Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycanın xilafətin tərkibinə daxil edilməsi



Yüklə 453,92 Kb.
səhifə16/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   12   13   14   15   16   17   18   19   ...   40
Azərbaycanın xilafətin tərkibinə daxil edilməsi.
642-ci ildə Həmədan və Nəhavənd döyüşündə Sasaniləri növbəti dəfə məğlubiyyətə uğradan ərəblər Azərbaycanın cənub torpaqlarının hakimi İsfəndiyarı Ərdəbil yaxınlığında məğlub edərək əsir götürdülər. İsfəndiyar 644-cü ildə ərəblərlə sülh bağlamağa məcbur oldu. Sülhün şərtlərinə görə:

  1. Azərbaycan əhalisi imkan daxilində ərəblərə can vergisi - cizyə ödəməli idi.

  2. Qadınlar, uşaqlar, imkansızlar və b. cizyə ödəmirdilər.

  3. Ərəblərə tabe olmayıb ölkəni tərk etmək istəyənlər çıxıb gedə bilərdilər.

  4. Könüllü olaraq ərəb ordusunda xidmət edənlər vergidən azad olunurdular.

Ərəb qoşunları Muğanı tutduqdan sonra Xəzər sahili ilə Dərbəndə doğru hərəkət etdilər. Şirvan hakimi Şəhriyar ərəblərlə sülh bağladı. Dərbənddən şimalda yerləşən Bələncər yaxınlığında 643-cü ildə baş verən döyüşdə ərəblər xəzərlər tərəfindən məğlub edildilər və ərəb sərkərdəsi Əbdürrəhman öldürüldü.. 653-cü ildə Bələncər yaxınlığında baş verən döyüşdə ərəblər yenə də xəzərlər tərəfindən məğlub edildilər və ərəb sərkərdəsi Salman öldürüldü.
Albaniyada Mehranilər sülaləsi ləğv edildikdən və Albaniya dövlətinin varlığına son qoyulduqdan sonra, VIII əsrdə Azərbaycan uğrunda başlayan Ərəb-Xəzər müharibələri fasilələrlə 100 ilə qədər davam etdi. 730-cu ildə 300 minlik böyük ordu ilə hücuma başlayan xəzərlər Savalan dağı yaxınlığında döyüşdə Ərəb ordusu üzərində parlaq qələbə qazandılar.
Azərbaycanda islam dininin yayılması xalqımızın mənəvi inkişafına və mədəni yüksəlişinə təkan verdi. İslamaqədərki mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət kəsb etdi.
Ərəblər işğal etdikləri əraziləri idarə etmək üçün Sasani mərzbanlıqlarına bənzər əmirlik sistemi (canişinlik) yaratdılar. Ərəblər tərəfindən Azərbaycanın cənub sərhədi Həmədan şəhəri, şimal sərhədi isə Dərbənd şəhəri müəyyən edildi. Azərbaycanda Ərəb xilafətinin əsas dayağı ordu və məmurlar aparatı. Ərəblər özlərinə etibarlı dayaq yaratmaq və əhalini ərəbləşdirmək məqsədilə köçürmə siyasəti həyata keçirir, on minlərlə ərəb ailəsini Azərbaycana köçürüb ən yaxşı torpaqlarda yerləşdirirdilər. Ancaq gəlmə ərəblər vaxt keçdikcə yerli əhalinin içərisində “əridilər”.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə