Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

139
 
 
rında  gübrə  kimi, çirkab  suların  müvafiq təmizləmələr-
dən  sonra  yenidən  istifadə  edilməsi,  havaya  buraxılan 
milyon  tonlarla  qazların  istifadəsi  mühüm  problemlər-
dən  biridir.  Sənaye  və  kənd  təsərrüfatı  mənşəli  tullantı-
ların təkrar istehsalı ölkəyə milyard manatlarla əlavə gə-
lir verməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qar-
şısını ala bilər. 
 
3.Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun 
tənzimlənməsi 
 
Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii var-
lıqların (sərvətlərin), insanların istehlak rifahı üçün tələb 
olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii 
sərvətlərdən  istifadə  etməli  və  öz  fəaliyyəti  ilə  təbiətə 
təsir göstərməlidir. 
Cəmiyyətin  inkişafında  təbii  mühit  müsbət  və 
mənfi rola malikdir.  Təbii şərait  əlverişli  olan ərazi-
lərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait 
yaratmaqla yanaşı, təbii ehtiyatların istehsal dövriy-
yəsinə  cəlb  olunması  daha  da  intensivləşir.  Əksinə  
təbiəti  sərt  iqlim  şəraitinə  malik  olan  ərazilərdə  daimi 
donuşluğun olması yeraltı və yerüstü təbii sərvətlərin is-
tehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin 
səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tari-
xən  Avropa  ölkələrində  təbii  mühitin  əlverişli  olması 
bütün dövrlərdə mütəmadi ehtiyatların səmərəli istifadə-
sinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişa-
fına  təsir  göstərmişdir.  Əksinə  Şərqi  Sibir,  Qərbi  Sibir 
və Uzaq Şərqdə və digər ərazilərdə təbii mühitin sərt və 


140
 
 
daimi donuşluğun olması bu ərazilərdə olan təbii resurs-
ların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, 
əhali məskunlaşmasını və  yeni sənaye şəhərlərinin baş-
qa ərazilərlə müqayisədə inkişafını ləngitmişdir. Təbiət-
lə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq 
olunması müasir elmin qarşısında duran vacib problem-
lərdəndir. 
Təbiətlə  cəmiyyət  arasındakı  qarşılıqlı  münasibəti 
məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsini  nəzərə  alma-
dan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanla-
rın bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai  
münasibətlərə  daxil  olduğunu  dərk  etmədən  başa  düş-
mək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə 
təsir göstərmirlər, eyni zamanda onlar  bir-birinə tə-
sir  göstərirlər.  Yalnız  istehsal  prosesində  insanlar 
müəyyən  əlaqə  və  münasibətlər  şəraitində  təbiətə  təsir 
etməklə özləri üçün lazım olan maddi nemətlər istehsa-
lına şərait yaratmaq imkanlarına malik olurlar. 
Təbii  mühitin  cəmiyyətə  və  onun  məhsuldar 
qüvvələrinə təsir göstərdiyi kimi, təsərrüfat sahələri-
nin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik 
bütün  dövrlər  üçün  sabit  olmayıb,  məhsuldar  qüvvələr 
inkişaf  etdikcə  və  ictimai  quruluş  dəyişdikcə  o  da  tək-
milləşir və formalaşır. 
Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin 
dinamik  inkişafında  mühüm  rol  oynamışdır. Cəmiy-
yətlə  təbiətin  inkişafının  ilkin  mərhələsində  (ən  qədim 
insanlar) yalnız təbiətin hazır məhsullarından istifadə et-
mək imkanlarına (balıq və meşədə olan heyvanları ovla-
maq,  yabanı meyvələrdən və s. istifadə edirdilərsə) ma-


141
 
 
lik idilərsə, sonrakı inkişaf dövründə həmin əlaqələr ye-
ni forma və məzmun alır. Bu səbəbdən də “təbiət və cə-
miyyət”  problemləri  ilə  məşğul  olan  mütəxəssislərdən 
biri  olan  Y.P.Tursovun  fikrincə,  təbiətlə  cəmiyyətin 
qarşılıqlı  dinamik  inkişaf  dövrü  aşağıdakı  bir  neçə  
mühüm mərhələ  ilə səciyyələnir: 
1.
 
Qədim dövr  - bu dövr əsasən insanın təbiətdən 
bir növ asılı olan dövrü kimi şərh olunur. Bu dövrlərdə 
insanın  ümumi  dünya  görüşü  səthi  olduğundan  və  elm 
bir o qədər inkişaf etmədiyindən təbii mühitin qanunauy-
ğunluqlarını dərk etməkdə çətinlik çəkirdi. Istehsal olu-
nan  məhsullar  sadə  alətlər  vasitəsilə  həyata  keçirilirdi. 
Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı; 
2.
 
İkinci  mərhələ  iqtisadi  cəhətdən  (sənayeyə  qə-
dərki  olan  dövr)  qədim  və  orta  əsrlər  dövrünü  əhatə 
etməklə əkinçiliyin inkişafı dövrü kimi  xarakterizə olu-
nur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin ge-
nişləndirilməsi  və  ondan,  təsərrüfat  sahələrindən  öz 
məqsədlərinə  uyğun  istifadə  etməsi,  sənətkarlığın  mey-
dana  gəlməsi,  nəqliyyatın  primitiv  vasitələrinin  (qoşqu 
və  yaxud  heyvanların  gücünə  əsaslanan)  dövriyyəyə 
cəlb  olunması,  yeni  yaşayış  məskənlərinin  yaradılması 
mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət 
bu  mərhələdə  ondan  ibarətdir  ki,  insan  cəmiyyəti  artıq 
heyvanların əzələ enerjisindən, küləyin və suyun gücün-
dən  istifadə  etməklə  enerji  almaq  imkanlarına  malik 
olurlar.  Enerji  istehsalının  meydana  gəlməsi  insanın  tə-
biətə təsirini əvvəlki dövrlərə nisbətən artırır; 
3.
 
Cəmiyyətin  inkişafının  üçüncü  mərhələsi  səna-
ye  mərhələsi  kimi  səciyyələnir.  Bu  mərhələ  insan  cə-


142
 
 
miyyətinin  yüksək  səviyyədə istehsal vasitələrinin inki-
şafı  sayəsində  təbii  mühitə  və  təbii  ehtiyatlara  intensiv 
təsir  göstərən  mərhələsi  kimi  qiymətləndirilir.  Bu  mər-
hələdə  insan  cəmiyyəti  təbiətə  təsiri  gücləndirməklə 
yüksək səviyyədə  maddi nemətlər istehsalına şərait  ya-
radır.  Yer  kürəsinin  regionlarda  təbii  ehtiyatlardan  isti-
fadəsi artdıqca insanın maddi rifahının yaxşılaşdırılması 
və  insan  cəmiyyəti  tam  şüurlu  surətdə  təbiətin  qanu-
nauyğunluqlarını dərk edir. Ehtiyatlar potensialından is-
tifadə  etməklə  təbii  mühitin  mühafizəsi  məsələlərini  ön 
plana çəkir. 
Məlumdur  ki,  təbiətlə  cəmiyyət  arasında  qarşılıqlı 
əlaqə  mövcuddur. Bu  əlaqə  cəmiyyətdə  təbiətin,  əskik-
liklərin vəhdəti və mübarizəsi qanununa müvafiq inkişaf 
edir.  İnsan  cəmiyyəti  özünün  spesifik  sosial  qanunları 
əsasında təbiətə  təsir  göstərir.  Buna  görə  də  insanla tə-
biət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.  
Elmi-texniki inqilab, insanların getdikcə artan tələ-
batının ödənilməsi məqsədilə, onların təbiətə təsir dairə-
sini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi tək-
cə  biosfer,  hidrosfer,  litosfer  və  atmosferlə  məhdudlaş-
mayaraq, kosmik fəzaya da nüfuz etdi. 
Ümumi bəşəri tərəqqi  – təsərrüfat sahələrinin nis-
bətində,  məhsuldar  qüvvələrin  tərkibində,  texnika  və 
texnologiyada,  məhsulların  növ  tərkibində,  istehsal  is-
tehlakı  və  şəxsi  istehlakında,  keyfiyyət  dəyişikliyində 
müşahidə olunur. 
Nəticədə nəinki insanın təbii proseslərə  müdaxilə-
sinin  xarakteri,  həm  də  bu  müdaxilənin  nəticəsinin  xa-
rakteri  dəyişir.  Sərvətlərdən  istifadə  edərkən  insan  eko-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə