Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Ərəblərə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilik. Babək-



Yüklə 453,92 Kb.
səhifə17/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
Ərəblərə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilik. Babək-Azərbaycanda ərəb ağalığına qarşı xalq hərəkatının ən parlaq səhifələrindən biri Xürrəmilər hərəkatı idi. 60 ildən artıq davam edən bu hərəkat Ərəb xilafətinin hərbi-siyasi və iqtisadi əsaslarını sarsıtdı və onu iflasa məhkum Xürrəmilər bəşər tarixində Ilk dəfə olaraq zülmkarlara qarşı mübarizədə azadlıq rəmzi olan qırmızı bayraq qaldırmışdılar. Təsadüfi deyildir ki, ərəblər xürrəmiləri “müxəmmirə” (qırmızı geyinənlər), farslar isə “sürxələmlər” (qırmızı bayraqlılar) adlandırırdılar. Xürrəmilərin ilk çıxışları 778-ci ildə xəlifə Mehdinin (775-778-ci illər) dövründə baş vermişdi. Xürrəmilərin ikinci böyük üsyanı 808-ci ildə xəlifə Harun ər-Rəşidin (786-809-cu illər) dövründə baş verdi. Xəlifə üsyanı amansızlıqla yatırmış və 10 min üsyançı-xürrəmi qul edilərək satılmışdı. Bu dövrdə Xürrəmilər hərəkatının mərkəzi Savalan dağlarının cənub-şərq ətəklərində yerləşən Bəzz qalası idi. Ərdəbil xürrəmilərin ən çox məskunlaşdıqları şəhərlərdən biri sayılırdı. Sözügedən dövrdə Bəzz qalası uğrunda yerli feodallardan Cavidan ibn Səhl və Əbu İmran arasında qızğın mübarizə gedirdi. 816-cı ildə Cavidan döyüşdə Əbu İmranı öldürdü və aldığı yaralardan bir neçə gündən sonra özü də öldü. Bundan sonra Xürrəmilər hərəkatına Babək ibn Abdullah rəhbərlik etməyə başladı. Xürrəmilər hərəkatının ardıcılığı aşağıdakı kimi olmuşdur;-829 iyun I Həşdədsər döyüşü -830 I Həmədan döyüşü -833 II Həmədan döyüşü -833 – 842 Xəlifə Mötəsimin hakimiyyəti -835 Afşinin Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin edilməsi -836 II Həşdadsər döyüşü -837 Xəlifənin Afşinin köməyinə iki böyük ordu göndərməsi- 837 26 avqust Bəzz döyüşü -838 14 mart Babəkin Samirə şəhərində edam olunması. Uğursuzluqla nəticələnməsinə baxmayaraq Xürrəmilər hərəkatının böyük tarixi əhəmiyyəti var idi. İllərlə davam edən müharibədə xürrəmilər ərəblərə saysız hesabsız zərərlər yetirdi, ərəblər yarım milyona qədər əsgər itirdi və onlarla məhşur sərkərdəsi öldürüldü.
3. IX-XI əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlərinin yaranması. Şirvanşahlar dövləti. Ərəb xilafətinə daxil olan ölkələri bürüyən azadlıq hərəkatları, yerlərdə əyalət hakimlərinin güclənməsi IX əsrdə xilafəti zəiflətdi. Feodal münasibətlərinin möhkəmlənməsi ilə iri feodalların mövqeyi güclənir, əyalət hakimləri müstəqilləşirdilər. Mərkəzi hakimiyyət zəiflədikcə xilafətin ucqarlarında xırda feodal dövlətləri - əmirliklər yaranmağa başladı. Bu dövlətləri ayrı-ayrı sərkərdələr - keçmiş ərəb canişinləri idarə edirdilər. Belə bir şəraitdə Azərbaycan torpaqlarında bir-birinin ardınca Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər dövlətlərinin yaranması dövlətçiliyimizin bərpası baxımından çox əhəmiyyətlidir.
Ancaq yeni yaranmış dövlətlərdən heç biri uzunmüddətli sabitlik yarada bilmədiyindən IX-XI əsrlər Azərbaycan tarixində feodal dağınıqlığı və ara müharibələri dövrü kimi səciyyələnir.
Ərəb xilafətinin zəifləməsi gedişində yaranan dövlətlərdən birincisi Şirvanşahlar dövləti (861-1538) idi. Şirvan Azərbaycanın şimal-şərqində bir vilayət olub Dərbənddən Kür çayına qədər Xəzər sahillərindəki əraziləri əhatə edirdi. Mərkəzi Şirvan şəhəri idi. Bu əraziləri ərəb mənşəli Məzyədilər sülaləsi idarə edirdi.
Məzyədilərin nümayəndəsi Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə (786-809) Cənubi Qafqazın hakimi idi. Məzyədilər əvvəl Aranda paytaxtı Bərdə olan yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdılar. O zaman Bərdə Cənubi Qafqazda ərəb idarəçiliyinin mərkəzi idi. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncəni bərpa etdirib iqamətgahını buraya köçürmüşdü. IX əsrin sonlarında Aran, o cümlədən Bərdə Sacilərin əlinə keçdiyindən Məzyədilərin buradakı nümayəndələri də Şirvana köçdülər.
861-ci ildə Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulu daşımağa başladı. 917-ci ildə Lahicanşahlıq Şirvanşahlara birləşdirildi. 918-ci ildə Şirvanşah Əbu Tahir dövlətin paytaxtını Şirvan şəhərindən Şamaxıya köçürdü. Şirvanşahlar X əsrdə Qəbələni (981-982), Bərdəni (982), Şabranı (983) və ərəb mənşəli Haşimilər tərəfindən idarə edilən «Dəmir qapı» Dərbəndi (988) ələ keçirdilər. Onlar Dərbənd səddini və şəhərin qala divarlarını təmir və bərpa etdirib möhkəmləndirdilər. Dərbənddən sonra Xursan və Tabasaran Şirvanşahlar dövlətinə birləşdirildi. Şəki və Sənariyyə isə Şirvanşahlardan asılı vəziyyətə düşmüşdü.
Şirvanşahlar dövlətinin yaranması Azərbaycan ərazisində dövlətçiliyin dirçəlməsinə, Azərbaycan torpaqlarına olan hücumların dəf edilməsinə şərait yaratdığına görə mütərəqqi hadisə idi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə