Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycan Səlcuq imperiyası tərkibində



Yüklə 453,92 Kb.
səhifə20/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
4. Azərbaycan Səlcuq imperiyası tərkibində
XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş bir ərazidə Böyük Səlcuq imperatorluğu yarandı. Səlcuqların adı oğuz türklərinin Qınıq tayfasından olan türk sərkərdəsi, X əsrdə islam dinini qəbul etmiş Səlcuqla bağlıdır. 1038-ci ildə paytaxtı Nişapur olan ilk Səlcuq dövlətini yaratdılar. I Toğrul (1040-1063) sultan elan edildi. 1040-cı ildə Dəndənəkan döyüşündə qəznəvilərin ordusu darmadağın edildi. Mərv qurultayında (1042) Qərbə və Şərqə doğru yeni hərbi yürüşlərə başlamaq qərara alındı. 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Reyə köçürüldü.
Səlcuqların Azərbaycana yürüşü aşağıda göstərilən istiqamətlərdə oldu. Qərbi İranla birlikdə Azərbaycanın bəzi hissələrini də ələ keçirən İbrahim Yi- nalın başçılıq etdiyi Səlcuq qoşunu Dəclə çayının sahillərinə çıxdı. Gilanı - Xəzərin cənubunu tutan Kutalmışm başçılıq etdiyi Səlcuq qoşunu isə Arazı keçib Arana daxil oldu. Kutalmış burada Şəddadilərlə birləşib Bizans qoşunlarına qarşı uğurlu əməliyyata başladı. Şərqi Anadoluda əməliyyata başlayan Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci ildə Bizansa ağır zərbə endirdilər. Beləliklə Xarəzmi, Qərbi İranı, Azərbaycanı və İraqı ələ keçirən səlcuqlar böyük bir imperatorluq yaratdılar.1055-ci ildə Bağdada daxil olan Sultan Toğrulu Abbasilər xəlifəsi “Şərqin və Qərbin hökmdarı” elan etdi.Cənubi Qafqazın müsəlman əhalisi səlcuqlara xristianlara qarşı mübarizədə müttəfiq kimi baxırdılar.1054-cü ildə Rəvvadi hökmdarı Vəhsudan müqavimətin əbəs olduğunu görərək Səlcuqlara tabe oldu. Xoy və Salmas şəhərlərində əhalinin səlcuqlara qarşı müqaviməti isə heç bir nəticə vermədi.1066-ci ildə Səlcuq sərkərdəsi Qaratəkin Şirvanşah I Fəriburzu asılı vəziyyətə salıb onu Şirvanşah titulundan məhrum etdi. Şirvanşahlar dövlətinin asılı hala salınması Azərbaycanın, bütünlüklə Səlcuq imperatorluğunun tərkibinə qatılması demək idi. Səlcuqlar dövründə meydana gələn yeni torpaq mülkiyyəti forması uc torpaqları idi. Uc torpaqları imperiyanın ucqarlarını-sərhədlərini qoruyan sərkərdələrə paylanmış torpaqlara deyilirdi. Əhali xərac, uşr (üşür), cizyə, zəkat, nal bahası, alaf və başqa vergilər ödəyirdi. Səlcuq dövləti XI əsrin sonlarında tənəzzülə başladı. Tənəzzülün əsas səbəbləri bunlar idi:1.natural təsərrüfatın hökmranlığı şəraitində əmtəə-pul münasibətlərinin zəif inkişafı; 2.əyalət hakimlərinin güclənməsi; 3.xalqların azadlıq mübarizəsi; 4.I Xaç yürüşü (1096-1099) nəticəsində Aralıq dənizinin Kiçik Asiya, Suriya, Fələstin sahillərində bir sıra mühüm ərazilərin itirilməsi. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti dövründə (1118- 1157) imperiya faktik olaraq parçalandı. Yeni dövlətlərə Səlcuq şahzadələrinin tərbiyəçiləri olan atabəylər başçılıq edirdilər.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə