Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

119
 
 
dikcə  artan  maddi,  mədəni  və  estetik  tələblərinin  təmin 
olunması,  insanların  istirahətinə  yaxşı  şərait  yaratmaq 
məqsədilə  təbii  sərvətlərdən  (torpaq,  faydalı  qazıntılar, 
su, bitki və heyvanlar aləmindən təbiətin və insan əmə-
yinin  abidələrindən)  planlı  surətdə  istifadə  edilməli  və 
təbii ehtiyatlar qayğı ilə qorunmalıdır. 
Son illərdə Azərbaycan hökuməti tərəfindən bu is-
tiqamətdə qərarlar qəbul olunmuş, onun icra mexanizmi 
işlənib hazırlanmışdır. Həmçinin, Respublikada təbiətin 
qorunması  tədbirlərinin  həyata  keçirilməsinə  nəzarəti 
gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdırmaq, 
tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli 
təsirini aradan qaldırmaq məqsədilə təşkilati-texniki təd-
birlərin  hazırlanıb  həyata  keçirilməsi  nəzərdə  tutulmuş-
dur. Eyni zamanda sənaye müəssisələri və qurğuları, di-
gər  kənd  təsərrüfatı  obyektləri  tikintisi  və  yenidən  qu-
rulması layihələrinə xarici investisiyaların cəlb olunma-
sı,  ekoloji  tələblərə  əməl  edilməsi  məsələlərinə  xüsusi 
diqqət yetirilmişdir. Bu tədbirlər, bazar iqtisadiyyatı şə-
raitində  Respublikada  təbiətin  qorunmasına,  onun  sər-
vətlərindən  xalqın  xeyrinə  səmərəli  istifadə  olunmasına 
şərait yarada bilər. 
 
5. Meşə ehtiyatları 
 
 İnsan  həyata  qədəm  qoyduqdan  sonra  ilk  dəfə 
istifadə  etdiyi  təbii  ehtiyatlardan  biri  meşə  olmuş-
dur.  Əkinçiliyin  keçmiş  inkişaf  tarixi  meşələrin  məhv 
edilməsi tarixi ilə bağlıdır. Sərvətlər içərisində meşə sər-
vətləri  mühüm  yer  tutmaqla,  xalq  təsərrüfatında  və  in-
sanların  həyatında  mühüm  əhəmiyyət  kəsb  edir.  Meşə-
lər  havanın  təmizlənməsində,  torpağın  eroziyadan 


120
 
 
qorunmasında,  yağış  və  qar  sularının  torpaqda  top-
lanmasına  kömək  edir.  Dünyanın  yer  səthinin  1/3-i 
meşələr təşkil edir. 
 Coğrafiyaçıların  məlumatına  görə  1990-cı  ildə 
Qərbi Avropanın 70%-i meşə ilə örtülü olmuşdur, hazır-
da isə bu rəqəm 25%-dir.  
Cədvəl 7. 
Dünyada meşələrin yerləşməsi aşağıdakı kimi 
olmuşdur 
 
Ərazilər 
Meşə 
sahəsi 
(mln ha) 
Bütöv meşə 
örtüyü 
(mln ha) 
Adambaşına 
(ha)
 
Ərazinin 
meşəliyi 

Oduncaq 
ehtiyatı 
mlrd m

MDB 
940 
755 
2,2 
35 
84 
Avropa 
195 
150 
0,3 
27 
19 
Asiya 
660 
500 
0,2 
19 
55 
Afrika 
1140 
545 
0,9 
18 
56 
Şimali Amerika 
750 
455 
1,7 
25 
53 
Cənubi 
Amerika 
1260 
970 
2,2 
48 
110 
Avstraliya və 
Okeaniya 
180 
70 
0,5 


Dünya üzrə 
5125 
3445 
0,6 
27 
348 
 
Yer kürəsində qarışıq və sıx yarpaqlı meşələrin sa-
həsi  50-60%-dən  də  artıq,  Aralıq  dənizi  kserofil  tipli 
meşələr  80%,musson  meşələri  isə  90%-  dan  da  çox 
azalmışdı.  Dünyada  tropik  meşələrin  dəqiqədə  20  ha-ı 
məhv olur. Meşələrin qorunması üçün həyəcan təbili ça-
lınır:  oksigen,  torpağın  əmələ  gəlməsi,  su  rejiminin  ni-
zamlanması  üçün  ciddi  tədbirlər  həyata  keçirilməsi  va-
cibliyi ön plana çəkilir. 
Azərbaycanda 1 mln ha meşə sahəsi vardır (11%). 
Hər  il  30-32  min  m
3
  oduncaq  qırılır.  Hazırda  dünyada 


121
 
 
5,1 mld ha meşə sahəsi vardır. 
Meşələrin qırılması ilə su rejimi dəyişir, səthi axım 
artır. Bu  isə çox vaxt  ərazinin bataqlıqlaşmasına ,ot ör-
tüyünün dəyişməsinə səbəb olur.  
Meşə  ehtiyatları  və  ondan  istifadə  Azərbaycan 
Respublikası  “Meşə  Məcəlləsi”  haqqında  qanunla 
(31.XII.1997-ci  il)  tənzimlənir. Meşə fondunun  müha-
fizəsi dövlət tərəfindən  həyata keçirilir. 
Bu məqsədlə aşağıdakı tədbirlər görülür: 
-
 
meşə    fondunun  vəziyyətinə,  istifadəsinə,  müha-
fizəsinə,  qorunmasına,  meşələrin  bərpasına  nəzarətin 
təşkili; 
-
 
meşə  fondundan  istifadə  edilməsi,  onun  mühafi-
zəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının 
qarşısının alınması, onların aradan qaldırılması; 
-
 
təqsirkar  fiziki  və  hüquqi  şəxslərin  qanunverici-
liklə  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb  edil-
məsi; 
-
 
meşə fonduna zərər vuran təsərrüfat və başqa fəa-
liyyət  növlərinin  məhdudlaşdırılması,  dayandırılması, 
qadağan edilməsi; 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi. 
 
6. Bioloji ehtiyatlar və onların mühafizəsi 
 
Bioloji ehtiyatlar təbii bitki və heyvanat aləmini 
əhatə edir. Bunlar insanın  maddi tələbatını ödəmək im-
kanına malik ehtiyatlardır. 
Bioloji ehtiyatlar təbii bitki – meşələr, biçənək-
lər, dərman bitkiləri, meyvələr, yabanı bitkilər, oke-
anlardakı  bitkilər,  heyvanlar  -  insan  tələbatını  ödə-


122
 
 
yir.  Bioloji  ehtiyatlar  insan  tələbatını  ödəməklə  yeyinti 
sənayesinin inkişafında mühüm rol oynayır. 
Dünyanın  bioloji  müxtəlifliyi  və  ya  canlı  orqa-
nizmlərin  müxtəlifliyi  ekoloji,  genetik,  sosial  iqtisadi, 
elmi - tədris, mədəni rekreasiya və estetik baxımdan bö-
yük  əhəmiyyət  kəsb  edir.  Bioloji  müxtəliflik  biosferin 
təkamül  həyatiliyinin  təmin  olunması  sisteminin  saxla-
nılması üçün mühüm hesab edilir. Bioloji müxtəliflik üç 
kateqoriyaya  ayrılır.  1)  növ  müxtəlifliyi,  2)  genetik 
müxtəliflik,  3)  ekosistemin  müxtəlifliyi,  yəni  yaşayış 
yerinin, biotik qruplaşmaların və biosferdə gedən ekolo-
ji proseslərin müxtəlifliyi. 
Növ  müxtəlifliyi  -  konkret  ərazidə  növlərin  sayı 
və  onların  fərdlərinin  rastlaşma  dərəcəsini  əks  etdirir. 
Alfa, betta və qamma müxtəlifliyinə ayrılır. Alfa müxtə-
liflik  –  müəyyən  ekosistemdə  növlərin  sayı,  betta 
müxtəliflik - müəyyən vilayətin bütün biotalarında növ-
lərin  sayı,  qamma  müxtəliflik  alfa  və  betta  müxtəliflik-
lərini birləşdirən göstəricidir. 
Genetik  müxtəliflik    olduqca  böyük    olub  növlər 
arasında  genlərin  variasiyaları  deməkdir.  Genetik  ba-
xımdan növün dəyəri onun digər növlərdən nə dərəcədə 
seçilməsi ilə təyin olunur. Hər hansı bir növün  populya-
siyasi öz arealı daxilində  qalmaqla  yanaşı, ona həm də 
yeni  yaşama  şəraitində  rast  gəlinir  və  müxtəlif  ekoloji 
sığınacaqlara yiyələnərək  çoxalması üçün müxtəlif yer-
lərdən  istifadə  edir.  Bu  zaman  ekoloji  müxtəliflik  baş 
verir. 1996-ci  ildə  Bonn  Universitetində  “Qlobal  bio-
müxtəliflik”  xəritəsi  tərtib  olunmuşdur.  Bu  xəritəyə 
əsasən  fitomüxtəliflik ekosferdə fundamental rol oyna-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə