiymətli  sərvətlər  toplanmışdır. 
Bu  sərvətlər  geoloji  axtarışlar  nəticəsində  yer  səthinin 
bu  və  ya  digər  rayonlarında  aşkarlanır  və  cəmiyyətin 
tələbatına  uyğun  olaraq  istifadə  olunur.  Mineral  sər-
vətlər  əmək  vasitələrinin  mənbəyi  olmaqla  çox  adda 
məhsullar  alınmasında  istifadə  olunur.  Eyni  zamanda 
belə  sərvətlər  əmək  cismi  rolunu  oynayırlar.  Mineral 


144
 
 
xammal  sərvətlərinin  istifadəsi  ilə  bağlı  olan  mühüm 
məsələlərdən  biri  də  onların  iqtisadi  cəhətdən  qiymət-
ləndirilməsidir.  Azərbaycan  Respublikasının  ərazisi 
müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zən-
gindir.  Aparılan  geoloji  kəşfiyyat  nəticəsində  həmin 
faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə 
verilmişdir.  Dənizin  təbii  ehtiyatları  dünyada  maddi  is-
tehsalın  ən  mühüm  mənbələrindən  biri  hesab  edilir.  O, 
sənaye üçün xammal, enerji ehtiyatlarına malik olmaqla, 
əlverişli  nəqliyyat  şəraiti  və  rekreasiya  ehtiyatlarının 
təbii  konfortu  üçün  əvəzedilməz  əhəmiyyət  kəsb  edir. 
Əhalinin  sahil  zonasında  məskunlaşması  və  ərazinin 
tədricən  mənimsənilməsi  əsasən  iki  amilin  təsirindən 
daha  çox  asılıdır.  Təbii  şəraitdən  və  ölkənin  sosial  iqti-
sadi  inkişaf  səviyyəsindən  asılı  olaraq  elmi-texniki  tə-
rəqqinin  yeni  yüksək  mərhələsində çoxsahəli sənayenin 
və  kənd  təsərrüfatının  sürətlə  inkişafı,  müxtəlif  nəqliy-
yat növlərinin çoxalması təbiətdən və təbii sərvətlərdən 
daha  geniş  istifadə  olunması  ilə  nəticələnir.  Qoruqlar 
elm,  mədəniyyət  və  təsərrüfat  üçün  müstəsna  əhəmiy-
yəti  olan,  dövlət  tərəfindən  mühafizə  edilən  ərazilərdir. 
Ətraf  mühitin  mühafizəni  tarixən  təbiət  və  cəmiyyətin 
qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin 
rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbit-
liyi və iqtisadi qiymətləndirilməsi qarşılıqlı əlaqədə həll 
edilməlidir. Ətraf mühitin mühafizəsi problemi bəşəriy-
yət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı 
vaxtda  atmosfer  və  okeanlara  külli  miqdarda  ziyanlı 
maddələr  atılır(axıdılır),  meşələr  məhv  edilir.  Bütün 
bunlar güclü surətdə dünyanın özü özünü məhvinə apa-


145
 
 
rır.  Ozon  dəlikləri,  iqlimin  istiləşməsi,  bir  çox  heyvan 
növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdü-
yümüz  mühitin  müəyyən  qədər  tükəndiyini  göstərir. 
Odur ki, planetin və onun sakinlərinin həyatı insanların 
bundan sonrakı aktivliyindən asılı olacaqdır. 
  Hazırda  bu  ekoloji  problemlə  bütün  dünya  ölkə-
ləri qarşı - qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mü-
hitin çirklənməsi probleminə daha çox Amerika və Av-
ropanın sənayeləşmiş ölkələri məruz qalmışlar. Ancaq o 
qədər  də  çox  vaxt  keçmədən  bu  problem  bütün  inkişaf 
etməkdə olan ölkələri öz ağuşuna alacaqdır. Odur ki, ar-
tıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi 
ortaya  çıxmışdır.  Məlumdur  ki,  hər  hansı  xoşagəlməz 
hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan 
onun nəticələrini aradan qaldırmalı olasan. 
  Ətraf  mühitdən  istifadənin  müasir  vəziyyəti  ilə 
əlaqədar qarşıda duran məsələlərindən ən başlıcası ətraf 
mühitin mühafizəsi problemidir. Yaranmış bütün iqtisa-
di,  hüquqi,  sosial-siyasi  və  təşkilati-təsərrüfatçılıq  me-
xanizmlərini, məhz bunlar ətraf mühiti “möhkəmlik hü-
duduna”  gətirib  çıxarırlar.  Odur  ki,  ətraf  mühitin  çirk-
lənməsinin  ən  son  yüksək  səviyyəyə  çatmasını  gözlə-
mək  olmaz.  Dünya  birliyi  anlamışdır  ki,  bunun  indidən 
qarşısı  alınmalı,  dünyanın  məhv  olma  təhlükəsi  aradan 
götürülməlidir. 
 
5. Əhalinin ərzaqla təminatı problemləri 
 
Məlumdur ki, ərzaq təhlükəsizliyi milli və beynəl-
xalq xarakter daşımaqla hər bir insanın və qrupun məna-


146
 
 
feyini əhatə edir, siyasi, iqtisadi və sosial mahiyyət daşı-
yır. Ərzaq təhlükəsizliyi ölkənin müdafiəsi, onun iq-
tisadi  və  sosial  təhlükəsizliyinin,  milli  qüdrətinin 
möhkəmləndirilməsinin  əsas  amili  kimi  böyük  əhə-
miyyət kəsb edir. Hər bir ölkə mövcud torpaq, su, ener-
ji, xammal və əmək ehtiyatlarından, coğrafi və təbii şə-
raitindən asılı olaraq özünün ərzaq təhlükəsizliyini təmin 
etməyə çalışır. 
Ərzaq  təhlükəsizliyi  cəmiyyətin  hər  bir  üzvü-
nün etibarlı ərzaq təminatını əsas ərzaq məhsulları-
na fizioloji normalara uyğun ödənilməsi deməkdir və 
ölkənin  milli  səviyyədə  iqtisadi  və  sosial  dayanıqlığı 
deməkdir.  Ona  görə  də  ərzaq  məhsulları  ilə  etibarlı 
beynəlxalq  və  milli  səviyyədə  iqtisadi  təhlükəsizliyin 
zəruri  tərkib  hissəsi  kimi  dünyanın  əsas  siyasi-iqtisadi 
siyasət istiqamətinə çevrilmişdir. 
Məlumdur ki, 1980-ci illərdə “yaşıl inqilab” nəti-
cəsində ərzaq istehsalı artsa da, dünyada ərzaq çatışmaz-
lığı, aclıq kimi problemlər, əhalinin alıcılıq qabiliyyəti-
nin aşağı olması özünü göstərməyə başladı. 2000-ci ildə 
Nyu-Yorkda  147  ölkənin  iştirakı  ilə  minilliyin  inkişaf 
məqsədlərində  yoxsulluğun  və  aclığın  aradan  qaldırıl-
ması əsas hədəflərdən biri kimi müəyyənləşdirildi. 
Dünya əhalisinin artımı, əkinə  yararlı torpaq sahə-
sinin  azalması, suvarma suyunun qıtlığı, ekoloji vəziyyə-
tin  kəskinləşməsi,  baş  verən  iqlim  dəyişiklikləri  və  təbii 
fəlakətlər  ərzaq  problemini  qlobal  məsələ  kimi  ön  plana 
çəkmişdir. Bununla əlaqədar 1996-cı ildə “Ümumdünya 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə