Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycan torpaqlarının Hülakülər dövətinin tərkibinə qatılması



Yüklə 453,92 Kb.
səhifə22/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
1.Azərbaycan torpaqlarının Hülakülər dövətinin tərkibinə qatılması.
2. Qaraqoyunlu dövləti.
3. Ağqoyunlu dövləti.
4.Səfəvilər dövləti.
5.Nadir şah və Xanlıqlar.
6. Rus-Qacar müharibələri və Azərbaycanın bölüşdürülməsi.
XIII əsrin əvvəllərində, 1206-cı ildə Mərkəzi Asiyada Çingiz xanın (1206-1227) başçılığı ilə Monqol dövləti yarandı. Monqollar tez bir zamanda geniş əraziləri tutdular. Monqol yürüşü ərəfəsində Azərbaycanda zəifləmiş Eldənizlər və Şirvanşahlar dövlətləri mövcud idi. Marağada isə Rəvvadi Ağsunquri nəsli (1108-1227) hakimiyyətdə idi. Monqollar tərəfindən Azərbaycana 3 yürüş təşkil olunmuşdur. I yürüş (1220-1222) Cəba və Sabutay Kəşfiyyat məqsədi Ölkənin iqtisadi, mədəni-ictimai sahələrinə ağır zərbə vuruldu, feodal pərakəndəliyi daha da gücləndi. II Yürüş (1231-1239) Cormağun noyon Azərbaycanda möhkəmlənmək Bütün Azərbaycan monqollar tərəfindən işğal olundu və Ali monqol xaqanının təyin etdiyi canişinlər vasitəsilə idarə etməyə başlandı. III Yürüş (1254-1256) Hülakü xan Müstəqil hakimlərini itaətə gətirmək Azərbaycan tamamilə Hülakülər dövlətinin tərkibinə qatıldı və bir əsrədək Hülakülər tərəfindən idarə olunmağa başlandı.
Monqollar tərəfindən ölkəsi işğal edilmiş Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin 1225-ci ildə Azərbaycana yürüş etdi. Marağam tutan Cəlaləddin əhalinin rəğbətini qazanmaq üçün şəhərdə bərpa işlərinə başladı. O, Marağadan Təbrizə hərəkət etdikdə Atabəy Özbək Gəncəyə, oradan da Əlincə qalasına qaçdı. Atabəy Özbəyin ölümü ilə 1225-ci ildə Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə Cəlaləddinin Azərbaycanda ağalığına son qoyuldu.
1256-cı ildə Azərbaycan tamamilə Hülakülər (Elxanilər) dövlətinin tərkibinə qatıldı və bir əsir onun tərkibində qaldı (1256- 1357). Azərbaycan torpaqlarının tamamilə Hülakülər dövlətinin tərkibinə qatılmasının böyük əhəmiyyəti var idi. Belə ki, Hülakülər dövlətinin təsisi və uzun müddət mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına, onun hüdudlarındakı sabitliyə, dilinə müsbət təsir göstərdi. Hülakü dövlətində Azərbaycan mühüm yer tuturdu. 1258-ci ildə Bağdadı ələ keçirən Hülakü xan 500 ildən artıq hökm sürən Abbasilər xilafətini süquta uğratdı. Yeni işğal edilmiş ərazilərdə beşinci monqol ulusu - Hülakülər (Elxanilər) dövləti (1258-1357) yarandı. Azərbaycan yeni dövlətin mərkəzinə çevrildi. Hülakülər dövlətinin paytaxt şəhərləri Marağa, Təbriz və Sultaniyyə olmuşdur. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Dövlət uzun müddət Azərbaycandan - Təbrizdən idarə olundu. Elxanilər dövlətinin ilk hökmdarı olmuş Hülakü xanın hakimiyyəti dövründə: Hərbi-köçəri əyanların tez-tez baş verən qiyamlarını yatırmaqla geniş əraziyə malik iqtisadi cəhətdən güclü və mərkəzləşmiş dövlət yaratdı. Qazan xan baş vəziri Fəzlullah Rəşidəddinlə birlikdə dini, torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. O, islam dinini qəbul edərək yerli əhalinin dəstəyini qazandı. Qazan xanın islahatları maliyyə-vergi sistemini nizamlamağa yönəlmişdi. O, dövlət xəzinəsini sabit və davamlı gəlir mənbələri ilə təmin etməyə çalışırdı. Bunun üçün monqol əyanlarının özbaşınalığına son qoymaq, monqol döyüşçülərinə torpaq paylamaqla onları yaşayış vasitələri ilə təmin etmək lazım idi. Qazan xanın islahatları nəticəsində:əhalinin v
XIV əsrin 80-ci illərində İran və Azərbaycan Orta asiya hökmdarı Teymurun və Qızıl Orda hökmdarı Toxtamışın hərbi yürüşlərinə məruz qaldı. əziyyəti nisbətən yüngülləşdi; iqtisadiyyatda canlanma baş verdi. Əmir Teymurun Azərbaycana yürüşləri Birinci “üçillik” yürüş (1386-1387) yürüşü İkinci “beşillik” yürüş (1392-1397) Üçüncü yürüş (1399).
Toxtamış xanın Azərbaycana yürüşləri Birinci yürüşü (1385) İkinci yürüşü ( 1387) Üçüncü yürüş (1392).
Azərbaycan torpaqlarının Cəlairilər dövlətinin hakimiyyəti altına düşməsi Cəlairilər Hülakü xanın yürüşü dövründə gəlmiş monqol qəbiləsi idi. Cəlairilərin görkəmli nümayəndəsi Böyük Həsən - Şeyx Həsən Cəlairi (1340-1354) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini yaratmışdır. Şeyx Həsən Cəlairidən sonra hakimiyyətə Şeyx Üveys (1354-1374) gəldi. Şeyx Üveys hakimiyyəti dövründə:1. 1357-1358-ci illərdə Qızıl Orduluların Azərbaycanı tərk etməsindən istifadə edərək Azərbaycana yürüş edərək Təbrizi tutdu və Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı. 2.1367-ci ildə Şirvan ərazisini tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə