Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

135
 
 
plekslərinin  yaradılması  və  fəaliyyətinə  təsir  edən  mü-
hüm  amildir.  Lakin,  bunun  səmərəliliyi  təsərrüfat  əhə-
miyyəti,  iqtisadi  qiymətləndirmə  mexanizmi  vasitəsilə 
ictimai istehsalda xüsusilə emal və realizasiya prosesin-
də  tutduğu  mövqedən  asılıdır.  Planlaşdırma  və  məhsul-
dar  qüvvələrin  səmərəli  inkişafı  təsərrüfatın  idarə  edil-
məsində  əlverişli  variantların  seçilməsini  və  tətbiqini 
təbii  sərvətlərə  qiymət  qoyulmasının  ətraf  təbii  mühitin 
mühafizəsinə  dair  dövlət  qərarlarını  həyata  keçirməyi 
tələb edir. Bu baxımdan mineral sərvətlərin iqtisadi qiy-
mətləndirilməsinin  əhəmiyyətli  olması,  xərc  və  əmək 
sərfi  nəzərə  alınmaqla  nəinki  iqtisadi  səmərə  almaqda, 
eləcə  də  geoloji  mühitin  normal  inkişafına  şərait  yarat-
maqda özünü göstərir. 
 
2. İqtisadi problemlərin həllində ekoloji problemlərlə 
əlaqənin nəzərə alınması 
 
Müasir dünya  təsərrüfatında  yeni növ  məhsulların 
istehsalı artmışdır. Son 30 il ərzində inkişaf etmiş səna-
ye ölkələrində əvvəllər istehsal olunmayan yeni məhsul 
növləri buraxılmışdır ki, bu da ümumi məhsul çeşidinin 
50 %-nə bərabərdir. Bu istiqamətdə kimya və energetika 
sənayesi xüsusi əhəmiyyət kəsb edir. Məhz dünya təsər-
rüfat  sistemində  energetikanın  belə  artımı  insanın  ətraf 
mühitə təsirini gücləndirir.  
Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-
yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər, 
ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-


136
 
 
yəti  olan  texnika  və  texnologiyadakı  dəyişikliklərdə  öz 
əksini  lazımi  səviyyədə  tapmamışdır.  Nəticədə  bütün 
dünyada  təbiətdən  istifadənin  bir  sıra  yeni  problemləri 
ortaya  çıxmış  və  ənənəvi  köhnə  problemlər  kəskinləş-
mişdir. İstehsalın və emalın sürətlə artması ilə əlaqədar 
olaraq  tullantıların  həcminin  kəskin  surətdə  artması,  ət-
raf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulma-
sına gətirib çıxara bilər. Ətraf mühitin yolverilməz dərə-
cədə çirklənməsinin səbəbi həm də müasir istehsalın sü-
rətidir.  Beləliklə,  təbiətlə  cəmiyyətin  qarşılıqlı  münasi-
bəti  mahiyyətcə  dəyişərək  mürəkkəbləşmiş  və  daha  ge-
niş məna kəsb etmiş, qlobal  əhəmiyyət almışdır. 
Problemin  ziddiyyətli  xarakteri  həm  də  onunla 
izah olunur ki, hazırda təbiətlə insan cəmiyyəti arasında-
kı  qarşılıqlı  əlaqə  müxtəlif  sosial-iqtisadi  sistemlərin 
differensiasiyası  şəraitində  gedir.  Sənayenin  tərəqqisi, 
onun təbii ehtiyatlardan istifadə edən sahələrinin sürətli 
inkişafı ilə əlaqədardır. Hazırda dünya ölkələrində neft, 
kömür, dəmir filizi, polad, koks, sement, mineral gübrə-
lər,  meşə  materialları  istehsalı,  suyun  istifadəsinin  həc-
mi  və  becərilən  torpaq  sahələri  geniş  miqyas  almışdır. 
Lakin,  inkişaf  etmiş  ölkələrdən  fərqli  olaraq  Respubli-
kamızda  istehsal  həcminin  milli  gəlirə  çevrilməsi  sahə-
sində  əldə  olunan  nəticələr  hələ  aşağı  səviyyədədir.  İs-
tehsala  cəlb  edilən  təbii  ehtiyatların  səmərəli  istifadə 
olunması bir tərəfdən milli gəlirin çoxalmasına, digər tə-
rəfdən isə xammalın, yanacağın qənaətlə istifadəsinə şə-
rait yarada bilər. 
Təbii ehtiyatların səmərəli istifadəsinin mühüm 


137
 
 
problemlərindən  biri,  təbii  sərvətlərin  istifadə  xüsu-
siyyətləri, istifadə dərəcəsi və əmək ehtiyatlarının is-
tifadəsi arasındakı qarşılıqlı əlaqədir. Bəzən belə olur 
ki,  istehsalın  bir  sahəsinin  inkişafı  nəticə  etibarı  ilə  bü-
tövlükdə ölkənin təsərrüfat kompleksi üçün zərərli nəti-
cə  verir.  Məsələn,  mineral  gübrələrin  və  pestisidlərin 
tətbiqi  yüksək  iqtisadi  səmərə  verir.  Lakin,  bütün  dün-
yada olduğu kimi Respublikamızda da mədəni bitkilərin 
mineral gübrələrin tərkibindəki maddələri mənimsəməsi 
40  %  təşkil  edir.  Onların  qalan  60%-i  torpaqdan  yuyu-
laraq qrunt sularına, su təchizatı obyektlərinə daxil olur. 
Nəticədə  su  mənbələri  çirklənməyə  məruz  qalır.  Belə 
çirklənmə nisbətən sağlam təbiətə malik regionlarda bu-
laqların,  müalicə  xarakterli  obyektlərin,  torpaqların  ya-
rarsızlaşmasına  gətirib  çıxarır.  Nəticədə  bu  itki  çox 
vacib sosial-iqtisadi zərərlə nəticələnir. 
Hazırkı  şəraitdə  təbii  ehtiyatlardan  istifadə  də  hər 
hansı  bir  sahə  başqa  sahələr  üçün  rəqabət  olmamalıdır. 
Təbii  və  əmək  ehtiyatları  vəhdət  təşkil  etməli,  onların 
inkişafına bir-birindən ayrı baxılmamalı və səmərəli əla-
qələndirilməlidir. 
Təbii  sərvətlərin  təkrar  istehsalı,  müxtəlif  faydalı 
qazıntı ehtiyatlarının tükənməsinin, ətraf mühitin zərərli 
tullantılarla çirklənməsinin qarşısını alır. Həmçinin tək-
rar istehsal, ehtiyatlardan səmərəli istifadəyə şərait yara-
dır.  Hesablamalar  göstərir  ki,  sənayedə  hər  bir  damcı 
yanacağa qənaət etmək ildə ton yarım məhsula bərabər-
dir. Bir ton tullantı halında atılan yağ yenidən emal edil-
sə, 700-800 kq təmiz sürtgü yağı alına bilər.  


138
 
 
Metala olan tələbatın ödənilməsində metalların tək-
rar  emalı  və  istifadəsi  mühüm  yer  tutur.  Hazırda  bütün 
dünyada  olan  metalın  30  %-ə  qədəri  təkrar  emal  hesa-
bında,  yəni,  əvvəllər  istifadə  olunmuş,  sonra  isə  yarar-
sızlaşmış  məmulatın  metalı  hesabına  ödənilir.  Metalla-
rın dövri istifadəsi, yəni uzun müddət müxtəlif məqsəd-
lərə xidmət etməsi həyata keçirilir ki, bu da bir tərəfdən 
metala  qənaətə,  digər  tərəfdən  də    ətraf  mühitin  metal 
tullantıları ilə çirklənməsinin qarşısını almağa imkan ya-
radır.  
Faydalı  qazıntıların  çıxarılması  və  texnologiyası 
üçün  kompleks  və  tam  çıxarılma  üsulları  hazırlanmalı, 
sənayedə və tikintidə tullantılara ikinci ehtiyat, xammal 
mənbəyi, materialı kimi  yanaşılmalıdır. Sənaye müəssi-
sələrinin  tullantılardan  qiymətli  elementlər  (məs.,  ger-
manium)  əldə  etmək  mümkündür.  Bəzi  alüminium  za-
vodlarında elektrotexnikanın tətbiqi nəticəsində qarşıda-
kı bütün komponentlər ayrılır, təkrar istehsal üçün əlavə 
xammal  əldə  edilir.  Hesablamalar  göstərir  ki,  müasir 
texnologiya  faydalı  qazıntı  yataqlarının  ümumi  ehtiyat-
ların  30-50%-ni  istifadə  etməyə  imkan  verir.  Deməli, 
yataqlardakı metal, neft və digər faydalı qazıntıların çıxa-
rılması zamanı  yarıdan çoxu  yerin təkində qalır. Çıxarı-
lan  filizin  bir  hissəsi  onun  ilkin  emalında,  xüsusilə  saf-
laşdırma  prosesində,  sonradan  əridilmədə,  məmulatlar 
hasilatında və s. itir. Belə itkilərin qarşısı alınarsa, meta-
la tələbatı təmin etmək və ehtiyatlara qənaət etmək olar.  
Tullantılar (bərk, qaz və maye halında olan qalıq-
lar) özü də xammal sayılır. Məsələn, kanalizasiya sula-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə