Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə



Yüklə 453,92 Kb.
səhifə14/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə. Albaniyanı e.ə. I əsrdən başlayaraq hökmdar Aranın nəslindən olan yerli hökmdarlar, III-VI əsrlərdə isə Arşakilər sülaləsinin nümayəndələri idarə edirdilər. III əsrdə alban Arşaki nəslinin nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək vahid güclü dövlətə çevirdi. Arşakilər sülaləsi Albaniyanı müəyyən fasilələrlə 510-cu ilə qədər idarə etmişdir. Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını (226-651) qoydu. Bu vaxt Parfiya dövlətindən asılı olan Atropatena 227-ci ildə yenidən müstəqilliyini itirərək Sasanilər dövlətinin tərkibinə qatıldı. Atropatena Sasanilərin əsas vilayətlərindən birinə çevrildi. Atropatena Sasanilər dövründə də zərdüştiliyin dini mərkəzi idi.
260-cı ildə Sasani şahı I Şapur (241-272) Roma ordusunu məğlubiyyətə uğradaraq imperator Valerian əsir tutduqdan sonra qonşu ölkələrə ona tabe olmaq üçün məktublar göndərdi. Bu zaman albanlar və iberlər şahın məktubunu qəbul etmədilər. Həmin dövrdə Albaniyada hakimiyyətdə olan I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdu. Buna baxmayaraq, 262-ci ildə Albaniya Sasani imperiyasının tərkibinə daxil edildi. Albaniyanın Sasani imperiyasının tərkibinə daxil edilməsini I Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki məbədin divarında həkk etdiyi yazı da sübut edir. Nəqşi-Rüstəmdəki məbədin divarındakı yazıda Sasani dövlətinə daxil olan ölkələr arasında Albaniyanın da adı qeyd edilmişdir. 272-ci ildə, I Şapurun ölümündən sonra Albaniya yenə də əvvəlki kimi müstəqil xarici siyasət yeritməyə başladı. II əsrin əvvəllərində bir sıra qonşu dövlətlər Romanın təsiri altına düşsə də Albaniya müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Atropatenada Sasani dövlətində tətbiq olunan pəhləvi yazı sistemindən istifadə edilirdi. Azərbaycanın şimalında isə mənbələrə və arxeoloci materiallara görə V əsrin əvvəllərində 52 işarədən ibarət Azərbaycan-alban əlifbası mövcud idi. 1948-ci ildə Mingəçevirdə qazıntılar zamanı aşkar edilmiş qısamətinli epiqrafik abidələr bu yazının bir növü kimi qəbul edilə bilər. Mingəçevirdə qazıntılar zamanı aşkar edilmiş yazı 21 işarədən və 4 sətirdən ibarətdir. Buradan üzərində alban yazısı olan dördkünc ştamp da tapılmışdır.
III əsrdə alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqan (215-255) hakimiyyəti dövründə: • Albaniyanın bütün vilayətlərini birləşdirdi • Albaniyanı vahid güclü dövlətə çevirdi Arşakilər sülaləsi VI əsrin əvvəllərinədək Albaniyanın daxili müstəqilliyini əsasən qoruyub saxlamağa nail oldu. IV əsrdə, Sasani şahı II Şapurun hakimiyyəti (309-379) dövründə Albaniyada daxili vəziyyət mürəkkəbləşdi və Cənubi Qafqaz, o cümlədən Albaniya torpaqları Sasani və Roma imperiyaları arasında mübarizə meydanına çevrildi. Kiçik Asiyada – Van gölünün qərbində mövcu olan kiçik erməni çarlığı bu mübarizədə Roma ilə müttəfiqlik edirdi. Kiçik erməni çarlığı Azərbaycan torpaqlarını ələ keçirmək üçün xristianlığı yaymağı bir vasitəyə çevirdi. Bu məqsədlə Albaniyaya xristian təbliğçiləri göndərilirdi. Xristianlıq, əsasən Albaniyanın Paytakaran vilayətində təbliğ olunurdu.
IV əsrin ikinci yarısında Ön Asiya uğrunda Sasanilərlə Roma arasında mübarizə yenidən başladı. Ön Asiya uğrunda mübarizədə onlar arasında iki mühüm döyüş - Amid və Dizirav döyüşləri baş vermişdi. Roma ilə Sasani arasında Amid yaxınlığında döyüş 359-cu ildə başladı. Döyüşdə Albaniya hökmdarı Urnayr sasanilər tərəfindən vuruşurdu. Sasani şahı II Şapur qələbə qazanaraq xristian dininə qarşı təqibi gücləndirdi. Dizirav döyüşü Roma-Sasani qoşunları arasında 371-ci ildə baş verdi. Bu döyüşdə Albaniya (Urnayr) yenə də Sasanilər tərəfindən iştirak edirdi Sasanilərlə albanların birləşmiş qüvvələri məğlub oldular Albaniya Uti, Şakasen, Kolt vilayətlərindən və Girdiman vadisindən məhrum oldu 387-ci ildə Roma ilə Sasanilər arasında sülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə əsasən: 1. Albaniyanın Dzirav döyüşündə itirdiyi vialyətləri geri qaytarıldı. 2. Van gölü sahilindən qərbdə yerləşən kiçik erməni çarlığının ərazisi Roma ilə sasanilər arasında bölüşdürüldü və erməni çarlığı süqut etdi. Sasanilər dövləti ona tabe olan ərazilərə tədricən fars mənşəli əhalini strateji əhəmiyyəti olan ərazilərdə köçürdürdü. Sasani şahlarının köçürmə siyasətində iki məqsəd var idi: 1. Etnik dayaq yaratmaq. 2. Torpaqsız İran kəndlilərini münbit torpaq sahələri ilə təmin etmək. Albaniyada hökmdar hakimiyyətinin ləğvi (463-493-cü illər) 457-ci ildə Sasani hökmdarı II Yezdeyerdin vəfatından sonra alban hökmdarı II Vaçe öz daxili siyasətini dəyişərək - atəşpərəstlik dinindən imtina edib, xristian etiqadını qəbul etdi. Bu addımı atmaqda II Vaçenin məqsədi Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq idi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. Vaçenin dönüklüyündən sonra şahənşah Firuz haylandur (onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albaniyaya hücum etdilər. Bu mübarizə nəticəsində, 463-cü ildə II Vaçe hakimiyyətdən əl çəkdi. Vaçenin xahişi ilə yalnız atasının miras qoyduğu mülk şah Firuz tərəfindən onun sərəncamına verildi. Azərbaycanda tat əhalinin məskənləri olduğu bölgələr Abşeron Şamaxı Dəvəçi Quba 74 Alban tarixçisi Musa Kalankatlı yazırdı ki, “II Vaçedən III Mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı” (463-493-cü illərdə). Bu müddətdə Albaniya Sasani hakimiyyətinə tabe edilmiş və sasani məruzbanları tərəfindən idarə olunmuşdur.
VII əsrin əvvəllərində Albaniyada Mehranilər sülaləsinin hökmranlığı dövrü başladı. Bu sülalə Albaniyanın Girdiman vilayətində (indiki Şəmkir-Qazax bölgəsində) yaranmışdı. Sonralar bu sülalənin və dövlətin mərkəzi Partav (indiki Bərdə şəhəri) oldu. Mehranilər sülaləsinin banisi Mehran olmuşdur. Cavanşir hakimiyyətinin ilk dövrü mürəkkəb siyasi şəraitə – ərəblərin hücumu ərəfəsinə təsadüf etdi. “Alban tarixi”ndə və Orta əsr müəlliflərin əsərlərində hökmdar və sərkədə kimi Cavanşirin İber sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi ərazinin mütləq hakimi olması təsdiq edilir. Cavanşirin hakimiyyəti dövründə (642-681) onun dövlətçilik fəaliyyətinə aşağıdakılar daxil idi: 1. Ölkənin daxili sabitliyini təmin etmək. 2. Ərəb, Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya salmaq.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə